İtiyarpaqlı söyüd
Naviqasiyaya keç
Axtarışa keç
İtiyarpaqlı söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: İtiyarpaqlı söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Avropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Balverən bitkidir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Salix daphnoides subsp. acutifolia (Willd.) Ahlfv.
- Salix violacea G.Anderson ex Sm.
- Vimen violacea Raf.
Yarımnövləri
[redaktə | mənbəni redaktə et]- Salix acutifolia f. acutifolia
- Salix acutifolia f. pendula I.V.Belyaeva, N.Y.Stepanova & O.V.Epanch.