Bavariya kralı
Bavariya kralı | |
---|---|
alm. König von Bayern | |
| |
Vəzifədə sonuncu III Lüdviq | |
Başçılıq edir | Franz fon Bayern |
Müraciət forması | Əlahəzrət |
Səlahiyyət müddəti | ömürlük |
Vəzifənin təsis tarixi | 1806 |
Vəzifədə birinci | I Maksimilian İosif |
Vəzifədə sonuncu | III Lüdviq |
Vəzifənin ləğv tarixi | 1918 |
Vikianbarda əlaqəli mediafayllar |
Bavariya kralı — krallığın ləğv edildiyi 1805-ci ildən 1918-ci ilə qədər Bavariya Krallığı kimi tanınan regionda Bavariyanın irsi Vittelsbax sülaləsi hökmdarlarına məxsus bir titul idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Napoleon ilə Müqəddəs Roma İmperatoru II Frans arasında 26 dekabr 1805-ci ildə bağlanmış Pressburq müqaviləsinin şərtlərinə əsasən, Napoleona müttəfiq olan bir neçə hersoqluq krallıq statusuna yüksəlmişdi. Bunlardan ən güclülərindən biri Bavariya hersoqu IV Maksimilian İosif idi və bu müqavilədən sonra 1 yanvar 1806-cı ildə o, rəsmi olaraq Bavariya kralı I Maksimilian İosif titulunu aldı. O, Vittelsbax sülaləsinin Pfalz-Birkenfeld qolunun üzvü idi.
Maksimilianın varisləri alman millətçiliyinə müqavimət göstərdilər və Bavariya rəhbərləri tədricən Almaniya ittifaqında Prussiya və ya Avstriya tərəfindən təhlükə hiss edən kiçik dövlətlərin himayədarına çevrildi. Dini əlaqələr və cənubi alman dili Avstriya-Prussiya müharibəsində məğlub olana qədər dövləti daha çox Avstriya ilə əlaqələndirdi. Kral II Lüdviq 22 avqust 1866-cı ildə Prussiya ilə ittifaq imzaladı və faktiki olaraq Bavariyanın müstəqilliyindən imtina etdi.
23 noyabr 1870-ci il tarixli müqavilə ilə Bavariya yeni Alman İmperiyasına birləşdirildi, lakin nisbətən böyük dərəcədə öz muxtariyyətini qorudu. Bavariya kralları titullarını qoruyub saxladılar, ayrıca diplomatik və hərbi korpuslar saxladılar. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1918-ci ilin noyabrında Almaniya İmperiyası ləğv edildikdə, Bavariyanın sonuncu kralı III Lüdviq də taxtdan salındı.
Krallar
[redaktə | mənbəni redaktə et]Ad | Şəkil | Titul | Başlanğıc | Son | Rəsmi titul | Qeyd |
---|---|---|---|---|---|---|
I Maksimilian | Pfalts kurfürstü və Bavariya kralı | 1799 | 1825 | Əlahəzrət Maksimilian İosif, Bavariya kralı | Pfals-Zveybrükgen qrafı Frederik Mikaelin oğlu. Öz sələfi kurfürst Karl Teodorun uzaq qohumu; 1795-ci ildən Pfals-Zveybrükgen qrafı.
Fransız İnqilabının xaosunda Müqəddəs Roma İmperiyası dağıldı. Bu hadisələrin gedişində Bavariya yenidən Fransanın müttəfiqinə çevrildi və 1 yanvar 1806-cı ildə Maksimilian kral oldu. | |
I Lüdviq | Bavariya kralı | 1825 | 1848 | Əlahəzrət Lüdviq, Bavariya kralı, Frankoniya və Şvabiya hersoqu, Reyn-Pfalz qrafı | I Maksimilianın oğlu. Almaniyada 1848-1849-cu illər inqilabı zamanı taxtdan imtina etdi. | |
II Maksimilian | Bavariya kralı | 1848 | 1864 | Əlahəzrət Maksimilian, Bavariya kralı, Frankoniya və Şvabiya hersoqu, Reyn-Pfalz qrafı | I Lüdviqin oğlu. | |
II Lüdviq | Bavariya kralı | 1864 | 1886 | Əlahəzrət Lüdviq, Bavariya kralı, Frankoniya və Şvabiya hersoqu, Reyn-Pfalz qrafı | II Maksimilianın oğlu. II Lüdviq alm. Märchenkönig (nağıl kralı) kimi də tanınırdı. 1871-ci ildə Bavariyanın Alman İmperiyasının tərkib hissəsinə çevrilməsinə razı oldu, 1886-cı ildə dəli elan edildi.[1] | |
Otto | Bavariya kralı | 1886 | 1913 | Əlahəzrət Otto, Bavariya kralı, Frankoniya və Şvabiya hersoqu, Reyn-Pfalz qrafı | II Maksimilianın oğlu.
Otto bütün hakimiyyəti boyu ruhi xəstə idi və onun funksiyaları aşağıdakı şahzadə qəyyumlar tərəfindən həyata keçirilirdi. | |
Qəyyum şahzadə Luitpold | Bavariya qəyyumu | 1886 | 1912 | Əlahəzrət Luitpold, Bavariya Qəyyum Şahzadəsi, Bavariya hersoqu, Frankoniya və Şvabiya hersoqu, Reyn-Pfalz qrafı | I Lüdviqin oğlu. II Lüdviq və Otto üçün qəyyum. | |
III Lüdviq | Bavariya qəyyumu və Bavariya kralı | 1913 | 1918 | Əlahəzrət Lüdviq, Bavariya kralı, Frankoniya və Şvabiya hersoqu, Reyn-Pfalz qrafı | Qəyyum Luitpoldun oğlu və Otto üçün qəyyum. 1913-cü ildən kral. Noyabr inqilabı zamanı taxtını itirmişdir. |
Hazırkı iddiaçılar
[redaktə | mənbəni redaktə et]Franz Bonaventura Adalbert Maria Herzoq fon Bayern (14 iyul 1933-cü ildə anadan olub), Əlahəzrət Bavariya Hersoqu kimi xitab edilir və Bavariya Krallığının keçmiş hakim ailəsi olan Vittelsbax ailəsinin başçısıdır. I Lüdviq (1786–1868)
- Luitpold, Qəyyum Şahzadə (1821–1912)
- III Lüdviq (1845–1921)
- Ruprext, Vəliəhd Şahzadə (1869–1955)
- Albrext, Bavariya hersoqu (1905–1996)
- Franz, Bavariya hersoqu (d. 1933)
- (1) Maks, Bavariya hersoqu (d. 1937)
- Albrext, Bavariya hersoqu (1905–1996)
- Şahzadə Frans (1875–1957)
- Şahzadə Lüdviq (1913–2008)
- (2) Luitpold (d. 1951)
- (3) Lüdviq (d. 1982)
- (4) Henrix (d. 1986)
- (5) Karl (d. 1987)
- (2) Luitpold (d. 1951)
- Şahzadə Rasso (1926–2011)
- (6) Volfqanq (d. 1960)
- (7) Tassilo (d. 1992)
- (8) Riçard (d. 1993)
- (9) Filip (d. 1996)
- (10) Kristof (d. 1962)
- (11) Korbinian (d. 1996)
- (12) Stanislav (d. 1997)
- (13) Marsello (d. 1998)
- (6) Volfqanq (d. 1960)
- Şahzadə Lüdviq (1913–2008)
- Ruprext, Vəliəhd Şahzadə (1869–1955)
- III Lüdviq (1845–1921)
- Şahzadə Adalbert (1828–1875)
- Şahzadə Lüdviq Ferdinand (1859–1949)
- Şahzadə Adalbert (1886–1970)
- Şahzadə Konstantin (1920–1969)
- (14) Şahzadə Leopold (d. 1943)
- (15) Şahzadə Konstantin (d. 1986)
- (16) Şahzadə Adalbert (d. 1944)
- (17) Şahzadə Hubertus (d. 1989)
- (14) Şahzadə Leopold (d. 1943)
- Şahzadə Konstantin (1920–1969)
- Şahzadə Adalbert (1886–1970)
- Şahzadə Lüdviq Ferdinand (1859–1949)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ King, Greg, The Mad King: The Life and Times of Ludwig II of Bavaria., 1996, ISBN 1-55972-362-9