Əbdüləziz ibn Şüeyb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdüləziz ibn Şüeyb
Krit əmiri
949 – 961
ƏvvəlkiƏli ibn Əhməd
Sonrakıvəzifə ləğv edilib.
Şəxsi məlumatlar
Fəaliyyəti hərbi qulluqçu
Uşağı
Rütbəsi Əmir

Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi Bəlluti (ərəb. عبد العزيز بن شعيب بن عمر القرطبي البلوطي‎), həmçinin Bizans mənbələrində Kurupas (yun. Κουρουπᾶς) — 949-cu ildən 961-ci ilə qədər Krit əmiri. O, ada Bizans tərəfindən ələ keçirilənə qədər hakimiyyətdə qalmış Kritin onuncu və son əmiri idi.

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Xandaksın ələ keçirilməsindən sonra Əbdüləziz ailəsi ilə birlikdə əsir götürülmüş, Konstantinopola aparılmışdır və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Sonra onlara zəngin hədiyyələr verilmiş, II Roman tərəfindən mülk bəxş edilmişdir. Bizans mənbələrində bildirilmişdir ki, imperator Əbdüləzizi senator etmək fikrində idi, lakin sonuncu xristianlığı qəbul etməkdən imtina etmişdi deyə bu reallaşmamışdı.[1] Oğullarından biri, Numan və ya yunan dilindəki adı ilə Anemas xristianlığı qəbul etmişdir. O, Bizans ordusunda xidmət edirdi və 971-ci ildə Dorostolun mühasirəsində həlak olmuşdur.[2] Bəzi müasir tədqiqatçılar eyniadlı sonrakı Bizans aristokrat ailəsinin onun nəslindən olmasını mümkün hesab edirlər.[3]

  1. PmbZ, ʻAbdalʻazīz b. Šuʻayb b. ʻUmar al-Qurṭubī (#20009)
  2. PmbZ, ʻAbdalʻazīz b. Šuʻayb b. ʻUmar al-Qurṭubī (#20009); Anemas (#20421)
  3. ODB, "Anemas" (A. Kazhdan), p. 96
  • Kacan, Aleksandr, redaktorThe Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8.
  • Lilie, Ralph-Johannes; Ludwig, Claudia; Pratsch, Thomas; Zielke, Beate (2013). Prosopographie der mittelbyzantinischen Zeit Online. Berlin-Brandenburgische Akademie der Wissenschaften. Nach Vorarbeiten F. Winkelmanns erstellt (in German). Berlin and Boston: De Gruyter.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525.
  • Miles, George C. "Byzantium and the Arabs: Relations in Crete and the Aegean Area". Dumbarton Oaks Papers. 18. 1964: 1–32. doi:10.2307/1291204. JSTOR 1291204.