Albaniyada avtomobil yolları
Albaniyada avtomobil yolları bir neçə kateqoriyaya bölünən və Albaniya nəqliyyat və Rabitə Nazirliyinə tabe olan bölmə. Albaniyada 18 000 km avtomobil yolu vardır ki, bununda 7000 km sərt örtüyə sahibdir (2002-ci il)[1].
1991-ci ildə Albaniyada kommunizmin çöküşündən sonra ölkədə avtomobil yollarının bərpasına başlanılır. Ölkədə ilk dəfə olaraq SH2 yüksək sürətli avtomagistralı inşa edilmişdir. Bu yol Tirana şəhərini Durreslə birləşdirir. Üstəlik Bora dağından keçir. 2000-ci illərdə yolların böyük əksəriyyətinin vəziyəti yaxşılaşdırılmışdır[2][3].
Yolların kateqoriyası
[redaktə | vikimətni redaktə et]Albaniyada yolların bölündüyü kateqoriyalar[4] göstərilir.
Rruga Autostradale
[redaktə | vikimətni redaktə et]"Rruga Autostradale" yollar şəbəkəsi (quru yolu) tikinti ərəfəsindədir. Hər iki istiqamətdə iki zolaq vardır. Bundan əlavə yollar çox səviyyəli qovşaqlarla təchiz olunmuşdur. Bu yolların təyinatları yaşıl, fərdi yollar A kateqoriyası və yol nömrəsi ilə göstərilir.
Artıq inşa edilmiş magistral yollarda 110 km/s sürət həddi vardır. Ödənişli yollara görə hələki ödəniş edilmir.
Rruga Shtetërore
[redaktə | vikimətni redaktə et]Əsas yolların yanında Rruga Shtetërore milli yollar şəbəkəsidir. Bunlar böyük şəhərləri birləşdirən yüksək sürətli yollardır. Bu yolların keyfiyyəti fərqli ola bilər. Onlar şose kimi geniş sahələrə malik ola bilər və bəzi sahələrdə bir necə istiqamətə bir zolaqla daralırlar. Bu yollar mavi işarələrlə qeyd olunur. İşarələrdə SH SH SHÇ və müvafiq marşrutun sayı göstərilir. Bu yollarda maksimal icazə verilən sürət 90 km/s təşkil edir.
Rruga Rrethi
[redaktə | vikimətni redaktə et]Bu yollarda mümkün olan maksimum sürət şəhərdən kənarda 80 km/s, şəhərdə isə 40 km/s təşkil edir. RR-nin müvafiq nömrəsinə istinadən qeyd olunur.
Rruga Komunale
[redaktə | vikimətni redaktə et]Kommunalar arasında ('Rruga Komunale') ikinci dərəcəli yollardır. Bu yollar ümumiyyətlə aşağı tikinti standartlarına, qısa uzunluğa və aşağı sürət axınına malikdir. Rruga Rrethidə olduğu kimi, bu yollarda şəhərdən kənarda 80 km/s, şəhərdə isə 40 km/ s maksimum sürət həddinə icazə verilir. Bu yollar müvafiq K hərf ilə qeyd olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "CIA Factbook". 2020-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.
- ↑ "アーカイブされたコピー" (PDF). 2013-05-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-06-19.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-31.
- ↑ "Auflistung der Straßenkategorien in Albanien". Motorways-exits.com. İstifadə tarixi: 2023-02-01.