Anafilaksiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

ANAFİLAKSİYAorqanizmə çox vaxt zülal təbiətli yad maddələrin – antigenlərin (anafilaktogenlərin) yeridilməsi nəticəsində inkişaf edən patoloji proses. Allergiya formalarından biridir. Anafilaktogeni ilk dəfə orqanizmə yeritdikdə qanda həmin anafilaktogenə məxsus anticism yaranır və bu zaman orqanizmdə heç bir klinik dəyişiklik olmur. Anafilaktogen orqanizmə yeridiləndən 6–12 gün sonra onda həmin anafilaktogenə qarşı uzun müddət (bəzən ömürlük) qalan yüksək həssaslıq– sensibilizasiya halı əmələ gəlir. Sensibilizasiyadan sonra həmin anafilaktogeni orqanizmə təkrar yeritdikdə tez bir zamanda (bir neçə saniyə və ya dəqiqə ərzində) hemodinamikanın pozulması, bronxospazm, şişkinlik və s. ilə müşayiət olunan anafilaktik reaksiya baş verir. Ən qabarıq reaksiyaya anafilaksiya şoku adı verilmişdir. Anafilaksiya şokunun əsas əlamətləri kəskin şəkildə tənəffüsün çətinləşməsi, qan təzyiqinin aşağı düşməsi və bəzən, hətta şüurun itməsidir. Müalicə simptomatikdir.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 465. ISBN 978-9952-441-02-4.