Aleks Buda
Aleks Buda | |
---|---|
Doğum tarixi | 7 sentyabr 1910[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyul 1993[1] (82 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
Aleks Buda (7 sentyabr 1910[1], Elbasan[d] – 7 iyul 1993[1], Tirana) ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur.
Erkən illəri
[redaktə | vikimətni redaktə et]Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir.[2] Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı.[3]
Peşəkar karyerası
[redaktə | vikimətni redaktə et]İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu.[2] O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı.[4] Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu.[5] Buda Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti idi.[6] Bəzi mənbələr onu Ənvər Xocaya yaxın şəxs kimi qeyd edirlər.[7] Buda 20-25 noyabr 1972-ci il tarixlərində Tiranada keçirilən Albaniya Orfoqrafiya Konqresində iştirak edən yeganə tarixçi idi.[3]
1976-cı ildə Albaniya İşçi Partiyasının yaradılmasının 35-ci ildönümünə həsr olunmuş Milli Etnoqrafik Araşdırmalar Konfransında iştirak etmişdir. Buda Albaniyadan kənarda kapitalizm və revizionizm kimi çağdaş nəzəriyyələri və cərəyanları tənqid edən marksist tarixçilərdən və filosoflardan idi.[8]
Müasir tarixçilərin fikrincə, Budanın əsərlərinin albanların mənşəyinin təyin edilməsində rolu böyük idi.[9] O, illiryalıların tarixinin aparıcı alban tədqiqatçılarından hesab olunurdu, hansı ki bir qrup tarixçilər kimi VI əsr (illiriyalıların tarix sənədlərdə son qeyd edildiyi zaman) ilə XI əsr (albanların tarixi sənədlərdə adlarının ilk dəfə qeyd olunduğu vaxt) arasında illiriyalıların izlərinin olmamasına işarə edirdi.[10] Albanların İlliriya mənşəli hipotezinə əsaslanan Buda albanların Balkan yarımadasının və hətta Avropanın ən qədim sakinlərinə mənsub olduqlarını vurğulayırdı.[11]
Buda Albaniya kommunist rejimi tərəfindən xarici ədəbiyyatın oxunulmasına icazə verilən kiçik ziyalı qrupuna aid idi. Rejimin məqsədi tarixçinin ədəbiyyatdan istifadə edərək, digər həmkarlarına yeni ideoloji və nəzəri təlimatlar hazırlaya bilsin.[4]
Biblioqrafiya
[redaktə | vikimətni redaktə et]Budanın əsərlərinə aiddir:
- Historia E Popullit Shqiptar, Etc. (Botim i Dytë.-Stefanaq Pollo Dhe Aleks Buda-redaktorë Përgjegjës.). Enti i teksteve dhe i mjeteve mësimore i Krahinës Socialiste Autonome të Kosovës. 1969., (coautorship)
- Kuvendi I i Studimeve Ilire: Tiranë 15-20 shtator 1972 : [referate, kumtesa. 1974.
- Konferenca kombetare e studimeve per Lidhjen Shqiptare te Prizrenit, 1878-1881: (12-28 gershor 1978). Akademia e Shkencave e RPS të Shqipërisë, Instituti i Historisë. 1979.
- Problems of the formation of the Albanian people, their language and culture: conference (selection). The "8 Nëntori" Pub. House. 1984.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Aleks Buda // Salzburgwiki (alm.).
- ↑ 1 2 Elsie, Robert. Historical Dictionary of Albania. Scarecrow Press. 19 March 2010. səh. 58. ISBN 978-0-8108-7380-3. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2021.
- ↑ 1 2 Kastriot Myftaraj, Biografia e fshehur e delegatëve të Kongresit të Drejtshkrimit të vitit 1972 [The hidden biography of the delegates of the Congress of Orthography of 1972] (alban), 2012, 2013-07-12 tarixində orijinalından arxivləşdirilib,
Aleks Buda, ndonëse kishte nisur studimet universitare në Vienë për filozofi dhe letërsi, ai nuk mundi që të diplomohet dhe u kthye në Shqipëri pa diplomë universitare…
Aleks Buda ishte i vetmi historian që mori pjesë në Kongresin e Drejtshkrimit… - ↑ 1 2 Hysa, Armanda; Keber, Katarina. Historièni seminar 8. Založba ZRC. 2010. 111, 120. ISBN 978-961-254-216-0. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ Jürgen Fischer, 1999. səh. 281
- ↑ Socialist Thought and Practice. Jugoslavija. 1983. səh. 62. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
… Aleks Buda, scientist and President of the Academy of Sciences of Albania, …
- ↑ Radio Free Europe Research: Communist area. Albania. Radio Free Europe. January 1971. səh. 9. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
Aleks Buda, the country's leading historian and a personal confidant of Enver Hoxha.
- ↑ Hysa, Armanda Kodra -; Hann, Chris; Boskovic, Aleksandar. The Anthropological Field on the Margins of Europe, 1945-1991. LIT Verlag Münster. 31 December 2013. səh. 140. ISBN 978-3-643-90507-9. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2021.
- ↑ Kola, Paulin. The Search for Greater Albania. C. Hurst & Co. Publishers. January 2003. səh. 2. ISBN 978-1-85065-664-7. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
On the Albanian position on the origins of the Albanian nation see Aleks Buda, …
- ↑ Musliu, Fahri; Banjac, Dragan. Untying the Kosovo Knot: A Two-sided View. Helsinki Committee for Human Rights in Serbia. 2005. səh. 68. ISBN 978-86-7208-111-4. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- do not support the continuity assumption of the Illyrian ethnogenesis theory: as between the sixth and eleventh centuries there is no trace of the Illyrians (as Aleks Buda, the greatest of Albanian scholars of Illyrian history, …
- ↑ Encounter. Martin Secker & Warburg. 1985. səh. 65. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
The Albanians are among the oldest inhabitants of the Balkans and even Europe
Mənbələr
[redaktə | vikimətni redaktə et]- Jürgen Fischer, Bernd, Albania at war, 1939-1945, West Lafayette, Ind.: Purdue University Press, 1999, ISBN 9780585063881, OCLC 42922446