Abovyan küçəsi (İrəvan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abovyan küçəsi
Ümumi məlumatlar
Ölkə
Şəhər İrəvan
Uzunluğu
  • 1.600 m
Eni 5 m
Şərəfinə adlandırılıb Xaçatur Abovyan

Abovyan küçəsi (erm. Աբովյան փողոց) — İrəvan şəhərinin mərkəzində, Respublika meydanından Aleksadra Myasnikyan prospektinə qədər uzanan küçə.

İrəvan şəhərinin ən qədim küçələrindən biridir. 1924-cü il Aleksandr Oqanoseviç Tamanyanın hazırladığı şəhərin baş planında toxunulmaz olaraq qalan küçə olmuşdur.

Küçə 1920-ci ildə görkəmli erməni şairi Xaçatur Avetikoviç Abovyanın şərəfinə adlandırılmışdır. Adının dəyişdirilməsinə qədər Astafev küçəsi adlanırdı (1868-1920). Küçə İrəvan qubernatoru Mixail İvanoviç Astafevin şərəfinə adlandırılmışdır (1860—1869). 1868-ci ilə qədər Qala küçəsi adlanırdı.

1930-cu illərdə tanınmış Karabal gününün böyük bir qismini bu küçədə keçirir və yaxınlıqdan keçən qızlara gül hədiyyə edirdi.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Xaçatur Averikoviç Abovyan abidəsi (1950, heykəltaraş Suren Stepanyan)
  • Avetik Saakoviç İsaakyan abidəsi
  • Karabal abidəsi (1991, heykəltaraş Levon Tokmacyan)[1]
  • XIX əsr qapıları binası[2]

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]
  • Rəssam Stepan Məliksetoviç Ağacanyan (ev 42, memorial lövhə)
  • Ermənistan SSR xalq artisti Arev Qriqorevna Bağdasaryan (ev 21, memorial lövhə)
  • Tarixçi və linqvist Qriqori Ayvazoviç Kapanyan (ev 32, memorial lövhə)
  • Rusiyanın alim-həkimi Serafimoviç Keçek Ambarsum (ev 32, memorial lövhə)
  • Kinorejisor və aktyor Amasi Petroviç Martirosyan (ev 31, memorial lövhə)
  • SSRİ xalq artisti Metaksiya Miqranovna Simoyan (ev 20, memorial lövhə)
  • Ermənistanın birinci katibi Ağası Qevondoviç Xancyan (ev 8, memorial lövhə)
  1. "Знаменитый памятник дедушки-цветочника Карабалы в Ереване вернется на прежнее место". 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.
  2. "Дверь в здании 19 века на улице Абовяна в Ереване". 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-26.

İrəvan. Abovyan küçəsi Abovyan küçəsi Arxivləşdirilib 2018-10-26 at the Wayback Machine