Almaz (film, 1936)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Almaz
Fayl:Almaz (film, 1936).jpg
Janr dram
Rejissorlar Ağarza Quliyev
Qriqori Braginski
Əsərin müəllifi Cəfər Cabbarlı
Ssenari müəllifi Cəfər Cabbarlı
Baş rollarda İzzət Oruczadə
Hökümə Qurbanova
Xeyri Əmirzadə
Əlisəttar Məlikov
Ələkbər Hüseynzadə
İsmayıl Hidayətzadə
Operatorlar İvan Frolov
Əsgər İsmayılov
Bəstəkarlar Niyazi
Zülfüqar Hacıbəyov
Rəssam Viktor Aden
İstehsalçı Azərbaycan kinostudiyası
İlk baxış tarixi 25 dekabr 1936, SSRİ[1]
Filmin növü tammetrajlı bədii film
Müddət 65 dəq.
Ölkə SSRİ SSRİ
Dil səssiz (rus dilində titrlərlə)
İl 1936
Texniki məlumatlar 6 hissə
1859,6 metr
Rəng ağ-qara
IMDb ID0352159

Almaz — rejissorlar Ağarza Quliyev və Qriqori Braginski[2] tərəfindən 1936-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film Azərbaycan kinostudiyasında istehsal edilmişdir. Kinopovestdə kəndə işləməyə gələn gənc müəllimə Almaz burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Filmdə əsas rolları İzzət Oruczadə, Hökümə Qurbanova, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, Ələkbər Hüseynzadəİsmayıl Hidayətzadə ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].

1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc müəllimə Almaz (İzzət Oruczadə) burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra mürəkkəb məsələlərlə üz-üzə qalan gənc müəllimənin keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir.[4]

Bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfləti ölüm onun bu işini yarımçıq qoydu.[4]

"Almaz" Azərbaycan kinosunun sonuncu səssiz filmi oldu. Burada aktyorlar danışmırlar. Dialoqlar yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir.[4]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
Əsər müəllifi: Cəfər Cabbarlı
Ssenari müəllifi: Cəfər Cabbarlı
Operator: İvan Frolov, Əsgər İsmayılov
Rəssam: Viktor Aden
Bəstəkar: Niyazi, Zülfüqar Hacıbəyov
İzzət Orucova — Almaz
Hökümə Ələkbərova — Yaxşı
Xeyri Əmirzadə — Kərim
Əlisəttar Məlikov — Barat
Ələkbər Hüseynzadə — Hacı Əhməd
İsmayıl Hidayətzadə — kənd sovetinin katibi Şərif[5]
Panfiliya Tanailidi — Fatmanisə
Əli Qurbanov — Avtil
Əzizə Məmmədova — Telli
Mirzəağa Əliyev — məktəb direktoru Səməndər
Ələsgər Ələkbərov — Fuad
Əhməd Qəmərlinski — kənd sovetinin sədri Balaoğlan
Rza Təhmasib — həkim
Zeynəb Kazımova — komissiya üzvü
  1. "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  2. Kazımzadə, A. "Almaz" – 75: Kino tariximizdən: [Böyük dramaturq Cəfər Cabbarlının ssenarisi əsasında] //Mədəniyyət.- 2011.- 20 aprel.- S. 10; 22 aprel.- S. 10.
  3. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  4. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.32.
  5. C.Cabbarlı haqqında xatirələr. Bakı: Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, Bakı: 1960, səh.145.
  • Mikayıl Mikayılov. "O bizimlədir" //Ədəbiyyat.- 1935.- 2 yanvar.
  • Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu. Cəfər Cabbarlı. "Almas" ssenarisinin yazılma səbəbləri. Arx. 20, Q. 26 (796).
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • M. Mərdanov, N. Sadıxov. Azərbaycan teatr aktyorları kinoda. Bakı: Azərbaycan Teatr Cəmiyyəti, 1966.- səh. 69.
  • "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 222.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-36; 242; 254.
  • Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.