İlya Seqaloviç
İlya Seqaloviç | |
---|---|
rus. Илья Валентинович Сегалович | |
Doğum tarixi | 13 sentyabr 1964[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 2013 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi[6], meningit, beyin xərçəngi[d][6] |
Dəfn yeri | |
Fəaliyyəti | sahibkar, CTO, proqramçı, informatik |
iseg.ya.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
İlya Seqaloviç (rus. Илья́ Валенти́нович Сегало́вич; 13 sentyabr 1964[1], Nijni Novqorod[2][3][…] – 27 iyul 2013, London[4][5]) — məşhur Rusiyalı proqramçı və ictimai xadim; Yandex.ru portalının — internet axtarış sisteminin təsisçisi. Həmçinin "Rus dilinin milli korpusu" informasiya-məlumat sisteminin həmtəsisçisi kimi də tanınır.
Həyatı
[redaktə | mənbəni redaktə et]İlya Seqaloviç 13 sentyabr 1964-cü ildə Qorki (indiki Nijni Novqorod) şəhərində dünyaya gəlib.
O, ali təhsilini 1981–1986-cı illərdə Moskva Geoloji Kəşfiyyat İnstitunun geofizika fakültəsində alıb. Seqaloviç institutu bitirdikdən sonra Ümumittifaq Mineral Xammal İnstitutunda proqramçı işləyir. Burada "Fortran" geofiziki informasiya sistemlərini yazır. 1991-ci ildə sinif yoldaşı Arkadi Volojun təsis etdiyi telekommunikasiya avadanlıqları tədarük edən "CompTek" şirkətində işləməyə başlayır. Voloj bu şirkətin əsasını 1989-cu ildə qoyub.
Seqaloviç İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu ilə əməkdaşlıq edərək, gərgin əmək sayəsində CompTek şirkətində axtarış lüğəti yaradır. Bu rus dilinin morfologiyasını əhatə edirdi. 1994-cü ildə "İncil kompüter məlumat kitabçası" hazırlanır.
Sonra onlar sərt disklərdə faylların axtarışı üçün "Yandex" proqramını hazırlayır və 1995-ci ildə onu internetdə informasiya axtarış üçün müasirləşdirməyə qərar verirlər. Proqramın "Yandex" adlandırılması məhz Seqaloviçin təşəbbüsü ilə gerçəkləşir, bu, "Yet Another iNDEXer" ("Daha bir indeksator") ingilis frazasını ifadə edirdi.
Seqaloviçin əsas işi — "Yandex.ru" axtarış sistemi rəsmən 23 sentyabr 1997-ci il tarixində Softool sərgisində təqdim edilib və o, ilk vaxtlar CompTek International şirkəti çərçivəsində inkişaf edirdi. Müstəqil olaraq "Yandex" 2000-ci ildən fəaliyyətə başlayıb. Belə ki, 2000-ci ildə Seqaloviç və Voloj "Yandex" şirkətinin əsasını qoydu — onların eyniadlı sistemi internet-axtarış sistemləri bazarının 60%-i tutdu.
2012-ci ilin sentyabrında Seqaloviçə mədə xərçəngi diaqnoz qoyulmuşdu. O, 27 iyul 2013-cü ildə vəfat edib. 1 avqustda Moskvada Troyekurov qəbiristanlığında dəfn edilmişdir.[7]
İnformasiya-məlumat sistemi
[redaktə | mənbəni redaktə et]İlya Seqaloviçin həyata keçirdiyi faydalı layihələrdən biri də rus dilinin milli korpusu hesab edilir. Rus dilinin korpusu — bu elektron formada rus mətnlərinin toplusuna əsaslanan informasiya-məlumat sistemidir, 29 aprel 2004-cü il "ruscorpora.ru" ünvanında açılıb. Bu saytda 500 milyondan çox sözü əhatə edən rus dilinin korpusu yerləşdirilib. Korpus peşəkar linqvistlər, məktəblilər və tələbələr, müəllimlər, rus dilini öyrənən əcnəbilər daxil olmaqla hər kəs üçün faydalıdır.
Korpusun yaradılması üzrə işlər 2001-ci ildə Moskva, Sankt-Peterburq, Voronej və başqa şəhərlərdən olan linqvistlər qrupu tərəfindən başlanıb.
Hazırda yalnız korpus üzrə axtarış azad və pulsuzdur. Layihə "Yandex" şirkəti tərəfindən dəstəklənir, şirkətin əməkdaşları həmçinin korpusun proqram təminatının hazırlanmasında iştirak edirlər. Bütün korpusa giriş müəllif hüquqları haqqında qanunla əlaqədar qeyri-mümkündür. Alt korpusun nişan qoyulmuş hissəsinin 1/6-nə girişin alınması üçün qeydiyyatdan keçmək və lisenziya razılaşmasını qəbul etmək lazımdır.
Xeyriyyəçiliyi
[redaktə | mənbəni redaktə et]İlya Seqaloviç məşhur proqramçı olmaqla yanaşı, xeyirxah insan kimi də tanınırdı. O, bir sıra xeyriyyə proqramları həyata keçirib. O, həyat yoldaşı Mariya ilə birlikdə "Deti Mariyi" bədii reabilitasiya mərkəzini təsis edib. Mərkəz kimsəsiz və fiziki qüsurlu uşaqlarla işləyir, onlara yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə kömək edərək rəsm, keramika, tikmə, xarici dillər, musiqi, aşpazlıq, psixologiya təlimlərinə cəlb edir. Bu təlim uşaqlara məişət bacarıqlarını əldə etməyə və gələcək peşə seçimini müəyyən etməyə yardımçı olur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 3 (797), 24 yanvar 2014, səh.27. (az.)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Соколов-Митрич Д. В. Яндекс.Книга. — М.: Манн, Иванов и Фербер, 2014. — 368 с. — (Реальные истории). — 10 000 экз. — ISBN 978-5-00057-092-0. (rus.)
- Владислав Дорофеев. Яндекс Воложа: История создания компании мечты. — М.: Альпина Паблишер, 2013. — 358 с. — ISBN 978-5-9614-4514-5. (rus.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.themoscowtimes.com/business/article/yandex-co-founder-ilya-segalovich-dead-at-48/483740.html.
- ↑ 1 2 http://en.ria.ru/russia/20130725/182414674.html.
- ↑ 1 2 http://www.upi.com/Science_News/Technology/2013/07/25/Ilya-Segalovich-Russian-Internet-pioneer-dies-at-48/67701374779047/.
- ↑ 1 2 http://www.telegraph.co.uk/technology/news/10208413/Yandex-founder-Ilya-Segalovich-dies-at-48.html.
- ↑ 1 2 http://www.businessinsider.com/yandex-co-founder-dies-at-48-from-brain-cancer-2013-7.
- ↑ 1 2 https://tass.ru/ekonomika/4580378.
- ↑ "Илья Сегалович похоронен на Троекуровском кладбище". радио "Голос России". 2013-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-01.