Abşeron qoyunu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abşeron qoyunu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.[1]

Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir.

Cinsin xarakteristikası

[redaktə | mənbəni redaktə et]
  • Cinsin istiqaməti – ətlik-yunluq-südlük
  • Yunun növü – yarımqaba
  • Yunun rəngi – açıq boz, ağımtıl
  • Yunun təbii uzunluğu – 16-25 sm
  • Yunun orta nazikliyi – 38,016 mkr
  • Yunun sinfi: I-II sinif yarımqaba
  • Yun məhsuldarlığı – 3,5-4 kq
  • Diri çəkisi (kq):
    • törədici qoçlarda – 60-70
    • ana qoyun – 45-50

Eksteryer əlamətlər

[redaktə | mənbəni redaktə et]

Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir,baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır. 5 aylığında qırxıldıqdan sonra yunu açıq-boz və ya ağ rəngdə olur.

Quyruğun böyüklüyü və forması

[redaktə | mənbəni redaktə et]

Böyük və orta, iki hissədən ibarət (sağ və sol) olmaqla diz oynağına kimi uzanır (sallanır). Quyruğun forması yığcam və az sallaqdır.

Bala məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]

Abşeron şəraitində hər 100 ana qoyundan 105-110 quzu alınır. Bu rəqəm bəzən 110-120-ə çata bilər. Dişi quzuların, erkəklərə nisbətən 8,1% çox doğulması, sürüdə ana qoyunun xüsusi çəkisinin artmasına imkan verir.

Süd – yun məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]

Əlverişli yaz otlaq şəraitində hər qoyundan orta hesabla yağlığı 6,4% olan 43-50 litr süd sağılır ki, bundan da 10 kq yüksək keyfiyyətli pendir hazırlamaq olar.

Yun məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]

Abşeron qoyununun yun məhsuldarlığı Qafqazda yetişdirilən qaba yunlu qoyunlardan 1,5-2 dəfə, dağ merinosundan isə 50% çoxdur. Abşeron qoyununun təkmilləşdirilməsi nəticəsində yun məhsuldarlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, yun qabadan yarım qabaya, tünd rəngdən açıq boz, ağımtıl rəngə, kobud qabadan və ölü tükdən yarım qaba yuna keçmək istiqamətində aparılan seleksiya damazlıq işin nəticəsi olaraq təsərrüfatda yun istehsalı və hər qoyundan qırxılan orta yun məhsuldarlığı xeyli yüksəlmişdir.

"Abşeron" qoyun cinsinin yun məhsuldarlığı, kiloqramla[2]
Təsər­rü­fat­lar Yaş və cinsiyyət qrupu İllər
2003 2004 2005
çirkli yun təmiz yun çirkli yun təmiz yun çirkli yun təmiz yun
GÜZDƏK Törədici qoçlar 3,885 2,408 3,859 2,392 3,990 2,473
Ana qoyunlar 2,773 1,719 2,832 1,755 2,771 1,718
Şişəklər 2,858 1,771 3,020 1,881 2,923 1,812
QOBU Törədici qoçlar 3,849 2,386 3,881 2,406 3,897 2,416
Ana qoyunlar 2,733 1,694 2,814 1,742 2,811 1,742
Şişəklər 2,818 1,747 2,920 1,810 2,882 1,786

Ət məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]
Otlaqda kökəldilmiş "Abşeron" qoyun cinsinin ət məhsuldarlığı[2]
(Nəzarət kəsiminin nəticələri)
Yaş qrupları Kəsimdən
qabaq
diri çəki (kq)
Cəmdək çıxarı Yağ çıxarı Kəsim çıxarı
(%)
Kütləsi Çıxarı Quyruq yağı İç yağı
kq % kq % kq %
Ana qoyun 57,3 21,83 38,09 5,14 8,97 3,88 6,7 53,88
1,5 yaşında erkəklər 50,6 20,2 39,92 6,60 11,85 2,17 3,7 53,7
8-9 aylıq erkəklər 40,8 17,5 42,89 7,3 5,63 1,0 2,75 50,97
5-6 aylıq quzular 35 15,5 44,28 1,9 5,42 0,9 2,57 50,28
Bordaqda kökəldilmiş "Abşeron" qoyun cinsinin ət məhsuldarlığı[2]
(Nəzarət kəsiminin nəticələri)
Yaş qrupları Kəsimdən
qabaq
diri çəki (kq)
Cəmdək çıxarı Yağ çıxarı Kəsim çıxarı
(%)
Kütləsi Çıxarı Quyruq yağı İç yağı
kq % kq % kq %
2-3 yaşlı qoçlar 86,3 40,14 46,51 14,03 16,25 3,56 4,12 66,38
1,5 yaşlı qoçlar 75,4 34,87 45,58 13,43 17,81 2,16 5,86 66,25
1,5 yaşlı şişəklər 61,5 26,9 43,73 6,90 11,21 6,43 10,45 61,45
12-15 aylıq erkək toğlu 70,8 35,8 50,55 9,6 13,55 2,3 3,24 67,37

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]
Ana qoyun
6 aylıq quzu
6 aylıq quzu
  1. Abşeron qoyununun qısa xarakteristikası, "Azərbaycan Elmi" jurnalı № 6-7, 2005
  2. 1 2 3 Azərbaycan Respublikası, Kənd Təsərrüfat Nazirliyi, RİEB "Azərdamazlıqbirliyi", Az. ETHİ-nin Abşeron heyvandarlıq təcrübə stansiyası, Qala-Abşeron cinsli qoyunların bonitirəsinə zootexniki tələbata dair təlimat. Bakı: 1994
  • Akademik E.B. Bəşirov "Azərbaycanda damazlıq Heyvandarlığın problemləri və inkişafının elmi əsasları (1951-2007)", Bakı, "Şəeq.Qərb", 2008, 592 səh. ISBN 9789952448328
  • Создано новый пород овец.// газета "Зеркало", 26 октября 2002 г.
  • "Золотой ключик" генефонда. // Газета "Зеркало", 3 декабря 2004 г.
  • Если долго мучиться. // Газета "Зеркало", 4 августа 2007 г.
  • Small ruminant breeds of Azerbaijan. M.V.Abdullaev, N.A.Nadjafov, N.B.Ismayilov, B.M.Odjahkuliev and M.G.Balakishiev. Characterization of small ruminant breeds in central Asia and the Caucasus. /ed by Iniguez, Luis. Mueller, Joaquin International Center for Agricultural Research in the Dry Areas. 2008. P. 335-373.
  • Наджафов Н.А. Перспективы восстановления, размножения и совершенствования продуктивных качеств овец "Гала Гойуну" в условиях Апшерона.//Тезисы докладов республиканского совещания продуктивности с/х. Азербайджана. Баку, 1980.
  • Наджафов Н.А. Временная инструкция по бонитировке жирно-хвостных овец "Гала Гойуну" дополнено и утверждено плем совета МСХ, 3 июля 1977.//Утверждено по приказу МСХ Азерб.ССР от 23 февраля 1978 г.
  • Наджафов Н.А. Перспективы дальнейшего восстановления, размножения и со-вершенствования продуктивных качеств овец "Гала Гойуну" на Апшероне"//Доклад на-учной конференции по теме "Проблема сохранения использования Аборегенных (местных) пород и популяции животных образовательных процессе Закафказское отделение ВАСХНИЛ гор. Кировабад, 18-19 ноябрь 1976.
  • Наджафов Н.А. Овцы Гала-Апшеронская//Тезис научных сборников ВНИОК. Ставрополь, 1991, с. 152-154.
  • Nəcəfov N.A. Perspektivli Abşeron qoyun cinsi yaradılmışdır. //"Azərbaycan elmi" beynəlxalq elmi nəzəri jurnal. №6-7, Bakı, 2005, səh. 10-23.
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, RİEB "Azərdamazlıqbirliyi", Az.ETHİ-nin Abşeron heyvandarlıq təcrübə Stansiyası. Qala-Abşeron cinsli qoyunların bonitirəsinə zootexniki tələbata dair təlimat, Bakı-1994

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Abşeron cinsinin Azərbaycanda yayıldığı bölgələr