Atabala Səfərov
Atabala Səfərov | |
---|---|
Səfərov Atabala Osman oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şabran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi – 20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012)
Həyatı
[redaktə | mənbəni redaktə et]Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV)
- Metranpaj
- Topal Teymur (film, 1983)
- Evləri köndələn yar (film, 1982)
- Müəmmalı yubiley (film, 2007)
- Qovğalı kəndinin gecələri (film, 2008)
- Əlavə təsir (film, 2010)