Baksan şəhər dairəsi
Baksan şəhər dairəsi | |
---|---|
43°40′59″ şm. e. 43°31′59″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Baksan[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2003 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86634 |
Poçt indeksi | 361535 |
Rəsmi sayt | |
Baksan şəhər dairəsi (kab.-çərk. Бахъсэн къалэ округ, qaraç.-balk. Бахсан шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Baksan şəhəridir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Baksan şəhər dairəsi respublikanın şimal hissəsində, Baksan çayının hər iki sahilində yerləşir.
Qərb, şimal və şərqdən şəhər dairəsi Baksan rayonunun torpaqları ilə əhatə olunmuşdur. Cənub-qərbdə Çeqem rayonu ilə həmsərhəddir.
Şəhər dairəsinin sahəsi 180,12 km²-dir. Şəhər dairəsinə 2 yaşayış məntəqəsi daxildir.
Şəhər dairəsi respublikanın dağətəyi zonasında, Pastbiş silsiləsinin şimal ətəklərindən birində yerləşir. Duqulubqey kəndinin cənub kənarında qayalar uzanır. Daha cənub-qərbdə Maxoqaps massivi yüksəlməyə başlayır. Rayonda orta hündürlük dəniz səviyyəsindən təxminən 515 metrdir. Hidroqrafik şəbəkəyə əsasən Baksan çayı daxildir. Şəhər dairəsinin cənub kənarından Kişpek (Tıjuko) çayı axır. Şəhər dairəsinin şərq kənarında Baksan-Malkinski kanalı başlayır.
Şəhər dairəsində iqlim rütubətli mülayimdir. İsti yaya və sərin qışa sahibdir. Havanın orta temperaturu iyulda + 20 ° ... + 27 °, yanvarda -2 ° ... -5 °C arasında dəyişir. Ən yüksək temperatur iyulun sonlarında, ən aşağı isə yanvarın sonu və ya fevralın əvvəlində müşahidə olunur. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Nisbi rütubət qeyri-sabitdir. İl boyu üstünlük təşkil edən külək istiqamətləri şimal-qərb və şimal-şərqdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Baksan şəhər dairəsi 2003-cü ildə respublika tabeçiliyində olan Baksan şəhəri əsasında təsis edilir. Elə həmin il Duqulubqey kəndi Baksan şəhərinin tərkibinə daxil edildi.
2008-ci ildə Duqulubqeyə kənd statusu qaytarıldı və Baksan şəhərindən ayrıldı. Lakin qəsəbə şəhər dairəsinin bir hissəsi olaraq qaldı.
Əhali
[redaktə | mənbəni redaktə et]2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə dairənin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 53 363 | 93,48 % |
ruslar | 2 852 | 5,00 % |
digərləri | 802 | 1,40 % |
milliyyətini bildirməyənlər | 71 | 0,12 % |
ümumi | 57 088 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 6 825 | 6 362 | 13 187 | 23,10 % |
15 — 59 yaş | 18 044 | 19 479 | 37 523 | 65,73 % |
60 yaşdan yuxarı | 2 515 | 3 863 | 6 378 | 11,17 % |
ümumi | 27 384 | 29 704 | 57 088 | 100,0 % |
Kişilər — 27 384 nəf. (48,0 %). Qadınlar — 29 704 nəf. (52,0 %)[5].
Əhalinin orta yaşı — 32,7 yaş. Kişilərin orta yaşı — 31,3 yaş. Qadınların orta yaşı — 34,0 yaş.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Официальный сайт городского округа Баксана Arxivləşdirilib 2018-05-31 at the Wayback Machine
- Код ОКТМО — Городской округ Баксан
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ OKTMO (rus.).
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-12.