İnter Milan FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İnter
Loqonun şəkli
Klubun tam adı Football Club Internazionale Milano S.p.A.
Ölkə İtaliya İtaliya
Ləqəb(lər) Nerazzurri (Qara ve Mavi)
Il Biscione (Gürzələr)[1]
La Beneamata (sevgilim)
Rəng(lər) göy, qara
Yaranma tarixi 9 mart 1908 (111 yaş)
Stadionu Giuseppe Meazza Stadion
Tutumu 80 018
Prezidenti Çin Steven Zhang
Baş məşqçisi İtaliya Simone İnzagi
Kapitanı Argentina Lautaro Martinez
Liqa Serie A
2022–23 3
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu.

1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb.[2]

1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb.[2]

1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib. Sonra isə UEFA Kubokunu qazanıb. 1995-ci ildə klubun prezidenti Massimo Moratti, Ronaldo, Kristian VyeriErnan Krespo kimi oyunçuları alıb.[2] Amma klub yenə də ölkə çempionatında uğur qazana bilməyib. 1998-ci ildə Luidji Simonenin rəhbərlik etdiyi İnter yenə UEFA Kubokuna sahiblənib. 2000-ci ildə Moratti Marçello Lippini klub rəhbərliyinə gətirib. Anjelio Peruççi kimi tanınmış futbolçularla müqavilə bağlansa da, yenə Skudettonu almaq qismət olmub. 2002–2003-cü illər İnter milli çempionatda ikinci yeri tutub, UEFA Çempionlar Liqasının yarımfinalında Milana məğlub olub.[2]

2003–2004-cü illər mövsümündə komandaya əvvəl Alberto Zakkeroni, sonra isə Roberto Mançini rəhbərlik edib. 2005-ci ildə klub İtaliya KubokunaSuperkuboka yiyələnib. 2006-cı ildə komanda 3-cü yeri tutsa da, çempion Yuventus danışılmış oyunlara görə aşağı liqaya göndərilib, bir neçə komandanın xalları silinir və nəticədə İnter Skudettonun qalibi elan olunub. Amma növbəti il İnter yenə çempion titulunu qoruyub saxlayıb.[2] Hal-hazırda komandaya italiyalı mütəxəssis Simone İnzaghi baş məşqçilik edir.

2009–2010 mövsümündə İnter tarixində 18-ci dəfə İtaliya çempionu olub.[2]

Avropa kuboklarında iştirak

[redaktə | mənbəni redaktə et]
İnter forması Avropa Liqası Muzeyində

45 dəfə Avropa kuboklarında iştirak edib.

  • 3 dəfə UEFA Çempionlar Kubokunun qalibi – 1963/1964, 1964/1965, 2009/2010
  • 3 dəfə UEFA Kubokunun qalibi – 1990/1991, 1993/1994, 1997/1998
  • 3 dəfə Qitələrarası Kubokun qalibi – 1964, 1965, 2010
  • 19 dəfə İtaliya çempionu – 1909/1910, 1919/1920, 1929/1930, 1937/1938, 1939/1940, 1952/1953, 1953/1954, 1962/1963, 1964/1965, 1965/1966, 1970/1971, 1979/1980, 1988/1989, 2005/2006, 2006/2007, 2007/2008, 2008/2009, 2009/2010, 2020/21
  • 7 dəfə İtaliya Kubokunun qalibi – 1938/1939, 1977/1978, 1981/1982, 2004/2005, 2005/2006, 2009/2010, 2010/2011
  • 5 dəfə İtaliya Superkubokunun qalibi – 1989, 2005, 2006, 2008, 2010
  • 1 dəfə Berluskoni Kubokunun finalçısı – 1992
  1. "Məşhur klubların ləqəbləri". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-10.
  2. 1 2 3 4 5 6 ""Neftçi"nin qrupunda əsas rəqib - Milan "İnter"i". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]