İneciro Asanuma
İneciro Asanuma | |
---|---|
yap. 浅沼稲次郎 | |
23 mart 1960 – 12 oktyabr 1960 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1898[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1960[3] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İneciro Asanuma (浅沼 稲次郎, Asanuma İneciro?, 27 dekabr 1898[1][2], Miyakecima, Tokio, Yaponiya imperiyası – 12 oktyabr 1960[3], Çiyoda) – Yaponiya siyasətçisi, Yaponiya Sosialist Partiyasının rəhbəri. 1961-ci ildəki bir çıxışı zamanı Otoya Yamaquçi tərəfindən öldürülmüşdür.
Həyatı
[redaktə | mənbəni redaktə et]İneciro Asanuma 1898-ci ildə Miyakecima adasında doğulmuşdur. O, bir neçə dəfə dövlət qulluğu imtahanından kəsildikdən sonra 1923-cü ildə Vaseda Universitetindən məzun olmuşdur. Burada tələbə hərəkatında iştirak etmişdir. 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qoşulsa da, proletar siyasətlə məşğul olmaq üçün 1924-cü ildə partiyadan ayrılmışdır.[4] 1923-cü ildə Yaponiya Mədən İşçiləri Birliyinə qoşulmuş, 1925-ci ildə Fermer-Fəhlə Partiyasının baş katibi seçilmişdir. Partiya tezliklə hökumət tərəfindən bağlanmışdır.[5] Aşio mədənindəki aksiyaları dəstəklədiyi üçün 5 aylıq həbsdə olmuşdur.[6]
1933-cü ildə Tokio Şəhər Şurasına qəbul olunmuş, 1936 və 1937-ci illərdə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilərək Sosial Kütlələr Partiyasını təmsil etmişdir. O, antiimperialist olsa da, 1932-ci ilə qədər Mancuriyanın "müstəqilliyini" dəstəkləmişdir. O, partiyasının sağçı "Tohokay" təşkilatı ilə birləşməsinə çalışmışdır.[4] 1940-cı ildə Takao Saytonun parlamentdəki antimüharibə çıxışını tənqid etmişdir.[7]
Müharibədən sonra
[redaktə | mənbəni redaktə et]İkinci Dünya müharibəsindən sonra Yaponiya Sosialist Partiyasının qurulmasında iştirak etmişdir. 1946–1958-ci illərdə 7 dəfə Yaponiya parlamentinə seçilmişdir. 1948-ci ildə partiyanın baş katibi, 1960-cı ilin martında partiyanın prezidenti olmuşdur.[4]
Müharibədən sonra Yaponiya sosialistlərinin lideri olan Asanuma Yaponiya Sosialist Partiyasının yenidən silahlanmaya qarşı olan mövqeyinə başçılıq etmiş, 1957 və 1959-cu illərdə Çinə göndərilmiş partiya nümayəndəliklərinin başçısı olmuşdur. 1959-cu ildəki Çin səfəri zamanı Asiyadakı ABŞ imperializmini tənqid etmişdir. 1960-cı ildəki Yaponiya–ABŞ təhlükəsizlik müqaviləsinin imzalanmasına qarşı olan hərəkata başçılıq etmişdir. 1960-cı ildə seçkilərlə bağlı çıxışı zamanı sağçı bir aktivist tərəfindən bıçaqlanaraq öldürülmüşdür.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Inejiro Asanuma // SNAC (ing.). 2010.
- ↑ 1 2 Inejiro Asanuma // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Асанума Инэдзиро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 Huffman. səh. 15
- ↑ The Japan Biographical Encyclopedia & Who's Who. səh. 77
- ↑ Frédéric. səh. 52
- ↑ 1 2 Huffman. səh. 16
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 15–16. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 10 avqust 2024.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 77. İstifadə tarixi: 10 avqust 2024.
- Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. ISBN 9780674017535. İstifadə tarixi: 2024.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İneciro Asanuma (ing.) Find a Grave saytında
- 27 dekabrda doğulanlar
- 1898-ci ildə doğulanlar
- Tokioda doğulanlar
- 12 oktyabrda vəfat edənlər
- 1960-cı ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Tokioda vəfat edənlər
- Tama qəbiristanlığında dəfn olunanlar
- Vaseda Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Yaponiya sosialistləri
- Yaponiya siyasətçiləri