İrek Zinnurov
İrek Zinnurov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 11 yanvar 1969 (55 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Boyu | 189 sm |
Çəkisi | 85 kq |
İdman növü | Su polosu |
Vikianbarda əlaqəli mediafayllar |
İrek Haydaroviç Zinnurov (11 yanvar 1969, Yakutsk) — Rusiya idmançısı və siyasətçisi. Su polosu üzrə ikiqat Olimpiya medalçısı (2000, 2004). Dünya və Avropa çempionatlarının mükafatçısı. Rusiyanın əməkdar idman ustası. VII çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı. MDB üzrə komitənin üzvü. «Vahid Rusiya» fraksiyasının üzvü [1].
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]8 nömrəli Kazan Uşaq-gənclər idman məktəbinin yetirməsidir. İrekin ilk məşqiçisi V. Qoryunov olmuşdur. Simferapol dövlət universitetini bitirmişdir (1992). 1994-cü ildən Volqoqrad şəhərinin «Lukoy-Spartak» klubunda oynamağa başladı. Bu klubda İrek 4 dəfə Rusiya çempionu oldu (1997, 1999, 2003, 2004). Altı dəfə isə Rusiya Kubokunu əldə etdmişdir (1998, 2000, 2001, 2002, 2003, 2004).
1995-ci ildən Rusiya millisində oynayıb. 2000 Sidney Olimpiadasının gümüş mükafatçısı (2000), 2004-cü ildə Afinada keçirilən Olimpiada oyunlarının bürünc mükafatçısı (2004), 1998-ci il Xoşməramlı oyunların qalibi (Nyu-York), 2001-ci il dünya çempionatının (Fukuoka) bürünc mükafatçısı, 2002-ci il Dünya Liqasının qalibi (Yunanıstan), 2002 Dünya Kubokunun qalibi (Belqrad), 1997-ci il Avropa çempionatının bürünc mükafatçısı (Sevilya).
2004-cü ildə «Sintez» komandasının (Kazan) kapitanı oldu. Bu komandanın tərkibində «Len Trophy» Kubokunu (2006-2007), Rusiya çempionatını (2007) və Rusiya kubokunu (2005) qazanmişdır.
2009-cu ildə bir idman karyerasının bitdiyini açıqladı. 2009-cu ildən 2010-cu ilə qədər «Оргсинтез» hovuzunun direktoru, 2010-cu ildən «Sintez» klubunun (Kazan) vitse-prezidenti, 2011-ci ilin yanvar ayından isə «Sintezin» baş məşqçisi olmuşdur.
2013-cü ildən - Tatarıstan Respublikası İctimai Palatasının üzvüdür.[2] 2016-cı ildə Vahid Rusiya Partiyasından VII çağırış Dövlət Dumasının deputatı seçildi.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Зиннуров Ирек Хайдарович" (rus). Государственная Дума. 2020-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Зиннуров, Ирек Хайдарович". ТАСС. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.
- ↑ "Приложение к постановлению Центральной избирательной комиссии Российской Федерации от 23 сентября 2016 г. N 56/541-7" (rus). Российская газета. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.