Arpaçay SES
Arpaçay SES | |
---|---|
Arpaçay su-elektrik stansiyası | |
Ümumi məlumatlar | |
Çay | Arpaçay |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 2011 |
İstismara verilib | 2013 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 20.5 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Turbin sayı | 3[1] |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Yerləşməsi | |
39°29′10″ şm. e. 45°09′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
Yer | Naxçıvan Muxtar Respublikası |
|
Arpaçay su-elektrik stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub.
Arpaçay su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "2008–2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su-elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.
- ↑ 2013-cü ildə sənaye və yanacaq-energetika kompleksi üzrə görülmüş işlər barədə Hesabat Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine Azərbaycan Respublikasının Energetika Nazirliyi