Babakücə (Masallı)
Babakücə | |
---|---|
38°56′ şm. e. 48°38′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Babakücə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Babakücə kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Yerli əhali kəndi Bobokümə adlandırır. Bobo (kənddəki Cahangir pirini belə adlandırırlar) və kümə (talışca "məhəllə", "küçə") sözlərindən ibarət olan bu toponim "pir məhəlləsi, pir kəndi" kimi izah olunur. Oykonim baba (dağ) və kücə (kuca türk dillərində "əhatə olunmuş", "dövrələnmiş, tutulmuş") sözlərindən düzəlib, "dağla əhatə olunmuş yer, dağlıq ərazi" deməkdir.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 691 nəfərdir.[4]
Din
[redaktə | mənbəni redaktə et]Kənddə Babakücə kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ Qərarı". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ Babakücə (Masallı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |