Albert Tayler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albert Tayler
Robert Qarrett və Albert Tayler
Şəxsi məlumatlar
Tam adı Albert Klinton Tayler
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi
Doğum yeri Hamilton, Birləşmiş Ştatlar
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Kumberland, Birləşmiş Ştatlar
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
İdman növü Yüngül atletika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb.

Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib.

Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.