Aşıq Murad Ulduz
Aşıq Murad Ulduz | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Murad Aslan oğlu Ulduz |
Ləqəbi | Qaraxanlı |
Doğum tarixi | 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 iyul 1999 |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair, aşıq |
Fəaliyyət illəri | 1938-1999 |
Musiqi aləti | Saz |
Aşıq Murad Ulduz (Murad Aslan oğlu Ulduz; 1922, Bardaqlı[d], Qars ili – 25 iyul 1999, Türkiyə) — aşıq
Həyatı
[redaktə | mənbəni redaktə et]Aşıq Murad Ulduz 1922-ci ildə Türkiyənin Arpaçay qəzasının Bardaqlı kəndində doğulmuşdur. Atası Aslan (?-1979) Qasım oğlu, anası isə Molla Məhəmmədin qızı Ayişə olub.
1928-ci ildə 6 yaşlı Murad ailəsi ilə birlikdə Qaraxan kəndinə köçmüşdür. Muradgil ailədə 12 qardaş-bacı olublar.
O, Aşıq Gülüstanın və Aşıq İbrahimin şəyirdi olsa da Aşıq Şenlikin oğlu Aşıq Qasımdan da dərs alıb. O özü də ustad olaraq oğlu Aşıq Günay Ulduz başda olmaqla bir çox aşıqlar yetişdirmişdir.
Ona 1938-ci ildə vergi verilmiş və aşıqlığa başlamışdır.
Təxminən on min qatar şeiri olan Aşıq Murad Qaraxanlının "Murad şah", "Əhməd bəy" və "Muxlis bəy" adlı dastanları da var.
Onun yaradıcılığında "Təcnis", "Cığalı təcnis", "Qoşma", "Gəraylı", "Müxəmməs", "Divani" və başqa janrlarda şeirlər vardır.
Aşıq Murad 1946-cı ildə Qüdrət adlı xanımla ailə qurmuş və 5 övladları olmuşdur.
25 iyul 1999-cu ildə böyrək xəstəliyindən vəfat etmişdir.
- Aşıq Günay Ulduzun atasıdır.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Qaraxanlı Aşıq Murad Ulduz, "Ay hayıf", (tərtib edəni: Aşıq Günay Ulduz), Ankara, "Özgün mətbəəsi", 2003. 720 səh. (türk dilində)
Ailəsi
[redaktə | mənbəni redaktə et]O xatirələrində söyləyirmiş ki, üçüncü babası Qazax Allahverdi həyat yoldaşı Mulğusa xanımla və qardaşları Qasım, Haqverdi, Əli, Vəli və adlarını xatırlamadığı bacıları ilə Qazaxıstandan köçüb Gürcüstanın Dağ Sadaqlı kəndinə gəlib yerləşmişlər. Burada bir neçə il yaşadıqdan sonra babası Qazax Allahverdi Türkiyəyə köçməli olur. O, Türkiyənin Arpaçay qəzasının Bardaqlı kəndində yerləşmişdir. Qazax Allahverdinin iki övladı olmuşdur, — Qasım və Abdullah.
Şəcərəsi
[redaktə | mənbəni redaktə et]- Qazax Allahverdi
- Qasım
- Aslan
- Aşıq Murad Ulduz
- Aşıq Günay Ulduz
- Ömür Can Ulduz
- Aşıq Günay Ulduz
- Aşıq Murad Ulduz
- Aslan
- Qasım
Mənbə
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine
- Zakir Şəhriyaz, "Hu çəkib Allah desə", Bütöv Azərbaycan qəzeti, № 20(152), 13–19 iyun 2012-ci il.