Balakatay rayonu
Balakatay rayonu | |||||
---|---|---|---|---|---|
Балаҡатай районы | |||||
|
|||||
55°42′24″ şm. e. 58°57′29″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 334 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Balakatay rayonu (başq. Балаҡатай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yeni Balakatay kəndidir. Ufadan 278 km məsafədə yerləşir.
Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Rayon Başqırdıstanın şimal-şərq hissəsində yerləşir. Qərbdən və cənub-qərbdən Başqırdıstanın Məsetle və Kıyğı rayonları ilə, şərqdə Çelyabinsk vilayətinin Nyazepetrovski və Kusinski rayonları ilə, şimaldan Sverdlovsk vilayətinin Artinski şəhər rayonu ilə həmsərhəddir. Sahəsi 3037 km²-dir.
Rayonun ərazisi Ufa ilə Aya çaylarının aşağı axınları arasında, dəniz səviyyəsindən 300–400 m yüksəklikdə yerləşir. Ərazisi çay vadiləri və yarğanlarla güclü şəkildə bölünür. Şərq hissəsi Uralın qərb yamacındakı inkişaf etmiş silsilələr sisteminə malikdir. Oroqrafik amilin təsiri ilə yağıntının miqdarı 550–600 mm-ə qədər artır. Şaxtasız dövr 90–100 gün təşkil edir. Boz və tünd boz meşə torpaqları üstünlük təşkil edir. Cənub-şərq hissəsində isə boz və tünd boz dağ meşə torpaqları üstünlük təşkil edir. Qarışıq meşələr çox yayılmışdır, rayonun 46,8% ərazisini tutur. Karlıxanovski və Balakatay qoruqlarıında qunduz, su samuru, digər heyvan və quşlar növlərinin qorunması üçün tədbirlər təşkil edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanına əsasən Başqırd Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsi ləğv edilərək 48 rayonun qurulması zamanı rayon 20 avqust 1930-cu ildə yaranmışdır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:
2024–17,85 min nəfər.
2035–16,44 min nəfər.
- Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə
- ruslar — 49,6%, başqırdlar — 43,6%, tatarlar — 5,4%, digər millətlərdən olanlar — 1,4%[4].
İnzibati-ətazi vahidləri
[redaktə | mənbəni redaktə et]Balakatay rayonuna 13 kənd inzibati vahidliyi daxildir[5][6].
Sosial sfera
[redaktə | mənbəni redaktə et]Rayonda 38 ümumtəhsil məktəbi, o cümlədən 12 orta məktəb, VIII tipli xüsusi (islah) internat məktəbi, musiqi məktəbi, peşə məktəbi, 21 ictimai kitabxana, 42 klub müəssisəsi, mərkəzi rayon və 3 kənd xəstəxanası vardır. Rus və başqırd dillərində "Yeni Balakatay" adlı regional qəzet nəşr olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-20.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
- ↑ "Закон Республики Башкортостан от 20.04.2005 № 178-з (ред. от 01.06.2015) "Об административно-территориальном устройстве Республики Башкортостан"". 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
- ↑ "Постановление Правительства Республики Башкортостан от 29.12.2006 № 391 (ред. от 09.02.2015) "Об утверждении реестра административно-территориальных единиц и населённых пунктов Республики Башкортостан"". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.