Anar Mirzəyev
Anar Mirzəyev | |
---|---|
Anar Mehman oğlu Mirzəyev | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi |
Polkovnik |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | |
|
Mirzəyev Anar Mehman oğlu — (25 oktyabr 1982) Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]25 oktyabr 1982-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olmuşdur. Nizam-intizama görə bir neçə dəfə bölük birincisi dərəcəsi almışdır. Sonda ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirmişdir və hərbi vəzifəsinə başlamışdır. Rumıniyada keçirilən NATO təlimlərinin iki dəfə iştirakçısı olmuşdur.
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, ordu üzrə ən yaxşı tabor komandiri yarışı keçirilmiş və Anar Mirzəyev birinci yeri əldə etmişdir.[2]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20.06.2017-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
2024-cü il 20 iyul tarixində Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin olunmuşdur.[1]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (14.06.2021)--"Füzulinin azad olunmasına görə" medalı
- (20.06.2017) — "Hərbi xidmətlərə görə" medalı[3]
- (25.06.2020) — "Vətən uğrunda" medalı[7]
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı[8]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı
- (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi". Oxu.az (az.). 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-20.
- ↑ Müdafiə Nazirliyi. ""Ən yaxşı motoatıcı tabor komandiri"". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 20.12.2017. İstifadə tarixi: 12.06.2021.
- ↑ 1 2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-12.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- Azərbaycan Silahlı Qüvvələrinin polkovnikləri
- Vətən Müharibəsi Qəhrəmanları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları