Şelimber döyüşü
Şelimber döyüşü — 18 oktyabr 1599-cu ildə Mixay Cəsurun (rum. Mihai Viteazul) başçılıq etdiyi valaxiya ordusu və Andraş Batorinin başçılıq etdiyi transilvaniya-macar ordusu arasında Şelimber kəndi tərəfdə (Sibiu yaxınlığında) baş verən döyüş.
Arxa plan
[redaktə | mənbəni redaktə et]1950-ci sonlarında valaxiya hökümdarı Mixay Cəsur osmanlılar döyüşmək üçün Transilvaniyaya yollandı. Eyni zamanda qonşu hökümdarlar transilvaniyalı Andraş Batori və moldaviyalı Ieremia Movilya Polşa dövləti ilə dostluq edirdilər.
1598-ci ildə Mixay osmanlılarla sülh müqaviləsi imzaladı, ancaq hər iki tərəf anlayırdı ki, münaqişə hələ bitirilməmişdir. Transilvaniya knyazlığı Osmanlılarla dostluq münasibətlərini saxlayan Polşa dövlətinin təsiri altına düşəndə, Valaxiyanin ətrafında düşmənlərin mövqeyiləri daha da gücləndi. Yalnız Habsburqlar Mixay ilə birləşməyə hazır idilər. 9 iyun 1598-ci ildə Praqada bağlanan müqavilənin nəticəsində Valaxiya Müqəddəs Roma İmperiyasının vassal dövlətinə çevrildi, əvəzində imperator Mixayın 5 000-lik muzdla tutulan döyüşçünün xərclərini qarşılamaq öhdəsini götürdü. Mixay ittifaqı bərkitməyə qərar verdi və imperator Rudolfun razılığı ilə Transilvaniyaya hücuma başladı.