Bavariya gerbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bavariya gerbi
Versiyalar
Detallar
Armiger Bavariya
Təsis edilib 5 iyun 1950
Tac Volkskrone
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bavariya gerbi — tarixi və müasir Bavariya dövlətinin gerbi. Gerbin böyük və kiçik forması mövcuddur. Rəsmi olaraq 5 iyun 1950-ci ildə təsdiq edilmişdir.

Müasir gerb 1945-ci ildə Eduard Ege tərəfindən dizayn edilmişdir. Gerbdə 4 rüb var:

  1. Qızıl şir — Yuxarı Pfalts zonasını təsvir edir.
  2. Frankoniya dırmığı — Yuxarı Frankoniya, Mərkəzi FrankoniyaAşağı Frankoniya zonalarını simvolizə edir.
  3. Göy bəbir — Yuxarı BavariyaAşağı Bavariyanın simvoludur.
  4. Üç şir — tarixi Şvabiya bölgəsini təmsil edir.
  5. Kiçik qalxan (alm. Herzschild‎) — Bavariya dövlətini təmsil edir.
  6. Xalqın tacı (alm. Volkskrone‎) — Bu tac ilk dəfə gerbdə 1923-cü ildə kral tacının atılmasından sonra xalqın suverenliyini simvolizə etmək üçün əlavə edilib.

Bavariya Şərqi Frank krallığının və Müqəddəs Roma İmperiyasının əsas hersoqluqlarından biri idi. Təxminən səkkiz əsr Bavariyada hökmranlıq edən Vittelsbax sülaləsi, 1242-ci ildən romb tipli gerbi istifadə edirdi, daha sonra ona Pfalz elektoratlığının gerbindəki şir əlavə edildi.

Gerb Dövlət İstifadə tarixi Qeyd
Bavariya hersoqluğuPfalts elektoratlığı 1623–1806 Gerbin ortasındakı kürə Bavariya hersoqunun Müqəddəs Roma İmperiyasındakı arxstüardlıq vəzifəsini bildirir.
Bavariya krallığı 1807–1835 Bavariyanın elektoratlıqdan krallığa yüksəldiyini göstərən tac əlavə edildi.
Bavariya krallığı 1835–1918 Bavariyanın əsas bölgələrini — Pfalts və Frankoniyanı, həmçinin Burqau markqraflığını və Vittelsbax sülaləsini göstərən simvollar əlavə edildi.