Azərbaycan Milli Olimpiya Komitəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Milli Olimpiya Komitəsi
AMOK
Yaranma tarixi 1992
Qeydiyyat tarixi 1993
Mərkəzi Bakı Bakı
Prezident İlham Əliyev
Vitse-prezident Çingiz Hüseynzadə
Fərid Qayıbov
Zemfira Meftahətdinova
Üzvləri Nazim Hüseynov,
Namiq Abdullayev,
Fərid Mansurov,
Faiq Qarayev,
Könül Nurullayeva,
Mariana Toteva Vasilyeva,
Ramil Hacı
olympic.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Olimpiya Komitəsi — Olimpiya Xartiyası, Azərbaycan Respublikasının müəssisələr və ictimai birliklər haqqında qanunları əsasında yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və Nizamnaməsi Beynəlxalq Olimpiya Komitəsində qəbul olunmuş hüquqi şəxs statuslu müstəqil qeyri-dövlət təşkilatı.

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1993-cü ildə tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya Oyunlarında iştirak etməli oldular. Barselona Olmpiya Oyunlarında Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi.

1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəldilər. Azərbaycan prezidenti Heydər Əliyev onları qəbul etdi. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1992–1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Azərbaycan prezidenti Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Azərbaycanda olimpiya hərəkatı

[redaktə | mənbəni redaktə et]

Olimpiya komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda olimpiya hərəkatı başlayır. O, 1997-ci ildən Milli Olimpiya Komitəsinə başçılıq edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri aparılıb. Bakının Maştağa kəndi, Gəncə, Naxçıvan, Şəki, Quba, Bərdə və s. şəhərlərdə yeni və müasir idman komplekslərinin tikintisi başa çatdırılmış və idmançıların istifadəsinə verilmişdir.

Hal-hazırda istifadədə olan komlekslərin sayı 18-dir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Roq verərək demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır. 1998-ci ildə Azərbaycan ilk dəfə Qış Olimpiya oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında Azərbaycan 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.

İcraiyyə Komitəsi

[redaktə | mənbəni redaktə et]

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Baş məclisin yığıncaqlararası dövrdə MOK-un işinin rəhbəri olan orqandır. İcraiyyə Komitəsi 12 nəfərdən ibarətdir. İcraiyyə Komitəsinin iclasları ildə 2 dəfədən az olmayaraq baş tutur.

S. A. A.
İcraiyyə Komitəsi vəzifəsi
Digər vəzifəsi/titulu
İlham Əliyev MOK Prezidenti Azərbaycan Prezidenti
Çingiz Hüseynzadə MOK vitse-prezidenti
Fərid Qayıbov MOK vitse-prezidenti Gənclər və idman naziri
Zemfira Meftahətdinova MOK vitse-prezidenti olimpiya çempionu
Azər Əliyev MOK Baş Katibi
Nazim Hüseynov İcraiyyə Komitəsi üzvü olimpiya çempionu
Namiq Abdullayev İcraiyyə Komitəsi üzvü olimpiya çempionu
Fərid Mansurov İcraiyyə Komitəsi üzvü olimpiya çempionu
Mariana Vasileva İcraiyyə Komitəsi üzvü Gənclər və idman nazirinin müavini
Könül Nurullayeva İcraiyyə Komitəsi üzvü Milli Məclisin deputatı
Faiq Qarayev İcraiyyə Komitəsi üzvü idman veteranı
Ramil Hacı İcraiyyə Komitəsi üzvü Naxçıvan MR gənclər və idman naziri

Milli Olimpiya Komitəsinin üzvlərinin ümumi iclası Baş Məclis adlandırılır və ildə ən azı 1 dəfə baş tutur. Növbədənkənar Baş Məclis prezidentin təşəbbüsü, yaxud üzvlərininin 2/3-nin yazılı tələbi ilə baş tutur. Baş Məclis MOK-un Ali orqanıdır. Onun qəbul etdiyi qərarlar qətidir. Səsvermə hüququ olan MOK üzvlərinin yarısından çoxu qatıldığı məclis səlahiyyətli sayılır. Baş Məclis səlahiyyətlərini İcraiyyə Komitəsinə verə bilər.

MOK-un Baş məclisi 113 nəfərdən ibarətdir. Onlardan 50 nəfəri Olimpiya Oyunları proqramına daxil olan idman federasiyalarını təmsil edir, 14 nəfəri fərdi üzvlərdir (olimpiya çempionları, idman veteranları, referilər və deputat), həmçinin 18 nəfəri qeyri-olimpiya idman federasiyalarının, 15 nəfəri idman təsisatlarının, 7 nəfəri mətbuat və informasiya təsisatlarının, 9 nəfəri isə dövlət orqanlarının təmsilçiləridir.