Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-həşimi | |
---|---|
ərəb. أبو إبراهيم الهاشمي القرشي | |
Doğum tarixi | ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 2022[2] (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kamikadze partlayışı[d][5] |
Fəaliyyəti | hərbi lider[d], Kondottiyeri |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976[1], Mosul – 3 fevral 2022[2], Atme[d], İdlib mühafəzəsi[4]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı.
2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır.
İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub. Ona İŞİD milisləri "alim, müharibə şeyxi və.s" ləqəblər qoymuşdular.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Security Council ISIL (Da’esh) and Al-Qaida Sanctions Committee Adds One Entry to Its Sanctions List. Birləşmiş Millətlər Təşkilatı, 2020.
- ↑ 1 2 Statement by President Joe Biden. WhiteHouse.gov, 2022.
- ↑ 1 2 Abu Ibrahim al-Quraishi: Who was the ISIS leader killed by the US?. The Jerusalem Post, 2022.
- ↑ 1 2 Biden details US raid in Syria that left ISIS leader dead. ABC News, 2022.
- ↑ Isis leader killed - latest news: Biden says Qurayshi killing is warning to terrorists. The Independent, 2022.