41°12′15″ şm. e. 47°11′52″ ş. u.HGYO

Şəki Tarix-Diyarşünaslıq Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəki Tarix-Diyarşünaslıq Muzeyi
Xəritə
Əsası qoyulub 1925
Mövzu arxeologiya, etnoqrafiya
Ölkə
Yerləşir Şəki, Qala divarları 1
Kolleksiyası 5000-dən çox eksponat
Direktor Yaqut Cəlalova
Muzeyə yetişmək Narınqala divarları, 055 Şəki, Azərbaycan[1]
Telefon (+99424) 24 4 37 02
41°12′15″ şm. e. 47°11′52″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəki Tarix-Diyarşünaslıq MuzeyiŞəki rayonunda fəaliyyət göstərən muzey. Muzey Rəşid bəy Əfəndiyevin adını daşıyır. 1925 –ci ildən fəaliyyət göstərir. Binanın ümümi sahəsi 924 km ²-dır. Bunun 724 m2-də ekspozisiya zalları yerləşir.

Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir.[2] Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir.[3] Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.Eyni zamanda Böyük vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.[4] Müxtəlif illərdə müxtəlif binalarda yerləşən R.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi hazırda Şəkinin səfalı bir guşəsində - Qala Divarları arasında olan binada yerləşib. 1895-ci ildə kazarma məqsədilə tikilmiş bu tarixi binaya muzey 1980-ci ildən köçürülüb. Əvvəllər 2 otağa yerləşən muzeyin indi 10 ekspozisiya, 1 lektoriya zallarından ibarətdir.

Muzeyin şöbələri

[redaktə | mənbəni redaktə et]

Muzey aşağıdakı şöbələrdən ibarətdir:

  1. Giriş
  2. Təbiət
  3. Qədim dövr
  4. Etnoqrafiya
  5. Cumhuriyyət
  6. Elm,mədəniyyət,səhiyyə xadimləri
  7. Döyüş şöhrəti
  8. İpəkçilik
  9. Kənd təsərrüfatı
  10. Şəkinin süfrə və mətbəx mədəniyyəti
  11. Lektoriya[5]

Muzeyin maraqlı eksponatları

[redaktə | mənbəni redaktə et]
  • Muzeyidə qorunan faytonda 1920-ci ildə N.Nərimanov Yevlaxdan Şəkiyə gəlib.
  • Muzeyizdəki samovar qəhvə dəmləmək üçündür.
  • Müxtəlif sənət nümunələri
  • Muzeydəki hamam sandığı (seyfi) o vaxtlar qız-gəlinlərin hamama gedərkən üzərilərində daşıdıqları bəzək əşyalarını saxlamaq üçün istifadə olunub. Sandığın üzərində Sədi Şirazinin hamam şeiri həkk olunub.
  • Muzeyidə açılmış Süfrə və mətbəx mədəniyyəti şöbəsində işin qurulmasına məşhur kulinarlardan olan Hacı Cabir Xəlifzadənin rolu olmuşdur.[6]
  1. "Muzeyin ünvanı". vymaps.com. İstifadə tarixi: 22.02.2021.
  2. "Şəki Tarix-Diyarşünaslıq Muzeyi". 2018-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  3. Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi
  4. anl.az http://anl.az/down/meqale/palitra/2011/noyabr/210040.htm (#bare_url_missing_title). 2020-10-22 tarixində arxivləşdirilib.
  5. "Şəki Tarix Diyarşünaslıq Muzeyi". icomaz.az. İstifadə tarixi: 22.02.2021.
  6. "Şəki Tarix-Diyarşünaslıq Muzeyi". www.findglocal.com. İstifadə tarixi: 22.02.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]