İkili oyun
İkili oyun | |
---|---|
fr. Le Guignolo | |
Janr | komediya filmi[2][3][…] |
Rejissor | Corc Lotner |
Prodüser |
|
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Operator | Anri Deka |
Bəstəkar | Filipp Sard |
Distribütor | MOKEP[d] |
İlk baxış tarixi | 1980, 25 iyul 1980[6] |
Müddət | 90 dəq. |
Gəlir | 2,876,016 buraxılış (Fransa)[1] |
Ölkələr | |
Dil | fransız dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Venesiya |
IMDb | ID0079252 |
İkili oyun və ya Dörd əl oyunu — baş rolda Jan-Pol Belmondonun iştirak etdiyi Fransız-İtalyan filmidir.[7]
Süjet xətti
[redaktə | mənbəni redaktə et]Fırıldaqçı Aleksandr Düpre (Jan-Pol Belmondo) yaxşı davranışlarına görə həbsxanadan vaxtından əvvəl azad edilir və dərhal həbsdə olduğu müddət ərzində itirdiyi vaxtı kompensasiya etməyə başlayır. Özünü Hindistan şahzadəsi kimi təqdim edərək yüksək cəmiyyətlə bərabər gəmi ilə səyahətə çıxır və bu səfər zamanı o, çətin maliyyə vəziyyətində olan almaz mədəni sahibinin arvadı, zəngin xanım, göz qamaşdıran gözəlliyə sahib olan Pamela İqlton Corc adında bir qadınla ilə tanış olur. Bir müddət sonra xanımın müflis olması xəbəri çıxır. Bu xəbərdən sonra “Şahzadə” nəcib bir insan kimi ehtiyacı olan xanıma öz köməyini təklif edir və onun brilyantlarını almağa razılaşır. Saxta əskinaslarla pulu ödəyən Aleksandr daşları götürdükdən sonra, onların da saxta olduğunu görür. "Pamela"əsl adı Sofi — özü də bir fırıldaqçı idi. Cütlük bərabər gəmini tərk edirlər. Onların növbəti birgə qurbanı hersoq Helmut fon Offenburq olmalı idi Sofi onu yoldan çıxartmalı, bundan sonra isə müflis olduqları xəbərini alan "qardaş"ı Aleksandr intihara cəhd etməli idi. Belə vəziyyətdə hersoq sadəcə olaraq sevgilisinin qardaşına maddi dəstək verməyə məcbur olacaqdı. Ancaq gözlənilmədən hersoq Sofiyə evlənmək təklifi edir və 500.000-lik çek yazır. Bundan sonra hazırladıqları cinayət planı dərhal Sofinin ağlından çıxır və "bədbəxt qardaşı" az qalır ki, həqiqətən də "intihar" edərək həyatını itirsin. Ancaq çilçıraq yerindən çıxdığı üçün o ölümdən xilas olur. Sofidən çeki götürən və gələcək həyat yoldaşlarına ən yaxşı şeyləri arzulayan Aleksandr başqa bir plan həyata keçirmək üçün yola düşür. Onun yolu Venesiya şəhərinədir.
Təyyarədə uçarkən sərnişinlərdən biri xanımına hesabat verməmək üçün məşuqəsinin ona verdiyi çamadanını gömrükdən keçirməsini ondan xahiş edir. Aleksandr ona kömək etməyə razılaşır, lakin Venesiyaya gələn kimi çamadan sahibinin qətlə yetirilməsinin şahidi olur. Qətlə yetirilən adam ərəb neft maqnatlarının narazılığına səbəb olacaq bir ixtiranın sahibi olan fizik və riyaziyyatçı idi. Bu ixtira nefti əvəz edə biləcək yeni bir növ enerji daşıyıcısı idi. İxtiranı ondan almaq üçün bir neçə müvəffəqiyyətsiz cəhdlərdən sonra onlar ixtiraçıdan xilas olmaq qərarına gəlirlər. Ancaq gizli texnologiyanın təsviri olan mikrofilmlər Aleksandra verilmiş çamadanda idi. Bundan isə heç kəsin, heç Aleksandrın özünün də, xəbəri yox idi. Çamadan üçün bir ov başlayır və Aleksandr heç bir şeydən şübhələnməyərək, Covanni Antonionun saxta rəsm əsərini satmaq niyyəti ilə yaponlarla vikont de Valombres adı ilə görüş təyin etdiyi otelə gedir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Box office information for film at Box Office Story
- ↑ http://www.nytimes.com/reviews/movies.
- ↑ http://www.imdb.com/title/tt0079252/.
- ↑ 1 2 http://www.filmaffinity.com/en/film725652.html.
- ↑ http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=45288.html.
- ↑ https://www.filmdienst.de/film/details/11989/der-puppenspieler-1979.
- ↑ "Synopsis, Le Guignolo". Mubi.com. 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2021.