Aydın Məmmədov (iqtisadçı)
Aydın Məmmədov | |
---|---|
Aydin İsrafil oğlu Məmmədov | |
Doğum tarixi | 14 iyul 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 2003 (61 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Sergey Sergeyev[d] |
Aydın İsrafil oğlu Məmmədov (14 iyul 1941, Dəliməmmədli, Qasım İsmayılov rayonu – 25 fevral 2003, Bakı) — tanınmış Azərbaycan iqtisadçısı, professor (1986), Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (1991), AMEA-nın müxbir üzvü (2001).[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aydın Məmmədov 1941-ci ildə Goranboy rayonunun, Dəliməmmədli şəhərində anadan olub. O, ali təhsilini 1960–1965-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Universitetin Kənd təsərrüfatı iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib, kafedrada assistent işləyib.[1][2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Aydın Məmmədov 1967-ci ildə istehsalatdan ayrılmaqla K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olunub. Nəzərdə tutulan müddətdə (1970-ci il) aspiranturanı bitirən A. Məmmədov "Azərbaycan SSR-də pambığın məhsuldarlığının iqtisadi – statistik təhlili və uzunmüddətli proqnozlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.[1][2]
0, 1985-ci ildə AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri kimi 15 ilə yaxın apardığı tədqiqat işini ümumiləşdirərək "Regional aqrar-sənaye komplekslərində qarqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi" (Azərbaycan SSR-in materialları əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, 1986-cı ildə professor elmi adına layiq görülüb.[1][2]
Aydın Məmmədov 1991-ci ildə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 10 nəfər elmi işçi namizədlik dissertasiyası müdafiə edib. Habelə Aydın Məmmədov 150 çap vərəqi həcmində 100-dək elmi və elmi-metodik əsərlərin müəllifi olub. Alim AFR, Böyük Britaniya, İran, Rumıniya və s. kimi ölkələrdə aqrar iqtisadiyyatın problemlərinə həsr edilmiş müxtəlif müşavirə, simpozium və konfransların iştirakçısı olub.[1][2]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Aydın Məmmədov AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri, fakültə dekanı, Azərbaycan Respublikasının Milli Məclisinin eksperti Aydın İsrafil oğlu Məmmədov aqrar-sənaye kompleksinin iqtisadiyyatı və idarə edilməsinin nəzəri və metodoloji istiqamətində yerinə yetirdiyi geniş əhatəli və dəyərli tədqiqat işləri ilə Azərbaycanda və onun hüdudlarından kənarda da aparıcı iqtisadçı alim kimi tanınmışdı.[1][2]
A. Məmmədov Milli Məclisin Aqrar məsələlər üzrə daimi komissiyasında ekspert-işçi qrupunun rəhbəri olmuşdur. A. Məmmədovun rəhbərlik etdiyi ekspert-işçi qrupu "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və digər qanun layihələrinin ilkin variantlarının hazırlanmasında iştirak etmişdir.[1][2]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Aydın Məmmədov 2003-cü ildə Bakı şəhərində vəfat edib.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 "Məmmədov Aydın İsrafil oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Aydin İsrafil oğlu Məmmədov" (Azərbaycan). www.aii.az. 09.09.2016 tarixində arxivləşdirilib.
- 14 iyulda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Dəliməmmədlidə doğulanlar
- 25 fevralda vəfat edənlər
- 2003-cü ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- İqtisad elmləri doktorları
- Professorlar
- Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri
- Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları
- K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının məzunları
- Əlifba sırasına görə alimlər
- Azərbaycanlı alimlər
- Azərbaycanlı iqtisadçılar