Asiyadakı Osmanlı müharibələri
Asiyadakı Osmanlı müharibələri — Osmanlı imperiyasının Asiya torpaqlarında iştirak etmiş olduğu müharibələri bildirir. Osmanlı imperiyası XIV əsrin əvvəllərində yaradılmışdır. Onun bu dövrdəki əsas rəqibi isə Bizans imperiyası olmuşdur. 1350-ci illərdə Osmanlılar Çanaqqala boğazını keçməyə nail olurlar və nəticədə bütün Cənub-Şərqi Avropanı ələ keçirdirlər. Osmanlılar əsas diqqətlərini Avropaya yönəltmiş olsalar da, Asiyada da müharibələr aparmışdırlar.
Digər bəyliklər ilə aparılmış olan müharibələr
[redaktə | mənbəni redaktə et]XIV əsrin ilk illərində Anadoluda çox sayda türk bəylikləri mövcud idi. İlk Osmanlı sultanı olan I Osman qonşu bəyliklər ilə müharibələrə girişməmək üçün ehtiyatlı siyasət yürütmüşdür. İkinci sultan olan I Orxan isə digər bəyliklər ilə müharibələrə girişən ilk Osmanlı hökmdarı olmuşdur. O, Osmanlı bəyliyinin cənub tərəfində yerləşən başqa bir türk bəyliyi olan Karəsi bəyliyində baş vermiş olan vətəndaş müharibəsinə qarışmış və daha sonra isə onun ərazisini özünə ilhaq etmişdir.[1] Onun oğlu olan I Murad dövründə isə Anadoludakı əksər bəyliklərin üzərində çox vaxt diplomatiya yolları ilə (cehiz, alqı-satqı və s.) Osmanlıların hegemonluğu təmin edilmişdir.[2] I Bəyazid dövründə isə genişlənmə siyasəti daha sərt üsullarla davam etdirilmiş və XIV əsrin axırlarında isə artıq bəyliklərin əksəriyyəti Osmanlı ərazisinə daxil edilmişdirlər. Lakin 1402-ci ildə Ankara döyüşündə Bəyazidin başqa bir türk fatehi olan Türküstanlı Teymur tərəfindən məğlub edilməsi ilə yeni ilhaq edilmiş olan bəyliklər (Karesidən başqa) müstəqilliklərini yenidən bərpa etmişdirlər.[3] Osmanlılar, I Məhəmməd, II Murad və II Məhəmməd zamanında Misirdə olan Məmlük dövlətinin vassalına çevrilmiş olan bütün bəyliklərin ərazisini (ikisi istisna olmaqla) yenidən ələ keçirmişdirlər.
Anadoluda ərazisində yerləşən xristian bəyliklərinə qarşı aparılmış olan müharibələr
[redaktə | mənbəni redaktə et]Osmanlı genişlənməsi dövründə Anadoluda yalnız üç mühüm xristian regionu mövcud idi; Çukurovada Kilikiya çarlığı, Malta ordeninin tabeliyində olan İzmir və Şərqi Qara dənizdəki Trabzon imperiyası. Kilikiya Erməni Krallığının ərazisi 1375-ci ildə Misir Məmlükləri, İzmir ərazisi isə 1402-ci ildə Teymur tərəfindən ələ keçirilmişdir.[4] Teymur İzmiri Aydınoğulları bəyliyinə təslim etmiş və Osmanlılar daha sonralar bu ərazini onların əllərindən almışdırlar. Trebizond imperiyası isə 1461-ci ildəsultan II Məhəmməd tərəfindən tutulmuşdur.[5] Həmçinin də bir hissəsi Qaramanoğulları bəyliyi ilə ittifaqda olan bəzi xristian (Genuya Respublikası, Venesiya Respublikası) qalaları mövcud idi. Osmanlılar, II Məhəmmədin hakimiyyəti dövründə ən əhəmiyyətli bəylik olan Qaramanoğullarını ələ keçirdikdən sonra bu qalalar da Osmanlı imperiyasının tabeliyi altına keçmişdir.
Şərqi Anadolu ərazisində yaşayan türkmənlərə qarşı aparılmış olan müharibələr
[redaktə | mənbəni redaktə et]XIV əsrin axırlarına doğru Mərkəzi Anadolunun şərq hissəsi Qazi Bürhanəddin adlı bir türkmən liderin hegemonluğu altında idi. Bəyazid bu torpaqları işğal etməyə cəhd etsə də, bu işdə heç bir müvəffəqiyyət əldə edə bilməmişdir. Onun ölümü və qısa müddətli Teymuri hökmranlığından sonra isə Osmanlılar bu ərazilərdə daha güclü bir rəqiblə qarşılaşmışdırlar. XV əsrdə şərqdə yaşayan türkmənlər Ağqoyunlular adı altında birləşmişdirlər. 1473-cü ildə II Məhəmməd Otluqbeli müharibəsində Ağqoyunlu sultanı olan Uzun Həsəni məğlub etməyə nail olur.[6] Bu müharibədən sonra bütün Mərkəzi Anadolu regionu və Şərqi Anadolunun bir hissəsi Osmanlıların nəzarəti altına keçir.
Məmlük dövlətinə qarşı aparılmış olan müharibələr
[redaktə | mənbəni redaktə et]Misir o dövrlərdə hərbi bir kasta olan Məmlüklərin hakimiyyəti altında idi. Məmlüklər əslən türk mənşəli hesab edilirlər. Osmanlılar, II Bəyazidin zamanında baş vermiş olan ilk müharibələrdə məmlükləri məğlub edə bilməmişdirlər. Lakin məmlüklərin Osmanlıya qarşı Səfəviləri dəstəkləməsi Osmanlı sultanı I Səlimə Misirə müharibə elan etmək üçün lazımi əsası vermişdir. Osmanlı baş vəziri olan Xədim Sənan Paşa 1516-cı ildə Cənub-Şərqi Anadoluda yerləşən Məmlük vassalı olan Dulqədiroğulları bəyliyini məğlubiyyətə düçar edir. Çukurovada olan digər Məmlük vassalı Ramazanoğulları bəyliyi isə könüllü formada Osmanlı hakimiyyətini qəbul edir. Səlimin 1516–1518-ci illəri əhatə edən Misirə uzunmüddətli hərbi ekspansiyası zamanı məmlüklər üç dəfə məğlubiyyətə düçar olurlar; Mərcidabık döyüşü, Xan Yunis döyüşü və Ridaniyə döyüşündə. (Birinci və üçüncü müharibələrə şəxsən I Səlimin özü, ikinciyə isə Xədim Sənan Paşa rəhbərlik etmişdir). Bu hərbi ekspansiya zamanı Suriya, İsrail, Fələstin, İordaniya və Livanla yanaşı, Misir də Osmanlı hakimiyyəti altına keçmişdir. Hicaz regionu (Səudiyyə Ərəbistanı) isə könüllü olaraq Osmanlı hakimiyyətini qəbul etmişdir.[7]
Səfəvilərə qarşı aparılmış olan müharibələr
[redaktə | mənbəni redaktə et]Ağqoyunlu hökmdarı Uzun Həsənin ölümündən sonra Səfəvi dövlətinin yaradıcısı və birinci hökmdarı olan Şah İsmayıl İran və Şərqi Anadoluya nəzarət etməyə başlamışdır. İki ölkə arasında mövcud olan məzhəb fərqləri müharibələrə səbəb olmuşdur. 1514-cü ildə Çaldıran döyüşündə Səlim Səfəvi ordusunu ağır bir məğlubiyyətə düçar edir və Şərqi Anadolunun böyük bir hissəsini özünə ilhaq edir. Sultan Süleyman Qanuni dövründə isə müharibələr yenidən davam etdirilmişdir. Süleymanın üç yürüşü birbaşa İrana istiqamətində olmuşdur. (1534–35, 1548–49, 1553–55). 1555-ci ildə isə imzalanmış olan Amasya sülh müqaviləsi ilə müharibə başa çatmışdır. Bu müqaviləyə əsasən Mərkəzi və Şimali İraq, eləcə də bütün Şərqi Anadolu Osmanlı imperiyasının işğalına məruz qalmışdır. Bu arada İraqın cənub hissəsi isə könüllü olaraq Osmanlı hakimiyyəti altına keçmişdir.
Osmanlılar, III Murad dövründə aparılmış olan 1578-1590-cı illər müharibəsinin sonunda imzalanmış İstanbul müqaviləsi ilə Qərbi İranın və o cümlədən də Qafqazın böyük bir hissəsi Osmanlıların işğalı altına düşmüşdür. Lakin I Abbasın hücumlarından sonra I Əhmədin hakimiyyəti dövründə - 1612-ci ildə imzalanmış olan növbəti İstanbul sülh müqaviləsi ilə Osmanlılar 1590-cı ildəki qazanclarının demək olar ki, hamısını itirmişdirlər. 1623-cü ildə Səfəvilər Bağdadı fəth edirlər, lakin IV Murad 1639-cu ildə yenidən şəhəri ələ keçirməyə nail olur.[8] Uzunmüddətli müharibənin axırında imzalanmış olan Qəsri-Şirin sülh müqaviləsi ilə İranın indiki qərb sərhədləri çəkilmişdir.
Hind okeanı hövzəsində aparılmış olan hərbi əməliyyatlar
[redaktə | mənbəni redaktə et]I Süleyman 1538-ci ildə Hind okeanına böyük bir donanma göndərmişdir. Donanmanın kapitanı olan Xədim Süleyman Paşa Hindistanda heç bir strateji nöqtəni ələ keçirməyə nail ola bilməsə də, Ədəni və Yəmənin böyük bir hissəsini işğal etmişdir. Bir neçə ildən sonra Süleyman Paşanın geri qayıtmasından istifadə edən Portuqaliya donanması Qırmızı dənizdə hökmranlığı yenidən ələ keçirməyə cəhd etmişdir. Lakin Osmanlı kapitanı olan Piri Rəis bu donanmanı məğlubiyyətə düçar edərək 1548-ci ildə Qırmızı dənizdəki Osmanlı hakimiyyətini yenidən bərpa etmişdir. 1552-ci ildə isə, Maskat və Ərəbistan yarımadasının cənub sahilləri işğal edilmişdir. Daha sonralar isə Fars körfəzindəki kiçik qalalar da Osmanlıların işğalına məruz qalmışdır.[9] Ərəbistan yarımadasının çox böyük bir hissəsində Osmanlı hegemonluğu XX əsrin əvvəllərinə qədər davam etmişdir.
Napoleon müharibələri
[redaktə | mənbəni redaktə et]Fransız generalı olan Napoleon Bonapart 1798-ci ildə Misiri ələ keçirmiş və Fələstini də ilhaq etməyə cəhd etmişdir. Yaffanı da asanlıqla ələ keçirmişdir. Onun növbəti hədəfi isə Əkka şəhəri idi, çünki bu şəhər Suriya ilə Misir arasındakı marşruta nəzarət edirdi. Lakin o, vali Cezzar Əhməd Paşanın rəhbərliyi altında şəhərin inadlı müdafiəsindən sonra geri çəkilməyə məcbur olmuşdur.[10]
Sonralar
[redaktə | mənbəni redaktə et]Qəsri-Şirin müqaviləsindən sonra Osmanlı imperiyası Ərəbistan yarımadasının mübahisəli regionları xaricində qalan Asiyadakı digər regionları XX əsrin əvvəllərinə qədər işğal altında saxlamağa nail olmuşdur. XX əsrin ilk illərindəki əsas problem Yəməndəki üsyan idi ki, bu üsyan sonralar yatırılacaqdı. Osmanlı imperiyası Birinci Dünya müharibəsində Müttəfiq dövlətlərə qarşı müharibə aparmış və onlara məğlub olmuşdur. Mudros sülh müqaviləsinə görə isə Osmanlı imperiyası Ərəbistan yarımadası, Suriya, Fələstin, İordaniya, Livan və İraqın böyük bir hissəsinin itirilməsini qəbul etmişdir. Türkiyə və Şimali İraq hələ də Osmanlı hakimiyyəti altında qalmağa davam etsə də, müttəfiqlər qısa bir müddət sonra Aralıq dənizi sahillərini və Şimali İraqı da ələ keçirdirlər. Sevr müqaviləsi ilə onlar Frakiya ilə yanaşı Egey sahillərini də Yunanıstana, Şərqi Anadolunu isə yeni yaradılmış olan Ermənistana verirdilər. Lakin Türkiyə İstiqlaliyyət müharibəsi nəticəsində müqavilə öz effektivliyini itirmişdir. Müharibənin sonunda isə Osmanlı imperiyası 1922-ci ildə süqut etmişdir. Yeni yaradılmış olan Türkiyə Respublikası isə Lozanna müqaviləsi ilə Aralıq dənizi və Egey sahillərini və həmçinin də Şərqi Anadolu ərazisini öz nəzarəti altında saxlamağa nail olmuşdur.