Birləşmiş Krallıq azərbaycanlıları
| ||||||||||||
Ümumi sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
6.223 (2011)[1] | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
Qeyd | ||||||||||||
United Kingdom Census 2011 |
Böyük Britaniya azərbaycanlıları (ing. British Azerbaijani) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, Birminhem və Edinburq şəhərlərində yaşayırlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Birinci mühacirət dalğası
[redaktə | mənbəni redaktə et]Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar.[2]
İkinci mühacirət dalğası
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.[3]
Üçüncü mühacirət dalğası
[redaktə | mənbəni redaktə et]SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.[4]
2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir.[5][6]
Coğrafi yerləşdirilmə
[redaktə | mənbəni redaktə et]Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib.[7] 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.[8]
Yer | Şəhər | Azərbaycanlıların sayı |
---|---|---|
1 | London | 5000[9] |
2 | Mançester | |
3 | Aberdin | 250 |
4 | Liverpul | |
5 | Birminhem | |
6 | Qlazqo | 100 |
7 | Nyukasl | |
8 | Edinburq | 20 |
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]2008-ci ildən, Londonda “Azərbaycan Evi” adlı Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyət göstərir.[10] Qurulduğu gündən London “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar həyata keçirilib.
İncəsənət və əyləncə
[redaktə | mənbəni redaktə et]2010-cu ildən, Azərbaycan incəsənət sərgiləri artımı olmuşdur.[11] Azərbaycan rəssamlarının əsərləri Londonda Sotebi sərgisində nümayiş olunub.[12][13]
Çoxsaylı Azərbaycan musiqiçiləri Britaniya pop musiqisində uğurlu olmuşdur. 2014-cu ildə, Elyar Foksun Do It All Over Again mahnısı Britaniya çartlarında 5-ci yerə sahib olmuşdur.[14] Sami Yusufun "My Ummah" albomu 4 milyon satılmışdır.[15]
Bayramlar və xüsusi günlər
[redaktə | mənbəni redaktə et]Azərbaycanın dövlət bayramları və xüsusi günləri hər il Azərbaycan icması tərəfindən qeyd olunur.[16][17] 2008-ci ildən, Xocalıya ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası ilə əlaqədar ölkədə aksiyalar keçirilir.[18][19]
Din
[redaktə | mənbəni redaktə et]Azərbaycanda olduğu kimi, Britaniyada azərbaycanlıların əksəriyyəti müsəlmandır, ondan çoxu şiə, qalanı isə sünni məzhəbinə məxsusdur.
İdman
[redaktə | mənbəni redaktə et]Britaniyada azərbaycanlılar arasında futbol və futzal daha populyardır. 2014-ci ildə, ölkədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti sezon İngiltərəni UEFA Futzal Kubokunda təkrar təmsil etmişdir.[20][21][22]
Mətbəx
[redaktə | mənbəni redaktə et]Britaniya azərbaycanlıları arasında Azərbaycan mətbəxi və Yaxın Şərq mətbəxi daha populyardır. Londonda bir neçə Azərbaycan restoranı fəaliyyət göstərir.[23]
Görkəmli şəxslər
[redaktə | mənbəni redaktə et]- Nigar Camal, müğənni.
- Elyar Foks, müğənni, musiqiçi və söz yazıçısı.
- Məhəmmədhəsən mirzə Qovanlı-Qacar, Qacar şahzadəsi.
- Murad Həsənli, siyasətçi.
- Sami Yusuf, müğənni və bəstəkar.
- Əmmar Nəqşəvani, Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "Nationality and country of birth by age, sex and qualifications Jan - Dec 2013 (Excel sheet 60Kb)". www.ons.gov.uk. Office for National Statistics. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2014.
- ↑ "Azərbaycan diasporunun məskunlaşma coğrafiyası". Diaspora.gov.az (Azerbaijanis). 19 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2013.
- ↑ Powell, John. Encyclopedia of North American immigration. New York: Facts On File. 2005. 17–18. ISBN 978-1-4381-1012-7.
- ↑ Papazian, Dennis. "Armenians in America". Journal of Eastern Christian Studies. University of Michigan-Dearborn. 52 (3–4). 2000: 311–347. doi:10.2143/JECS.52.3.565605. 5 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.
- ↑ "2014 Westminster City Council Election Results". www.westminster.gov.uk. 26 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.
- ↑ "Britaniya bələdiyyə seçkilərində azərbaycanlı qalib gəlib". www.bbc.co.uk (Azerbaijani). BBC. 30 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.
- ↑ "Xaricdəki diaspor təşkilatları". azerbaijans.com (Azerbaijani). 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ "Scotland Census's 2011" (PDF). www.scotlandscensus.gov.uk. 6 June 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 June 2014.
- ↑ "АЗЕРБАЙДЖАНСКИЕ ВСТРЕЧИ В ВЕЛИКОБРИТАНИИ". cabirnovruz.gen.az (Russian). 15 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 September 2013.
- ↑ "Azerbaijan House". www.azerbaijanhouse.org. 31 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2013.
- ↑ Gleadell, Colin. "Art market: Azerbaijan in the spotlight". www.telegraph.co.uk. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ Vickery, Jo. "Exploring Azerbaijan: In Pursuit of the Art of the Caucasus". www.sothebys.com. Sotheby's. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ "Azerbaijani art partakes at Sotheby's art auction in London". www.azerbaijanhouse.org. 1 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ "Elyar Fox > UK Charts". officialcharts.com/ Official Charts Company. 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-25.
- ↑ "British composer, songwriter and producer, Sami Yusuf is taking the stage this weekend at Istanbul's Arena Mega". www.dailysabah.com. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ Zubek, Ewa. "Celebrating Azerbaijan's Ancient Novruz Festival in London". theculturetrip.com. 20 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ "Londonda Novruz bayramı tədbiri keçirilib (FOTO)". az.trend.az (Azerbaijani). 26 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ Batiyev, Bahram. "В Великобритании почтили память жертв Ходжалы". 1news.az (Russian). 18 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ Absalom, Eugene. "Khojaly Commemoration Concert by TEAS at St John's Smith Square London". www.demotix.com. 2 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
- ↑ "Futsal club Baku United becomes champion of England". News.az. 11 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2013.
- ↑ "BAKU SPOT ON IN FINAL". www.thefa.com. The Football Association. 1 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2013.
- ↑ Saffer, Paul. "Reed backs Baku United to move forward". www.uefa.com. UEFA. 29 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2014.
- ↑ Maschler, Fay. "Baku - review". www.standard.co.uk. 22 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.