Amadey (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amadey
Amadeus
Janr Bioqrafiya
dram
musiqili film
Rejissor Miloş Forman
Prodüserlər Sol Zenc
Maykl Xaussman
Bertil Olsson
Ssenari müəllifi Piter Şeffer
Baş rollarda F. Mürrey Abraham
Tom Xals
Elizabet Berridj
Cefri Cons
Operator Miroslav Ondrjicek
Bəstəkarlar Volfqanq Amadey Motsart
Antonio Salyeri
İstehsalçı The Saul Zaentz Company
Distribütor Orion Pictures[d], Netflix
İlk baxış tarixi 1984, 26 oktyabr 1984[1], 19 iyul 2013[2], 6 sentyabr 1984[3], 12 sentyabr 1984[3], 19 sentyabr 1984[3]
Müddət 153 dəq.
180 dəq. (rejissor variantı)
Büdcə $18, 000, 000
Gəlir $51 973 029
Ölkə ABŞ ABŞ
Dillər İngilis dili
İtalyan dili
Alman dili
Latın dili
İl 1984
Rəng rəngli
Çəkiliş yeri Avstriya, Vyana, Məhəllə teatrı[4]
IMDb ID0086879
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design

Amadey (ing. Amadeus) — rejissor Miloş Forman tərəfindən 1984-cü ildə Piter Şefferin eyniadlı pyesi əsasında yazdığı (1979) ssenariyə çəkdiyi dram kinofilmidir.Piter Şefferin filmin əsasını təşkil edən pyesi Puşkinin "Motsart və Salyeri" "kiçik faciəsi" əsasında yazılmışdır. Filmdə hadisələr XVIII əsrin ikinci yarısında Vyanada baş verir.

Film müxtəlif mükafatlar üzrə ümumilikdə 50 nominasiyaya namizəd göstərilmiş, onlardan 40-ını qazanmışdır. Qazanılan mükafatlar içərisində 8 Oskar (həmçinin ən yaxşı film nominasiyasında, 4 BAFTA mükafatı, 4 Qızıl Qlobus mükafatı və Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatı var.

"Amadey" — bacarıqlı lakin dahi olmayan Antonio Salyeri barədə dram filmidir. Bəstəkar filmin əvvəlində tamaşaçılar önündə mülayim xarakterli, mehriban və dindar, lakin sonda Allahla qızğın döyüşə girmiş halda təqdim olunur. Bu hekayə Allahla münasibətlər, dahinin təbiəti və qısqanclıq barədə bir çox sualları qaldırır. Filmin əsas mövzusu — nə üçün yaradanın insanlara müəyyən məqsədə çatmaq üçün istək verib (bu halda — parlaq bəstəkar), lakin ekvivalent bacarıqlar verməməsidir.

Film intihar cəhdindən sonra Salyerinin (F. Mürrey Abraham) düşdüyü dəlixanada başlayır. Gənc keşiş (Riçard Frank) Salyerini sorğu-sual etmək üçün gəlir və bəstəkar ona həyat tarixçəsini danışır, film isə bizi 30 il əvvəlin Vyanasına aparır.

Salyerinin hekayəsi II İosifin (Cefri Cons) sarayında saray bəstəkarı olduğu vaxtlardan başlayır. Ona bəxş olunmuş uğur və şöhrətə görə, daim sadiqliq andı içdiyi Allaha minnətdardır.O, uğurlu və məşhurdur, həyatından və musiqidən tam razıdır. O hələ Motsartla (Tom Xals) görüşməyib, lakin onun musiqisi və özü haqqında eşidib. Onun şöhrəti Salyeridə maraq oyadıb və ziyafətlərin birində onunla görüşə nail olmağa çalışır. Volfqanq Amadey Motsartı gördüyü an Salyeri üçün böyük xəyal qırıqlığı olur. Belə ki, gənc Motsart yerdə sürünür və Konstans Veberlə (Elizabett Berriç) (gələcəkdə Motsartın həyat yoldaşı) iyrənc eşqbazlıqla məşğuldur. Salyeri şokdadır, o anlaya bilmir ki, bu gözəllikdə musiqi necə bu axmaq gənc tərəfindən bəstələnə bilər.

Zaman keçdikcə, bir sıra ağrılı alçalmalardan sonra Salyeri anlayır ki, Motsartın musiqisi ilə müqayisədə bütün işləri əhəmiyyətsizdir. O, Allahın ondan üz çevirməsini anlaya bilmir. Nə üçün bu qədər böyük istedadı Salyeriyə deyil, əhəmiyyətsiz Motsarta verib? Bütün ömrü boyu dindar katolik olan Antonio Salyeri bu qədər böyük istedad üçün Allahın onu deyil, Motsartı seçdiyinə inana bilmir. Salyerinin ən çox anlaya bilmədiyi isə nə üçün onun musiqiyə olan meylinə bu qədər iltifat edən Allahın sonradan onu belə amansızcasına dağıtmasıdır. Bir dəfə o, ümidsizlik içində qışqırır: "Nə zamansa istədiyim hər şey yalnız Tanrı üçün oxumaq idi. O mənə sanki bədənimdəki susuzluq kimi, bu istəyi verib, lakin istedadda mənə imtina edib. Nə üçün?"

Zavallı elə düşünməyə başlayır ki, Allah məhz onun istedadsızlığını göstərmək üçün gözəl musiqini Motsart vasitəsilə yaradır. O, kədər içindədir. O, bütün məhəbbətini və musiqisini Allaha verirdi, hətta onun naminə bakirlik əhdi verib. İndi isə Allah onun istedadsızlığına gülür. Qəzəblənmiş və ruhdan düşmüş Salyeri Allahdan üz çevirir. Möhtəşəm səhnədə o, divardan xaçı cıxarır və odda yandırır. Salyeri bundan sonra Allahın düşməni olacağına və Motsartı məhv edərək ondan intiqam alacağına and içir.

Filmin bütün qalan hissəsini Salyeri özünü Motsartın dostu və müttəfiqi kimi göstərərək, bütün gücünü onun nüfuzunu məhv etməyə sərf edərək kompozisiyalarının uğurunun qarşısını almağa çalışır. Motsart isə həm sosial, həm də maddi cəhətdən çox başısoyuqdur. Onun saraydaki ilkin uğuru tezliklə yoxa çıxır və çox sayda içki və əyləncə gecələri maddi vəziyyətinə son zərbəni vurur. Motsartın saraydakı nüfuzu, sağlamlığı və evliliyi ciddi ziyan görməsinə baxmayaraq musiqisi hələ də çox möhtəşəmdir. Dərs vermək üçün çox qürurlu olan Motsart, yalnız musiqi bəstələməklə məşğuldur, lakin bu onun israfçılığını ödəməyə yetmir.

Bu zaman Salyeri qisas planını fikirləşir. O, Motsartı ölmüş atasının ona Rekviyemi sifariş etmək üçün dirildiyi fikrinə inandırır (Motsartın atası Leopold Motsart (Roy Dotris) sağlığında hökmlü və qəddar olub, onun yaradıcılıq cəhdlərini sıxırdı). Ölmüş atasının onu ziyarət etməsinə inanc Motsartı əsəb sarsıntısına gətirir və onun içkiyə meylini daimi edir. Salyerinin planı eyni anda həm divanə, həm də dahiyanədir. Plan bitmiş rekviyemi gizli yolla əldə etmək, Motsartı öldürmək və onun yasında rekviyemi ifa edərək onu öz adına çıxmaqdan ibarət idi. O, əsrarəngiz rekviyemi Motsartdan oğurlamağı Allahın özündən oğurluq etmək kimi qəbul edir. Əgər tarix onu, Salyerini dahi bəstəkar kimi yadda saxlayacaqsa, Allahın özündən oğurlanmış musiqi sayəsində saxlayacaq və intiqamı həyata kecəcək.

Bu arada Motsartın dostu Emanuel Şikaneder ona "Xalq üçün" opera yazmağı təklif edir. Motsart razılaşır və "Sehrli fleyta"nı yaradır. Opera böyük uğur qazanır. Lakin nümayiş zamanı Motsart yorğunluqdan (rekviyem və operanı bitirmək üçün həddən artıq çox işləyir) huşunu itirir və Salyeri onu evə aparır.

Ağır xəstə olan Motsartı evə gətirən Salyeri onu rekviyemi yazmağa təhrik edir. Motsart çox zəif olduğunu deyir. Salyeri son dərəcə təsirli səhnədə yatağa düşmüş Motsartın diktəsi altında notları özü yazmağı təklif edir. Motsartın diktəsi ilə musiqini yazmağa çalışan Salyeri anlayır ki, onun dühası əlçatmazdır.

Səhər evə qayıdan Motsartın həyat yoldaşı onu ölü tapır və Salyerini evdən qovur. Salyerinin rekviyemi oğurlamaq planı uğursuzluğa düçar olur.

Motsartın dəfni sönük keçir, onu adsız qardaşlıq qəbrində basdırırlar.

Hekayə bizi yenidən dəlixanaya qaytarır və Salyerinin etirafından dəhşətə gəlmiş gənc keşişi görürük. Salyeri Motsartı onun yox, Allahın öldürdüyünü iddia edir. O "rəhmli" Allahın Salyeriyə rekviyemi oğurlamağa imkan verməkdənsə, Motsartı öldürməyi seçdiyini deyir.

Sonra Salyeri acı gülüşlə bütün istedadsızların himayədarı olduğunu, istedadsız gənc keşiş və dünyadakı bütün istedadsızlar üçün dua edəcəyini söyləyir. Salyerinin otağına növbətçi daxil olur və onu ayaqyoluna doğru aparır. Oraya yol bütün dəlixanadan keçdiyindən Salyeri qəfəsdə olan, əlləri bağlı, cındır paltarlı, bir-birilə danışan və ya sadəcə ətrafa mənasız baxışlarla baxan, aydın idiotizmdən əziyyət çəkən dəlilərin yanından keçir. Salyeri Roma papası kimi onları salamlayır və deyir: "Dünyanın bütün istedadsızları, mən sizi əfv edirəm, əfv edirəm, əfv edirəm, əfv edirəm, hamınızı əfv edirəm...".

Film böyük planda yorğun gözlərini güclə bağlayan Salyeri ilə bitir. Filmin son saniyələrini Motsartın Salyeriyə rahatlıq verməyən körpə gülüşünün xatirəsi doldurur.

Ad Rol Qeydlər
Farid Mürrey Abraham Antonio Salyeri
Tom Xals Volfqanq Amadey Motsart
Roy Dotris Leopold Motsart
Elizabet Berriç Konstansiya Motsart
Cefri Cons II İosif
Kristin Ebersoul Katerina Kavaleri
Carlz Key Qraf Orsini-Rozenberq
Kerri Beyker Cırtdan
Karel Fiala Don Juan
Mükafatlar
İl Mükafat Kateqoriya Namizəd şəxs Nəticə
1985 Oskar mükafatı Ən yaxşı film Miloş Forman Qazandı
Ən yaxşı kişi roluna görə Farid Mürrey Abraham Qazandı
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə Piter Şeffer Qazandı
Ən yaxşı rejissor Miloş Forman Qazandı
Ən yaxşı geyimlər dizaynına görə Teodor Pistek Qazandı
Ən yaxşı dekorasiya dizaynı Karl Çernı
Patrisiya Fon Brandenstayn
Qazandı
Ən yaxşı qrimə görə Dik Smit
Pol Leblan
Qazandı
Ən yaxşı səsə görə Mark Berqer
Tomas Skot
Todd Boklayd
Kristofer Nyüman
Qazandı
1985 Qızıl Qlobus mükafatı Ən yaxşı dram filmi Qazandı
Ən yaxşı dram aktyoru Mürrey Abraham Qazandı
Ən yaxşı rejissor işi Miloş Forman Qazandı
Ən yaxşı ssenari Piter Şeffer Qazandı
1986 BAFTA mükafatı ən yaxşı operator işi Miroslav Ondrjiçek Qazandı
Ən yaxşı montaj Maykl Çendler Qazandı
Ən yaxşı qrimə görə Dik Smit
Pol Leblan
Qazandı
Ən yaxşı səsə görə Mark Berqer
Tomas Skot
Todd Boklayd
Kristofer Nyüman
Qazandı
1985 Sezar mükafatı Ən yaxşı xarici film Qazandı
1985 David di Donatello mükafatı Ən yaxşı xarici film Qazandı
ən yaxşı xarici film rejissoru Miloş Forman Qazandı
ən yaxşı xarici aktyor Tom Xals Qazandı

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Filmdə danışılan hadisə uydurmadır. Şeffer tərəfindən yaradılan Salyeri obrazının real insanla heç bir əlaqəsi yoxdur. Antonio Salyeri vaxtilə Motsartdan daha məşhur olub və heç bir halda istedadsız, savadsız olmayıb həmkarları və həmçinin Motsart[5] tərəfindən böyük hörmətə malik idi. Salyerinin tələbələri, Lüdviq van BethovenFranz Şubert müəllimlərinə əsərlər itfah etmişlər. 35 il ərzində Vyanada ən ali musiqi postunu tutan Salyeri heç sözsüz bir çox rəqiblərə malik idi[6]. Lakin Salyerinin rəqiblərin səyi nəticəsində yaranan yalan Puşkinin qələmi sayəsində əfsanəyə çevrilir və Salyeri əclaf və paxıl biri kimi qəbul edilməyə başlayır. Salyerinin Motsartı öldürməsi şayiəsi indiyədək heç kim tərəfindən təsdiqini tapmamışdır. İngilis teatrı Şefferin pyesini İtaliyada səhnəyə qoyduqdan sonra bəstəkarın həmyerlilərinin narahatlığına səbəb olur və Milan konservatoriyası Motsartı öldürməkdə günahkar bilinən Salyerinin məhkəməsini qurur. 1997-ci ildə Milan ədliyyə sarayının əsas zalında baş tutan məhkəmə prosesində məhkəmə ittihamçı və müdafiə tərəfinin şahidlərini (Motsart və Salyerinin həyat və yaradıcılığının tədqiqatçılarını, həmçinin həkimləri) dinləyərək, "Öldürməyib" verdiktini çıxardı.[7][8].
  • Filmdə Qara paltarlı adam Motsarta Rekviyemi qışda sifariş edir. Həqiqətdə isə bu hadisə yayın ortası olmuşdur və bu hadisənin Salyeri ilə heç bir əlaqəsi yoxdur. Sifarişçinin və əlaqəçinin adı musiqişünaslara yaxşı məlumdur[9].
  • Filmdə Don Juan operasının çəkildiyi məkan operanın ilk dəfə səhnəyə qoyulduğu məkandır.
  • Filmin opera səhnələrində istifadə olunan dekorasiyalar və kostyumlar 18-ci əsrin real kostyum və dekorasiyalarının eskizləri əsasında hazırlanıb.
  • Bütün film təbii işıqlandırmada çəkilib.
  • Motsartın qıcıqlandırıcı gülüşü konsepsiyası müasirlərinin məktublarından götürülüb.
  • Müasir televiziya antennalarının, plastmas və asfaltın xarici görünüşünü dəyişmədiyi Praqa (Miloş Formanın doğma şəhəri) XVIII əsrin Vyanası üçün ideal əvəzləyici olmuşdur.
  • Tom Xals inandırıcı görünmək üçün hər gün dörd saat fortepianoda ifa etmişdir.
  • Filmdəki musiqi əvvəlcədən yazılmışdır və çəkilişlər zamanı arxa planda ifa edilirdi.
  1. IMDb (ing.). 1990.
  2. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  3. 1 2 3 IMDb (ing.). 1990.
  4. https://www.idnes.cz/praha/zpravy/praha-misto-vidne-film-amadeus-mozart-filmova-mista.A160730_2263220_praha-zpravy_rsr.
  5. Braunbehrens V. Salieri. Ein Musiker im Schatten Mozarts? 2 Auflage. München — Mainz, 1992.
  6. Leopold Kantner. Antonio Salieri rivale o modello di Mozart? // AA.VV. Mozart e i musicisti italiani del suo tempo. Atti del Convegno internazionale di studi, Roma, 2-22 ottobre 1991
  7. Ломунова М. Моцарт и Сальери: Встреча через два века Arxivləşdirilib 2012-11-20 at the Wayback Machine // «Наука и религия», № 10, 2002, с. 26-28.
  8. Salieri assolto «Non avveleno' il rivale Mozart» Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine // Corriere della Sera, 18 maggio 1997, p. 18.
  9. The Cambridge Mozart encyclopedia Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine  (ing.) (səh. 422)