Albaniyada dəmiryolu
Albaniyada dəmiryolu nəqliyyatı Hekurudha Shqiptarë milli dəmir yolu şirkəti tərəfindən idarə edilir. Albaniyada dəmir yolu xətti standart reylslərdən ibarətdir - 1435 mm.
Tarix
[redaktə | mənbəni redaktə et]Ölkədə 1947-ci ildə ilk dəfə standart reyslərdən istifadə etməklə Durres — Pekini xətti çəkilmişdir. Bundan əvvvəl isə enisiz dəmir yolu xəttindən istifadə edilirdi. Ölkənin yalnız Monteneqro istiqamətində beynəlxalq dəmir yollarına çıxışı vardır. Dəmir ypollarının son duracağı Bajzedir.
Dəmir yolu sistemi Ənvər Xocanın diktaturası dönəmində dövlət tərəfindən dəstəklənirdi. 1947-ci ildən sonra Albaniyanın Avropa standartı tətbiq edilməsi ilə ölkənin dəmir yolu şəbəkəsinin tikintisi əhəmiyyətli bir infrastruktur layihəsinə çevrildi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1987-ci ilə qədər əsas şəhər və sənaye mərkəzlərini birləşdirən 677 km uzunluğunda dəmir yolu xətti inşa edilmişdir. Bu nəqliyyat növü 1990-cı ilə qədər əsas nəqliyyat vastəsi idi. Kommunizm dağıldıqdan sonra əhəmiyyəti azldı.
Sosialist quruluşunun dağılmasından sonra fərdi avtomobil sahibliyi və avtobus istifadəsi əhəmiyyətli bir artım olmuşdur. Bununlada dəmir yolu əməmiyyətini əhəmiyyətli dərəcədə itirmişdir.
2015-ci ildə Durres-Tirana xəttindəki bəzi stansiyaları və dəmir yolları təmir edilmişdir.
Xronologiya
[redaktə | mənbəni redaktə et]- Noyabr 1947 - ilk standart dəmir yolu xəttinin açılması.
- İyun 1957 - Dizel elektrik lokomotivlərinin tətbiqi.
- İyul 1973 - Elbasandan Prrenyasa dəmir yolu xəttinin tamamlanması.
- Sentyabr 1986 - Birinci beynəlxalq dəmir yükün qəbulu.
- 2000 - Hekurudha Shqiptarë dövlət müəssisəsi olmağı dayandırdı və məhdud bir şirkət halına gəldi (dövlətə məxsus olsa da).
- 2005 - Digər dəmir yolu operatorlarına icazə verdildi.
Fəaliyyət istiqaməti
[redaktə | mənbəni redaktə et]Əsas dəmiryolu xətləri:
- Şkoder — Mila — Vore — Durres — Rrogozhine — Fieri — Vlyora
- Vore — Tirana
- Rrogozhinë — Elbasan — Poqrades
Sərhəd ölkələrinə dəmiryol əlaqələri
[redaktə | mənbəni redaktə et]- Montenegro - yalnız yük.
- Yunanıstan - əlaqə yoxdur.
- Makedoniya - əlaqə yoxdur.
- Kosovo - əlaqə yoxdur
Mənbə
[redaktə | mənbəni redaktə et]- HSH Official Website
- Albanian Trains Website
- Timetable of Albanian trains Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine
- — A site maintained by and for railway enthusiasts with an interest in Albanian Railways.
- Albanian railways in photos
- Photo gallery dedicated to HSH on World of Railways.
- Albania's long-suffering railways, The Economist, 2010.