Azərbaycan–İran sərhədi
Azərbaycan–İran sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu | 689 km |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir.[1]
Təsvir
[redaktə | mənbəni redaktə et]Qərb (Naxçıvan) bölməsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir.
Şərq bölməsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir. Sərhəd onu keçərək cənub-şərqə doğru əyilir və Talış dağlarından keçir. Sonra Xəzər dənizinə doğru gedərək Astaraçay çayı boyunca şərqə dönür.
Tarix
[redaktə | mənbəni redaktə et]XIX əsrdə Qafqaz bölgəsi feodal dağınıqlıq dövrü yaşayırdı. Osmanlı, Qacar və Rusiya İmperiyası arasında hərbi poliqona çevrilən regionda Rusiyanın mövqeyi güclənməkdə idi.[2] Rusiya-Fars müharibəsi və ondan sonra imzalanan Gülüstan müqaviləsi nəticəsində Rusiya indiki Azərbaycan ərazilərinin çox hissəsini əlimnə keçirir. İran və Azərbaycan (Naxçıvan bölməsi istisna olmaqla) arasında müasir sərhəd olan sərhəd çəkilir.[2][3][4] Rusiya-İran müharibəsindən və bundan sonra imzalanan Türkmənçay müqaviləsindən sonra İran Naxçıvanı və Zəngəzuru Rusiyaya vermək məcburiyyətində qalır. Sərhəd Araz boyunca Osmanlı İmperiyası ilə sərhəd qovşağına qədər uzadılır və beləliklə sərhəd tamamilə formalaşır. Daha sonra Azərbaycan-İran sərhəddinə çevrilir.[2][5][4]
Rusiyada 1917-ci il inqilabından sonra Cənubi Qafqaz xalqları 1918-ci ildə Zaqafqaziya Demokratik Federal Respublikasını elan etdilər və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başladılar. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. Yalnız öz adı ilə yeni müstəqil olan Azərbaycan İranla münasibətlərdə gərginliyə səbəb olur. Çünki bunu etməklə İranın Azərbaycan bölgəsinə iddialarını nümayiş etdirirdi.[6][7][8][9] 1920-ci ildə Sovet ordusu Azərbaycanı işğal etdi. 1922-ci ildə üç dövlət SSRİ-nin bir hissəsi olaraq Zaqafqaziya SFSR-yə daxil edildi. Daha sonra 1936-cı ildə isə bu federasiya yenidən bölünür. Sovet İttifaqı tərəfindən dəstəklənən İran Azərbaycanında 1945-ci ildə Azərbaycan Milli Hökuməti qurulur, lakin qısa müddətdə İran qoşunları tərəfindən işğal edilir.[10] 1954-cü il İran-Sovet Sərhəd Konvensiyası, Muğan düzünün sərhəd hissəsində, Deman kəndi və Nəmin şəhəri yaxınlığında İranın xeyrinə bəzi kiçik düzəlişlər edilir. Bunun ardınca yerli sərhədlər təyin olunur və son razılaşma 1957-ci ildə imzalanır. 1970-ci ildə Araz hidroelektrik su anbarı tikildikdən sonra sərhədin Naxçıvan hissəsində bəzi əlavə düzəlişlər edilir.[2]
1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan müstəqillik qazanır və ona İran-Sovet sərhədindəki hərbi infrastruktur miras qalır. İran yeni dövləti tez bir zamanda tanıyır. Bununla belə "Bütön Azərbaycan"-ın bir hissəsi olaraq Azərbaycanın öz ərazisinə potensial iddiaları ilə bağlı İranla münasibətlər soyuyur. İran da Qarabağ müharibəsində Ermənistanı dəstəkləyir.[11][12] Müharibədən sonra Ermənistan Azərbaycan-İran sərhədinin qərb hissəsini idarə etməyə davam edir (Naxçıvan istisna). İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimindən sonra İranla Azərbaycan arasındakı münasibətlər bir qədər yaxşılaşır.
22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun sərhədboyu kəndlərinin və Ağbənd qəsəbəsi sərhəd zastavası Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçir. Azərbaycan bununlada Azərbaycan-İran sərhədi üzərində tam nəzarət təmin edir.[13][14]
Sərhəd keçid məntəqələri
[redaktə | mənbəni redaktə et]Şərq bölməsində Biləsuvar, Astara və Cəlilabad ərazisində,[15] Qərb bölməsində isə Culfa/Culfa və Pulşdəşt-Şahtaxtı sərhəd məntəqələri vardır.[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "CIA World Factbook - Iran". 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
- ↑ 1 2 3 4 International Boundary Study No. 25 – Iran-USSR Boundary (PDF), 28 fevral 1978, 2024-02-16 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 17 oktyabr 2020
- ↑ John F. Baddeley, "The Russian Conquest of the Caucasus", Longman, Green and Co., London: 1908, p. 90
- ↑ 1 2 USSR-Iran Boundary (PDF), февраль 1951, 2020-04-10 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 17 октября 2020
- ↑ Gavin R. G. Hambly, in The Cambridge History of Iran, ed. William Bayne Fisher (Cambridge University Press, 1991), pp. 145–146
- ↑ Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition New York: Columbia University Press, 1995. pg 69
- ↑ Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran. I.B.Tauris. 2000. səh. 25. ISBN 9781860645549.
- ↑ Dekmejian, R. Hrair; Simonian, Hovann H. Troubled Waters: The Geopolitics of the Caspian Region. I.B. Tauris. 2003. səh. 60. ISBN 978-1860649226. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ Rezvani, Babak. Ethno-territorial conflict and coexistence in the caucasus, Central Asia and Fereydan: academisch proefschrift. Amsterdam: Amsterdam University Press. 2014. səh. 356. ISBN 978-9048519286.
- ↑ Frederik Coene, The Caucasus - An Introduction, Routledge Contemporary Russia and Eastern Europe Series, Routledge, 2009, səh. 136, ISBN 9781135203023
- ↑ James P. Nichol. Diplomacy in the Former Soviet Republics, Praeger/Greenwood, 1995, ISBN 0-275-95192-8, p. 150
- ↑ Cornell, Svante. Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus. Taylor & Francis. 1 декабря 2000. ISBN 9780203988879. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 октября 2020 – Google Books vasitəsilə.
- ↑ "Алиев: госграница Азербайджана с Ираном взята под полный контроль". Главное™. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ "Алиев заявил о восстановлении полного контроля над азербайджано-иранской госграницей". NEWSru.com. 2020-10-22. 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ 1 2 Caravanistan – Azerbaijan-Iran border crossings, 2020-06-02 tarixində arxivləşdirilib, İstifadə tarixi: 17 октября 2020