ABŞ-nin Panamaya müdaxiləsi
Just Cause əməliyyatı | |||
---|---|---|---|
Yeri | Panama | ||
Nəticəsi | ABŞ-nin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb.
Əmaliyyatın gedişi
[redaktə | mənbəni redaktə et]15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
İtkilər
[redaktə | mənbəni redaktə et]ABŞ ordusunun itkiləri 23 ölü, 324 yaralı olaraq hesablanmışdır, Panama tərəfinin itkiləri barədə isə dəqiq məlumat yoxdur. Amerikan təxminlərinə görə Noryeqaya bağlı qüvvələr bu əməliyyatda 205 nəfər itki vermişdir. Rəsmi Pentaqon açıqlamasına görə əməliyyat ərzində 510 nəfər panamalı mülki vətəndaş həlak olub.
Reaksiyalar
[redaktə | mənbəni redaktə et]ABŞ-nin Panamanı işğal etməsi Kolumbiya xaricində qalan bütün Latın Amerikası ölkələri tərəfindən qınandı. Bu əməliyyat SSRİ və Çin tərəfindən də qınandı.