Bar Rafaeli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bar Rafaeli
ivr.בר רפאלי‏‎
Doğum tarixi 4 iyun 1985(1985-06-04)[1] (39 yaş)
Uşağı 3[2][3]
Partnyoru
Fəaliyyəti aktrisa, model[d], televiziya aparıcısı, kino aktrisası, biznes ledi, sahibkar, televiziya aktrisası, teatr aktrisası, brend səfiri, məşhur brendləşməsi[d], reality television program judge[d], reality television participant[d]
barrefaeliofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bar Rafaeli (ivr.בר רפאלי‏‎; 4 iyun 1985[1]) — israilli model, aktrisa və aparıcı.[4] 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.

İsrailABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır.

Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı. 15 yaşında isə profesional model olaraq işləməyə başladı.

Bar Rafaeli Elle, Maxim, Cosmopolitan, Vogue kimi olduqca məşhur jurnallarda yer aldı. Həmçinin Bonita de Mas, Victoria's Secret, Hurley International, Passionata, Pilpel, Agua Bendita kimi məşhur markaların üzü oldu. Həmçinin Rafaeli 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-nin baş səhifə modeli olmuşdur.

  1. 1 2 Bar Refaeli // Babesdirectory. 2020.
  2. https://www.mako.co.il/entertainment-celebs/local-2018/Article-dc5651959165f61027.htm.
  3. https://pplus.ynet.co.il/articles/0,7340,L-5653163,00.html.
  4. "Arxivlənmiş surət". 2011-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]