İlyas Bəy məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
islam
İlyas Bəy məscidi
türk. İlyas Bey Camii
Xəritə
Yerləşməsi
Ölkə  Türkiyə
Memarlıq
Üslubu Anadolu memarlıq məktəbi
miletilyasbey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlyas Bey məscidi — Türkiyənin Aydın ilinin Didim ilçəsində, qədim Milet şəhərinin xarabalıqları yaxınlığında Balat köyündə yerləşən məscid. Bu məscid Anadolu Bəylikləri dönəminə aidir.

Məscidin inşası Məntəşəoğullarının son hökümdarı İlyas Bəyin əmri ilə 1404-cü ilin may-iyun aylarında inşasına başlanılmışdır. Koca cami və ya Cumə cami' olaraq da tanınır. Məscid, mədrəsə, imarət, hamam, dükan kimi tikililərdən ibarət olan İlyas Bəy Külliyəsinin bir parçasıdır. Məscidin inşası zamanı antik Milet xarabasından ayrılmış mərmər bloklardan istifadə edilmişdir. Məscidin minarəsi və onun fasad hissəsinin bəzək elementləri Anadolu Türk menarlığının öndə gedən əsərlərindən biridir.

Məscid 2007–2012-ci illər arasında kompleksə daxil olan digər tikilərlə birlikdə restavrasiya edilmişdir. Bu bərpa layihəsi Avropada yüksək qiymətləndirilərək mükafatlandırılmışdır.

Antik Milet şəhərinin yerində inşa edilən Balat XIII əsrin ikinci yarısında Məntəşə bəyliyi torpaqlarna daxil idi. 1391-ci ildə Osmanlı imperiyası topraqlarına qatılsa da Ankara döyüşü sonrasında Teymurilər tərəfindən alınaraq Məntəşə bəyliyinə qaytarılmışdır. On il sonra Məntəşəoğlu İlyas Bəy bəyliyin başına gəldikdən sonra 1404-cü ili may-iyun ayları İlyas Bəy camisinin tikintisini başlatmışdır.

1890-cı illərdə Büyük Menderes hövzəsində meydana gələn şiddətli zəlzələ sonrası böyük zərər görmüşdür. 1905-ci ildə burada təmir işləri aparılmış və üzəri keramitlə örtülmüşdür. 1955-ci il zəlzələsində isə məscid kiçik zərər görmüşdür. 2007–2012-ci illərdə Söktaş adlı sənaye təşkilatının memarı Çingiz Kabaoğlunun restavrasiya layihəsi əsasında bərpa edilmişdir.

Tikili 18.17 m. X 18.27 m. ölçülərindəki ərazini əhatə edir. Gümbəzi 14 metrdir. Onun üzəri 1905-ci ilidəki təmir zamanı keramitlə örtülmüşdür.

Tikilinin qapısı şimal hissədə yerləşir. Bu hissə sivri kəmərli portalla işlənmişdir. Tikilinin digər yanlarında dəmir məhəccərli iki pəncərə vardır.

Girişi yazılar və geometrik bitki motivləri ilə işlənmişdir. Giriş 7.37 m hündürlüyə və 5.12 m enə malikdir.

Tikilinin divarları daxildən və xaricdən mərmərlə örtülmüşdür. Cənub-qərb hissədə olan girişdə yuvarlaq kəmərli qapı ilə saxlanan minarə 1955-ci ildəki zəlzələ sonrasında dağılmışdır.