53°26′55″ şm. e. 108°45′38″ ş. u.HGYO

Barquzin körfəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barquzin körfəzi
bur. Баргажанай булан
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi 725 km²
Dərin yeri 1284 m
Yerləşməsi
53°26′55″ şm. e. 108°45′38″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Barquzin körfəzi xəritədə
Barquzin körfəzi
Barquzin körfəzi
Barquzin körfəzi xəritədə
Barquzin körfəzi
Barquzin körfəzi

Barquzin körfəzi (bur. Баргажанай булан) — Baykal gölündə yerləşən sahəsinə görə ən böyük və ən dərin körfəz. Körfəz Buryatiyanın Barquzin rayonu ərazisində yerləşir. Barquzin çayının töküldüyü ərazi də daxil olmaqla bir hissəsi Zabaykal Milli Parkı ərazisinə daxildir.

Körfəzin sahəsi 725 km²[1]. Maksimal dərinliyi 1284 metrdir[1]-dir. Körfəz materik daxilinə 29 km daxil olur. Nijne İzqolye və Krestovoy burunları arasında olan hissədə eni 22,8 km[2] dir. Bu burunlar arasında olan sahil xəttinin uzunluğu 90 km qədərdir. Ən enli hissəsi şimaldan cənuba 38 km təşkil edir.

Körfəzə ümumilikdə Baykala tökülən ən böyük çaylardan biri olan Barquzin axır. Cənubdan isə ona Duxovoy çayı tökülür. Svyatoy Nos yarımadasından isə bura Makarova arxı tökülür. Körfəzdə yerləşən burunlar: Nijnee İzqolove, Osinovıy, Çyornıy, Zelyonıy, Bilyutinski, Krestovıy, Buçenkov. Körfəzə daxil olan buxta və körfəzlər: Maksimixa, Krestovaya, Kultuk.

Körfəzin şimal sahilləri hündür və sıldırımlıdır. Şimal-şərq və şərq sahilləri əsasən düzən və alçaqdır. Bu ərazi Cıvırkuy bərzəği və Barquzin çayının mənsəbi olan ərazidir. Burada ərazi bataqlıqlaşmışdır və bataqlıq bitkiləri ilə örtülüdür. Cənub sahilləri isə əsasən Xolodyanka burnu ərazisi dağlıqdır. Burada tayqa meşələri yayılmışdır. Düz sahilində Xolodnyanoçnaya dağı yerləşir. Sahillərində yerləşən silsilələr meşə ilə örtülüdür.

Körfəz sahilində Ust-Barquzin qəsəbəsi və Maksimixa kəndi yerləşir. Onlarda mehmanxanalar vardır.

Sahilində Baykal gölü ərazisində ən uzun çimərlik yerləşir. Çimərlik Barquzin çayının mənsəbindən Svyatoy Nos yarımadasına qədər uzanır. Kultuk körfəzi isə çimmək üçün ən əlverişli yer sayılır. Yayda burada suyun temperaturu +22 °C qədər qalxır.

Svyatoy Nos yarımadasında yerləşən zirvədən (1877 m) Barquzin və Çivırkuy körfəzlərinə əsrarəngiz mənzərə aşılır. Barquzin vadisi bura turistləri və alpinistləri özünə çəlb edir.

Maksimixa kəndinin yaxınlığında Duxovoe gölü yerləşir. Burada yerləşən yamaclar göbələklərlə və giləmeyvələrlə zəngindir. Körfəzin şimalında ekoloji-etnoqrafik "Svetlaya Polyanka" muzey-park yerləşir. Turistlər burada qonaq evlərində qala bilərlər.

Ust-Barquzin və Maksimixa arasında avtomobil yolu mövcudur.

Körfəzdə həvəskar və idman məqsədli balıq ovu həyata keçirlir. Burada Coregonus autumnalis, Thymallus, Siqi kimi balıq1ları ovlamaq mümkündür.

  1. 1 2 Галазий Г. И. Байкал в вопросах и ответах. — М.: Мысль, 1988. — Стр. 22
  2. Волков С. Н. Байкал: туризм и отдых. — М.: АСТ: Восток-Запад, 2007