Bakı Dəmir Yolu Vağzalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bakı
azərb. Bakı Dəmiryol Stansiyası
Poti-Bakı Dəmiryolu
Bakı-Yalama Dəmiryolu
Bakı şəhərətrafı dəmir yolu
Ölkə  Azərbaycan
ŞəhərBakı
MemarıXrisanf Vasilyev
MemarlığıMavritaniya stili
Mühəndisiprof. Bruni
Tikilmə ili1880[1][2]
İstismar ili1.883
Elektrikləşdirilməsi1.926
SahibiADY QSC
OperatoruADY QSC
Platforma sayı5
Yol sayı8
Təkər oxu1.520 mm
ŞpallarıBeton
VəziyyətiTam işlək
Kodu:54 71 12
Bakı Dəmir Yolu Vağzalı (Azərbaycan)
Bakı Dəmir Yolu Vağzalı (Bakı)
Bakı Dəmir Yolu Vağzalı, Bakı
Bakı Vikianbarda


Bakı Dəmiryolu vağzalıAzərbaycanın paytaxtı Bakı şəhərində sərnişin qatarlarını qəbul edən dalan tipli dəmiryolu stansiyası. Əsası 1880-ci ildə qoyulmuş bu stansiya Tiflis vağzalı kimi də tanınır.

Vağzalın ilk binası Bakı-Tbilisi dəmiryolu xəttinin istismara verilməsi ilə bir tarixə, 1880-ci ilə təsadüf edir. 1926-cı ildə elektrikləşdirilmiş Bakı — Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərilməsi üçün ikinci vağzal kompleksi-Sabunçu Vağzalı layihələndirilmiş və tikilmişdir. Binanın memarlığı da Şərq üslubunda işlənmişdir. 1967-ci ildə Sabunçu vağzalının binasına metronun "28 May" stansiyasının yeni tikilmiş girişinin binası qoşulub. 1977-ci ildə stansiya böyük yenidənqurma işlərinə məruz qaldı və burada köhnə vağzal binasına sıx bağlanan yeni müasir vağzal binası tikildi.

2024-cü ilin noyabrında "Azərbaycan Dəmir Yolları" QSC tarixi vağzal binasının qarşısındakı meydanın yenidən qurulması və tarixi görkəminin qaytarılması istiqamətində işlərin başa çatdığını elan edib.[3]

"… və görkəmli bir dəmiryolu vağzalı, Amerika və ya Avropanın istənilən böyük şəhərinə layiqdir."

Jül Vern "Klodius Bombarnak"

Bakı Dəmiryol Stansiyası 1977-ci ilə qədər iki vağzal kompleksinin, 1883-cü ildə Bakı-Tbilisi xəttinin üzərində inşa edilmiş köhnə "Tiflis vağzalı" ilə 1926-cı ildə şəhərətrafı elektrik qatarları üçün tikilmiş "Sabunçu vağzalı" arasında yerləşirdi.

Hərəkət cədvəli

[redaktə | mənbəni redaktə et]
Qatarın №-si Hərəkət istiqaməti Qatarın №-si Hərəkət istiqaməti
37 BakıTbilisi 38 TbilisiBakı
55 BakıMoskva 56 MoskvaBakı
95 BakıMoskva 96 MoskvaBakı
369 BakıXarkov 370 XarkovBakı
373 BakıTümen 374 TümenBakı
391 BakıRostov 392 RostovBakı

Stansiyanın ətrafında

[redaktə | mənbəni redaktə et]
  1. «Стальной магистрали Азербайджана 100 лет» З. А. Зейналов, Баку, 1980
  2. Железнодорожные станции СССР. Справочник. — М.: Транспорт, 1981
  3. "Azərbaycanda 140 yaşlı tarixi vağzalın qarşısındakı meydan indi belə görünür" (az.). publika.az. 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-12.
  4. "Жюль Верн. Клодиус Бомбарнак". 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-16.