Anatoli Aleksandrov (fizik)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anatoli Aleksandrov
rus. Анатолий Петрович Александров
Doğum tarixi 31 yanvar (13 fevral) 1903[1][2]
Vəfat tarixi 3 fevral 1994(1994-02-03)[3] (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Mitinskoye qəbiristanlığı[d]
Elm sahəsi fizika
Elmi dərəcəsi
Elmi adları
  • REA-nın akademikləri[d]
İş yeri SSRİ Elmlər Akademiyası
Təhsili
Üzvlüyü
Mükafatları

Sosialist Əməyi Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "Sevastopolun müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı

"Moskvanın 800 illik xatirəsinə" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı
"Lenin" mükafatı"Stalin" mükafatı"Stalin" mükafatı"Stalin" mükafatı "Stalin" mükafatı SSRİ Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Petroviç Aleksandrov (rus. Анатолий Петрович Александров, 31 yanvar (13 fevral) 1903[1][2]3 fevral 1994[3], Moskva) — böyük sovet fiziki. Üçqat Sosialist Əməyi Qəhrəmanı, fiziki-riyaziyyat elmləri doktoru. AMEA-nın Fəxri üzvü.

Aleksandrov Anatoli Petroviç 12 mart 1903-cü ildə Ukraynanın Taraşa şəhərində anadan olmuşdur.

1930-cu ildə Kiyev Universitetini bitirmiş, SSRİ EA Fizika-Texnika İnstitutunda işə başlamışdır. Sovet fizikidir. Macarıstan EA-nın və İsveç Kral Mühəndislik Akademiyasının üzvü, 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə isə həqiqi üzvü seçilmişdir.

3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1954, 1960,1973), 4 dəfə SSRİ Dövlət mükafatı laureatı (1942,1949, 1951,1953) və Lenin mükafatı laureatı (1959) adına layiq görülmüşdür. 7 dəfə Lenin ordeni və başqa medallarla təltif olunmuşdur.

Onun 1936-cı ildə gəmiləri minadan müdafiə etmək üçün işləyib hazırladığı üsuldan Böyük Vətən müharibəsi illərində geniş istifadə olunmuşdur.

1946–1955-ci illərdə SSRİ EA-nın Fizika Problemləri İnstitutunda direktor vəzifəsində çalışmış A. P. Aleksandrov 1946-cı ildən nüvə reaktorlarının yaradılması və atom enerjisindən istifadə sahəsində fəal iştirak etmişdir. 1960-cı ildən İ. V. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktoru olmuşdur. 1975-ci ildən SSRİ EA-nın prezidenti seçilmiş A. P. Aleksandrov yüksək keçiricilik sahəsində böyük perspektivli tədqiqatlar aparmışdır. Onun elmi işləri nüvə energetikasının texniki problemlərinə, dielektriklər fizikasına və polimer birləşmələrinin mexaniki və elektrik xassələrinin öyrənilməsinə aiddir.

Alim bərk cisimlərin elastikliyi statistik nəzəriyyəsini təklif etmişdir.

A. P. Aleksandrov AMEA-nın Fəxri üzvü seçilmişdir.[5]

A. P. Aleksandrov 3 fevral 1994-cü ildə vəfat edib.

  1. 1 2 parish register.
  2. 1 2 Александров Анатолий Петрович // Homeland heroes (rus.). 2000.
  3. 1 2 Anatoli Petrowitsch Alexandrow // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Колчинский Э. И. Реорганизационные пертурбации: историки биологии в БИНе в 1970-х гг., Challenges of Restructuring: Historians of Biology in the Komarov Botanical Institute in the 1970s (rus.). // Историко-биологические исследования 2014. Т. 6, вып. 3. С. 95–107. ISSN 2076-8176; 2500-1221
  5. "Aleksandrov Anatoli Petroviç (1903–1994)" (az.). science.gov.az. 2017. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.