Şahin Məmmədov (siyasətçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahin Məmmədov
bayraq
Masallı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
20 noyabr 2019 – 25 iyul 2022
ƏvvəlkiRafil Hüseynov
SonrakıAraz Əhmədov
bayraq
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
26 dekabr 2005 – 20 noyabr 2019
ƏvvəlkiŞamil Həsənov
SonrakıRafil Hüseynov
bayraq
Samux Rayon İcra Hakimiyyətinin başçısı
17 aprel 2004 – 26 dekabr 2005
ƏvvəlkiArif Ağayev
SonrakıVilyam Hacıyev
bayraq
Bərdə Rayon İcra Hakimiyyətinin başçısının müavini
bayraq2
1992 – 1995
BaşçıAzad Abdıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1959(1959-01-01) (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahin Kərim oğlu Məmmədov (1 yanvar 1959, Bərdə) — Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Şahin Məmmədov 1959-cu ildə Bərdə şəhərində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. 1975–1983-cü illərdə "Azelektromontaj" idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1983–1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992–1993-cü illərdə Maliyyə Nazirliyinin "Azəraudit" mərkəzinin Bərdə rayon şöbəsinin rəisi vəzifələrində çalışıb.

1993–1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri işləyib.

1996–2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000–2004-cü illərdə isə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri olmuşdur.

17 aprel 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

YAP Siyasi Şurasının üzvü olmuşdur.[1]

28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[2]

  1. "Arxivlənmiş surət". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.
  2. "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.