Ayam çemani
Ayam çemani | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ayam çemani – İndoneziyanın Yava adasından mənşəyi olan nadir toyuq cinsi. İlk dəfə Mərkəzi Yavanın Temanqunq rayonunun Kedu bölgəsində yerli əhali tərəfindən yetişdirilmişdir və buna görə də ölkə daxilində "Ayam kedu" adı ilə də tanınır. Ayam çemani hiperpiqmentasiya (fibromelanozis) yaradan dominant bir genə sahibdir, bu da toyuğun əksər hissələrinin, o cümlədən tüklərinin, dimdiklərinin və daxili orqanlarının qara olmasına səbəb olur. Yava diasporası tərəfindən başqa bölgələrə daşındıqdan sonra, Cemani Bali adasında döyüş toyuqları kimi çox populyarlaşmışdır, çünki onların budları digər toyuqlarla müqayisədə daha çox əzələ ilə örtülüdür və bu da onları daha sürətli edir.[1]
Terminologiya
[redaktə | vikimətni redaktə et]"Ayam çemani" Yava dilində "toyuq" (ayam) və "qaraşın" (cemani) sözlərinin birləşməsindən yaranmışdır. Bu cins İndoneziya nomenklaturasında daha çox "Ayam kedu" adı ilə tanınır.[1]
Mənşəyi
[redaktə | vikimətni redaktə et]Ayam çemani cinsi təmiz indoneziyamənşəlidir və ehtimal olunur ki, XII əsrdən dini və mistik məqsədlərlə istifadə olunmağa başlanmışdır. Cinsin təsviri Niderland müstəmləkəçiləri tərəfindən verilmiş və ilk dəfə 1998-ci ildə Niderland tərbiyəçisi Yan Steverink tərəfindən Avropaya gətirilmişdir. Hazırda Ayam çemani Niderland, Belçika, Almaniya, Slovakiya, İsveç, İtaliya, ABŞ və Çexiya kimi ölkələrdə saxlanılır. Bu toyuq cinsi həmçinin, Niderland dənizçiləri tərəfindən Avropaya gətirilmiş ola bilər.[2]
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Ayam çemani orta ölçülü, gözəl və unikal görkəmi ilə tanınır. Onların dimdikləri, dilləri, gözləri və qırtlaqları qara rəngdədir, hətta ətləri və daxili orqanları da qara və ya boz rəngdə olur, lakin populyar inanclara zidd olaraq, onların sümükləri əslində qara deyil. Qanları isə adi rəngdədir. Bu toyuqların qara rəngi, tibbi vəziyyət olan fibromelanozis səbəbindən toxumaların artıq piqmentləşməsindən yaranır.[3] Fibromelanosis bəzi digər qara və ya mavi dəriyə sahib toyuq cinslərində də müşahidə olunur, məsələn, Silki toyuqları da bu xüsusiyyətə malikdirlər. Ayam çemani xoruzlarının (erkək) çəkisi 2–2.5 kq, toyuqlarının (dişi) çəkisi isə 1.5–2 kq arasındadır. Onlar müxtəlif rəngli yumurtalar qoyurlar, yumurtaların orta çəkisi isə 45 qramdır.[4][5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Lukasiewicz, Monika. "Meat quality and the histological structure of breast and leg muscles in Ayam Cemani chickens, Ayam Cemani × Sussex hybrids and slow-growing Hubbard JA 957 chickens". Journal of the Science of Food and Agriculture. 95 (8). 23 August 2014: 1730–1735. doi:10.1002/jsfa.6883. PMID 25155871 – SCI vasitəsilə.
- ↑ Solly, Meilan, These Chickens Have Jet Black Hearts, Beaks and Bones, September 19, 2019, İstifadə tarixi: May 18, 2020
- ↑ Shinomiya, Ai; Kayashima, Yasunari; Kinoshita, Keiji; Mizutani, Makoto; Namikawa, Takao; Matsuda, Yoichi; Akiyama, Toyoko. "Gene Duplication of endothelin 3 Is Closely Correlated with the Hyperpigmentation of the Internal Organs (Fibromelanosis) in Silky Chickens". Genetics. 190 (2). February 2012: 627–638. doi:10.1534/genetics.111.136705. PMC 3276631. PMID 22135351.
- ↑ Dorshorst, Ben; Molin, Anna-Maja; Rubin, Carl-Johan; Johansson, Anna M.; Strömstedt, Lina; Pham, Manh-Hung; Chen, Chih-Feng; Hallböök, Finn; Ashwell, Chris; Andersson, Leif. "A Complex Genomic Rearrangement Involving the Endothelin 3 Locus Causes Dermal Hyperpigmentation in the Chicken". PLOS Genetics. 7 (12). December 2011: e1002412. doi:10.1371/journal.pgen.1002412. PMC 3245302. PMID 22216010.
- ↑ Arora, G.; Mishra, S. K.; Nautiyal, B.; Pratap, S. O.; Gupta, A.; Beura, C. K.; Singh, D. P. "Genetics of hyperpigmentation associated with the Fibromelanosis gene (Fm) and analysis of growth and meat quality traits in crosses of native Indian Kadaknath chickens and non-indigenous breeds". British Poultry Science. 52 (6). 2011: 675–685. doi:10.1080/00071668.2011.635637. PMID 22221233.