İradə Vəkilova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İradə Vəkilova
İradə Ağacavad qızı Vəkilova
Doğum tarixi
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri II Fəxri xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Mənsur Vəkilov
Uşaqları Məmmədrza
Rəna
Milliyyəti azərbaycanlı
İxtisası filologiya
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti jurnalist, publisist, ssenarist, filoloq
Tanınır jurnalist
Mükafatları Əməkdar jurnalist

İradə Vəkilova (İradə Ağacavad qızı Vəkilova 20 avqust 193530 may 1998) — Azərbaycanlı jurnalist, publisist, ssenaristi, Əməkdar jurnalist, Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"nin qurucusu[1]

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

İradə Vəkilova 1935-ci ildə 20 avqustda anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomatla bitirmişdir[2].

İradə Vəkilova 1998-ci ildə 30 mayda vəfat etmişdir. Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mənsur Vəkilovun həyat yoldaşı olmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971). Dayısı Riza Abdullayev Türkmənistan SSR-nin xarici işlər naziri olmuşdur.

Mətbuat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bir il Komsomolskaya pravda qəzetində tərcübə keçmişdir. 1957-ci ildən o dövrün populyar qəzeti olan "Molodjou Azərbaydjana" qəzetində işləsə də, bu nəşrdə 1953-cü ildən yazılar dərc olunmuşdur. Vişka qəzetində şöbə müdiri işləmişdir. Pravda,Komsomolskaya pravda (qəzet, Rusiya) kimi mərkəz qəzetlərdə müntəzəm olaraq yazılar dərc etdirmişdir. 40 illik jurnalistlik fəaliyyəti dövründə yüzlərlə məqalələri, İngiltərə,Kuba, Türkiyə kimi dövlətlərdə maraqlı reportajları ilə yanaşı, dörd kitabı çap olunmuşdur. Fazil Abbasov və digər jurnalist həmkarları ilə birlikdə qeyri-leqal "ASSA: Mətbuat dairələrində böyük hörməti olan İrada Vəkilova 1990-cı ildə rada "müstəqil informasiya agentliyini təsis etmiş, Azərbaycan informasiya qıtlığının olduğu bir vaxtda ölkəmizin həqiqətlərini onlarca xarici ölkəyə çatdırmışdır[3]. İradə xanım 1991-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bu informasiya agentliyinin direktoru idi[4]. 1995-ci ildə Azərbaycanın ən qocaman qəzetlerinden olan "Bakinski raboçi" qəzetinin baş redaktoru təyin edilmişdir. Çinin rəsmi gənclər qəzetində "Əfsanəvi İradə" başlıqlı iri dərc olunmuşdur[5].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Evimizin işığı " (Bakı,Azərnəşr, 1982 , 201 səh.) kitabında 70–80-ci illərdə İradə xanımın qələmindən çıxan müsahibələr, reportajlar, oçerklər, yazılar, miniatürlar və məqalələr toplanmışdır[6]. İlk kitabından başqa general Cümşüd Rəsulbəyov haqqında oçerki də ayrıca kitabça şəklində çap edilmişdir . Onun Moskvada "Azərbaycan haqqında oçerk " kitabı buraxılmışdır. Moldovada nəşr edilən Azərbaycan haqqında oçerklər kitabında bir oçerki də yer almışdır. Esseləri, şeirləri və s.: yazıları onun yüksək bədii təfəkkürə malik qələm sahibi kimi tanıtmışdır[6].

10 sənədli və elmi filmin müəllifidir.Onun "Nəsirəddin Tusi" haqqında elmi — sənədli filmini bir çox xarici ölkələr satın almışlar. "Zaman amili" və "Bakı buxtası" filmləri də maraqla qarşılanmışdır[6].

  1. İradə Vəkilovanın 80 illik yubileyi qeyd olunub (FOTO)
  2. Варвара КОНСТАНТИНОВА. "ОНА ЛЮБИЛА ЖИЗНЬ" (rus). vyshka.azeurotel.com. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  3. "İradə Vəkilovanın jurnalistika məktəbi" (az.). azertag.az. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  4. "В этом году исполнилось бы 80 лет Ираде Векиловой – основательнице и руководителю информагентства "Асса-Ирада"" (rus). sputniknews.ru. 2020-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  5. "Unudulmaz İradə Vəkilova" (az.). tezadlar.az. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  6. 1 2 3 "В Баку отметили 80-летие известной журналистки Ирады Векиловой" (rus). azertag.az. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.