Şəmmas ibn Osman
Şəmmas ibn Osman | |
---|---|
Doğum tarixi | 591 |
Doğum yeri | |
Vəfat tarixi | 625 |
Şəmmas ibn Osman[1] (591, Məkkə – 625, ərəb. شمّاس بن عثمان) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur.
Şəmmas ad deyil, ləqəbdir, amma gözəl və işıqlı simasına görə bu ləqəbi alır. Daha çox ləqəbi ilə tanınmışdır. Xəlifə Ömər onu “Ümmətin Yusifi” adı ilə anır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Şəmmas ibn Osman". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.