İkinci Sason üsyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İkinci Sason üsyanı
İkinci Sason üsyanının yeri (narıncı rəngli hissə) və Bitlis vilayəti (sarı rəngli hissə).
İkinci Sason üsyanının yeri (narıncı rəngli hissə) və Bitlis vilayəti (sarı rəngli hissə).
Tarix 1904
Yeri Sason, Bitlis vilayəti, Osmanlı imperiyası
Nəticəsi üsyan yatırıldı, Osmanlı imperiyası qələbə qazandı
Münaqişə tərəfləri

Erməni quldur dəstələri

Osmanlı imperiyası

Komandan(lar)

Hrayr Dzhoghk 
Andranik Ozanyan

II Əbdülhəmid

Tərəflərin qüvvəsi

1.000 qeyri-nizami erməni dəstələri, 3.000 Sasondan erməni[1]

10.000 Osmanlı əsgəri, 7.000 Kürt[1]

İkinci Sason üsyanının təşkilatçılarından biri olan erməni generalı Andranik Ozanyan

İkinci Sason üsyanı və ya 1904-cü il Sason üsyanı, 1904-cü ildə Sasonda Osmanlı imperiyasına qarşı erməni komitəsinin üzvləri tərəfindən həyata keçirilmiş olan üsyandır.

Erməni komitəsinin üzvlərinin təşəbbüsü ilə başladılmış olan Birinci Sason üsyanı nəticə vermədikdən sonra, 1897-ci ildə erməni komitəsinin üzvləri ilə birlikdə qəbul edilmiş olan qərara əsasən Sasonda ikinci üsyan başladılmışdır. İrandan bu regiona Van yolu ilə gəlmiş olandaşnak komitəsinin üzvləri 1897-ci il iyul ayının 25-də keçdikləri yolun üstündə olan Məzrik tayfasına hücum təşkil etmiş, lakin bu hücumda müvəffəqiyyət qazana bilmədiklərindən qaçaraq Sasona gəlmişdirlər. Daşnak komitəsinin üzvləri region gəldikdən sonra Osmanlı imperiyası tərəfindən Sasonda yaradılması nəzərdə tutulmuş olan hərbi kazarmaların yaradılmasının qarşısını almaq məqsədi ilə 1901-ci ildə yerli erməni xalqını təşkilatlandıraraq bu hərbi kazarmalara qarşı etiraz aksiyaları keçirmişdirlər.[2] Sasonda uzun bir müddət ərzində davam etmiş olan hadisələr 1903-cü ildə üsyana çevrilmişdir.[3] Uzun etirazlardan və hadisələrdən sonra Sason erməni komitəsinin üzvləri 1901-ci il noyabr ayının 21-də Muşa yaxın bir ərazidə yerləşən Varak monastırında gizlənərək regionda yaşayan çoxlu sayda qadın və uşaqları girov götürmüşdürlər. Bundan sonra Muşlular vəziyyəti gizli bir şəkildə hökumətə bildirmiş və erməni komitəsinin üzvləri Osmanlı qoşunları tərəfindən blokadaya alınmışdırlar. 1902-ci ilin yanvar ayında isə müsəlmanlar kimi geyinərək Muş və ətraflarında xeyli sayda ermənini qətlə yetirmiş və bununla da regionda kürd - erməni qarşıdurmalarını yenidən qızışdırmaq istəmişdirlər.

Həmin illərdə Pasinlər, Kiğı və Hınıs qəzalarında da bir neçə erməniyə hücumlar təşkil etmiş, daha sonra isə Sasona qaçmışdırlar.[4] 1903-cü ilin sonunda erməni komitə üzvlərinin komandiri olan Andranik Ozanyan yeni piyada və atlı komitə qüvvələrinin köməkliyi ilə güclənmək üçün Qafqazdan kömək istəmiş və bu istəyi reallaşdıqdan sonra Sason dağlarındakı fəaliyyətlərini artırmışdır. Ətrafdakı erməni kəndlərindən də dəstək alan Andranik fəaliyyətini daha da sürətləndirmiş və eyni zamanda da ətraf vilayətlərdən çoxlu sayda ermənilərin silahlanaraq ona qoşulması üçün genişmiqyaslı fəaliyyətə keçməsi arxivlərdəki sənədlərdən açıq bir formada görünür. Əvvəlcə 300 nəfərlik bir silahlı qüvvəyə sahib olan Andranik ətraf əyalətlərdən gələn ermənilərin və silahlandırılmış olan Sason ermənilərinin də dəstəsinə qoşulması ilə dəstəsinin sayını 600-700 nəfərə çatdırmışdır. Andranikin rəhbərliyi altında sürətlə inkişaf etmiş olan proseslər 25 iyul 1897-ci ildən 27 may 1905-ci ilə qədər davam etmişdir. Andranikin qüvvələri 1904-cü il fevral ayının 20-də Kulpun Tapık kəndinə hücum edərək 140 kürdü kənddən qovmuşdur. Onlarla kürdün həyatını itirmiş olduğu hadisələr zamanı Andranik və onun quldur dəstələri Bozikan tayfasına hücum edərək onların kəndlərini yandırmış və onlara məxsus olan 1200 baş mal-qaranı oğurlamışdır. Hadisələrin genişlənməsi ilə bərabər IV ordunun nəzarətindəki Saleh paşa qoşunları ilə birlikdə 23 aprel 1905-ci ildə Andranikin qüvvələrinə qarşı hücuma keçmişdir. 24 may 1905-ci ildə Saleh Paşanın qoşunlarının regiona gəlişi ilə hadisələr sona çatmış və regionun təhlükəsizliyi yenidən bərpa olunmuşdur.[5]

  1. 1 2 The Armenians: history of a genocide by Yves Ternon səhifə 115
  2. BOA., Y.PRK.PT., 15/75, 11/Ra/1315 (H), (10 avqust 1879) .
  3. BOA., Y.PRK.PT., 15/75, 11/Ra/1315 (H), (10 avqust 1879)
  4. "Osmanlı Belgelerinde Ermenilerin Sevk ve İskânı (1878-1920) Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine", s.72-76
  5. Mevlüt Yüksel, “Erzurum, Bitlis ve Mamüretülaziz Vilayetlerindeki Ermeni İsyanları (1890-1905) Arxivləşdirilib 2020-03-25 at the Wayback Machine”, Ermeni Araştırmaları Dergisi, 2010, S.43, s.16-18.