İki şəhərin hekayəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İki şəhərin hekayəsi
ing. A Tale of Two Cities
Müəllif Çarlz Dikkens
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1859
Sonrakı Böyük ümidlər
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İki şəhərin hekayəsi, 1859-cu il buraxılışı

İki şəhərin hekayəsiÇarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir.[1] 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır.[2] Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir.[3] Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür.[4] Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır.[5] Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757–1794-cü illəri əhatə edir.[6]

Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır.[7] Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır.[8]

Birinci kitab — "Yaşama qayıtmış"

[redaktə | mənbəni redaktə et]

Birinci bölüm Çarlzın dövr haqda təsviri ilə başlayır:[9]

"Bu dövrlərin ən yaxşısı idi, həm də ən pisi, ağıl dövrü idi, həm də axmaqlıq, ümidlərin baharı idi, həm də ümidsizliyin qışı, həm hər şey qabaqda idi, həm də bizi gözləyən heç nə yox idi, hamımız bir başa cənnətə, ya da tam əksi olan yola gedəcəkdik-qısaca, hər şey bugünə o qədər oxşayırdı ki, səs-küylü ixtiyar sahibləri müqayisələrin yaxşı, ya pis olsun üstünlük göstərməyə edilməsi üçün dirəşirdilər."

İlk hissədə hadisələr 1775-ci il həkim Aleksandr Manettin azadlığa buraxılması ilə başlayır və ancaq bu dövrü əhatə edir.[10] Tellson bankının işçilərindən biri olan Ceri bankın menecerlərindən biri olan Loriyə xəbər çatdırmaq üçün yola düşür. Lorinin də sərnişin olduğu faytona çatan Ceri digər sərnişinlərin və faytonçunun şübhəli baxışları arasında məktubu Loriyə çatdırır, o isə əvəzində Ceriyə banka cavab olaraq "yaşama qayıtmış" deməsini tapşırır. Bu deyim 18 ilin dustaqlığından sonra azadlığa çıxmış həkim Aleksandr Manettə yönəldilirdi. Doverə çatan Lori burada həkimin qızı, atasını ölmüş bilən Lusiaya xəbəri çatdırır və onunla birgə Fransaya gedir. Parisdə , yoldaşı ilə birgə şərab evi işlədən Ernestin yanında şəraitsiz bir yerdə qalan həkim Aleksandr, ağır dustaqlıq həyatının ucbatından psixi problemlər yaşayır, keçmişini xatırlamaqda çətinlik çəkirdi. Bölüm Lori və Luisanın Ernestin köməkliyi ilə həkimi İngiltərəyə aparmaq üçün yola düşməsi ilə sona yetir. Birinci kitab 6-fəsildən ibarətdir.[9]

İkinci kitab — "Qızıl bağ"

[redaktə | mənbəni redaktə et]

İkinci bölüm beş il sonra, 1780-ci ilin İngiltərəsində, Telson bankının təsviri ilə başlayır. Bankın keçmiş işçilərindən biri Cerriyə Old Beylidəki məhkəməyə məktub aparmağı tapşırır. Fransız miqrant Çarlz D.-nin xainlikdə günahlandırılıldığı məhkəmədə ona qarşı çıxış edən Con Barsad və Roger adlı Britaniya cəsusları onun Fransaya Şimali Amerikadakı Britaniya qoşunları haqda informasiya ötürdüyünü iddia edirlər. Həkim Manett və qızı da şahid qismində dindirilənlər arasında olurlar. Con Çarlzı harada görsə tanıyacağını deyir ki, bu da Çarlzın vəkili Striverin diqqətləri Çarlza əkizi qədər oxşayan Sidneyə çəkməsinə səbəb olur.[11] Məhkəmə Çarlzı günahsız elan edir.

Yazıçının çaqqal adlandırdığı Sidney Striverin təkcə bu yox, digər işlərində əsas köməkçisidir. Striver gələcəyi parlaq vəkil təsiri bağışlasa da onun ən yaxın dostu Sidneyin gələcəklə bağlı məqsədi və iddiaları olmur. Həm dostlar, həm də Çarlz həkimin qızının təsiri altında qalırlar.

İngiltərəyə köçən həkim burada qızının Lori ilə görüşdüyü hoteldəki qulluqçu xanım Pross ilə birgə səs-küydən uzaq yeni evlərində yaşamağa başlayırlar.

Qorxunun kəndliləri qul kimi saxlayacaq ən yaxşı vasitə olduğunu düşünən senyor Markis Evremond kənd yolu ilə keçən faytonçusuna sürəti artırmağı tapşırır, fayton bir uşağa çırpılır və uşaq ölür. Ətrafı səs-küy götürür, Markis uşağın ölümünə görə Qasparda pul atır. Qasparda təsəlli verən Defargeyə də "filosofluğuna" görə pul verir. Markis getməyə hazırlaşan vaxt pullardan hansısa geri atılır, kimin atdığı məlum olmayan pul Markisi hiddətləndirir, o, təhdidlər yağdırmağa başlayır. Qanun qarşısında kəndlilərə istədiyini etmək hüququna sahib olan Markisə cavab qaytarmağa heç kim cəsarət etmir. Evinə çatan Markis burada qardaşı oğlu Çarlz ilə görüşür. Qohumların kəndli-mülkədar məsələlərində əks fikirlərdə olması mübahisələrini yeniləyir. Həmin gecə Markisi izləyən Qaspard da onun evinə çatır və gecə Markisi öldürür. Sonralar o tapılır və asılır.

Londonda yaşamağa başlayan Çarlz fransız dili və ədəbiyyatı müəllimliyi edir. Lusia ilə evlənir. Lusianı sevdiyini boynuna alan Sidney onunla dost qalmağa razılaşır. Toy günü əsl soyadını həkim Manettə açıqlayan Darnay, onun köhnə vərdişi başmaqçılığa qayıtmasına səbəb olur. Doqquz gün şok halında ayaqqabı hazırlayan həkim Manett özünə gəldikdə, Lori və Pross iş dəzgahını birdəfəlik qırmağa qərar verdilər.

Lusia və Çarlzın oğlu və qızları dünyaya gəlsə də, oğlan körpə vaxtı ölür. Sidney də dul və üç uşaqlı bir qadınla ailə həyatı qurur.

Defarge və yoldaşları üsyan planları qururlar, bu işdə Defargenin həyat yoldaşı da onlara kömək olur. Defarge 1789-cu ildə Bastiliyanın alınmasına başçılıq edir. Həbsxananı ələ alan Defarge və dəstəsi bir divara " şimal qalası 105" və "A. M" sözlərini oxuyur, ikincini Aleksandr Manett kimi yozur. Üsyançı kəndlilər ətrafdakı varlı evləri, o cümlədən, Evremondun evini yandırıb külə döndərirlər. Fransada qarışıqlıq baş qaldırır, zadəganlar İngiltərə qaçırlar.

1792-ci ildə Lorri sənəd işlərinə görə Parisə getməli olur. Dayısının qulluqçularından biri olan Qabeldən məktub alan Çarlz da heç kimə xəbər vermədən Parisə getməyə qərar verir. İkinci kitab 24-fəsildən ibarətdir.

Üçüncü kitab — "Qasırğa"

[redaktə | mənbəni redaktə et]

Üsyan gerçəkləşir. Ölkə üsyançıların qaydaları ilə idarə olunmağa başlayır, bu qaydalar da varlıları hər yolla məhv etmək üçün yaradılmışdı. Yeni qanunlardan buraya gəldikdən sonra xəbər tutan Çarlz həbs olunur. Məktubu alan Lusia da atası, qızı və Prossla birgə Fransaya qayıdır və burada yaşamağa başlayır. Atasının keçmiş Bastiliya dustağı olması burada respublikaçılar arasında sayılıb-seçilən adama çevrilməsinə səbəb olur. Bir il üç ay həbsxanada qalan Çarlz məhz həkim Manettin sayəsində azadlığa çıxsa da elə həmin gün yenidən tutulur. Həbsinə səbəb kimi Defarge və həkim Manettin haqqında şikayətçi olması göstərilir.

Bütün bunlardan xəbərsiz, Cerri ilə bazarlığa çıxan Pross yolda qardaşı Solomon ilə qarşılaşır, təəccüb içində qardaşını səsləsə də Solomon özünü tanımazlığa vursa da, sonradan söhbələşməyə başlayırlar. Cerri və sonradan onlarla qarşılaşan Sidney Solomonun məhkəmədəki cəsus Con Barsad olduğunu xatırlayırlar. Çarlzın yenidən tutulduğundan və Solomonun həbsxana gözətçisi olmasından xəbəri olan Sidney Prossu evinə ötürdükdən sonra ikisi ilə Lorinin yanına gedir. Burada Solomonu əsl kimliyini gün üzünə çıxarmaqla təhdid edən Sidney, Solomonu onu Çarlz ilə görüşdürməyə razı salır. Məhkəmədə Defargenin Bastiliya həbsxanasından tapdığı, həkim Manettə aid məktub sübut kimi oxunulur.

Həkim Manett məktubda 1957-ci ilin dekabrı küçədə ona yaxınlaşan iki qardaşın xahişi ilə bir xəstəni müalicə etmək üçün onlarla getməsindən və bundan sonra başına gələnlərdən söz açır: Evə çatan Manett xəstənin gənc və gözəl bir qız olduğunu görür. Özünü əli-qolu bağlı halda çırpınan xəstə, qışqırır, "ərim, atam, qardaşım" deyir və yenidən çırpınır. Qızın qollarını bağladıqları parçanın üstündə "E" hərfi yazılmış kişi paltarı olması Manettin diqqətini çəkir. Xəstəyə dərman verdikdən sonra qardaşlar Manettə başqa xəstənin də olduğunu deyirlər. Bu xəstə isə gənc bir oğlan idi, yaralanmışdı. Sağalmayacağını başa düşən oğlan həkimin onu müalicə etməsinə qarşı çıxır, onun yerinə qardaşlara qarşı illərlə saxladığı nifrətini, bacıları və atası ilə birgə qulluqçusu olduğu bu evdə başlarına gələnlərdən danışır. Aydın olur ki, həmin xəstə qız da bu oğlanın bacısıdır, qardaşlardan biri evli olan bacısına özünə götürmək istəyib və bütün hadisələr də bundan sonra baş verib. Oğlan bunu danışdıqdan dəqiqələr bacısı isə bir-neçə gün sonra ölürlər. Manett bu haqda məktubla bildirmək qərarına gəlir. Yanında üç yaşlı oğlan uşağı olan bir qadın onunla görüşür, özünü Markis Evremondun yoldaşı olaraq tanıdır və qızın sağ qalan bacısı haqda soruşur. Elə həmin gün həkim həbs olunur. Məktubun sonunda Manett Evremond soyundan gələn hamını lənətlədiyini yazır.

Bu məktubdan sonra məhkəmə Çarlzın edamına qərar verir.

Evremondların məhv etdiyi ailədən sağ qalan tək insan olan Teresa Defarge bu soyu qurutmaq üçün əlindən gələni etməyə çalışır və Lusia ilə qızını edam etdirmək üçün plan hazırlayır.

Çarlz ilə görüşən Sidney onunla yerini dəyişib özü edama gedir, Çarlzı isə ailəsinin yanına göndərir. Lusia və ailəsi Fransadan qaçmağı bacarırlar.[12]

Əsasında çəkilmiş filmlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-12.
  2. "Arxivlənmiş surət". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-12.
  3. "Arxivlənmiş surət". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-12.
  4. https://books.google.az/books?id=QZO3AQAAQBAJ&pg=PA17&dq=a+tale+of+two+cities+plagiarism&hl=tr&sa=X&ved=0ahUKEwj2_tfv0PbSAhUsL8AKHR0GDI0Q6AEISDAG#v=onepage&q=a%20tale%20of%20two%20cities%20plagiarism&f=false
  5. "Arxivlənmiş surət". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.
  6. "Arxivlənmiş surət". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.
  7. https://books.google.az/books?id=IKW-o7CVQogC&pg=PA13&dq=a+tale+of+two+cities+wilkie&hl=tr&sa=X&ved=0ahUKEwjksba8jvDSAhXBAsAKHXj7AR4Q6AEIFzAA#v=onepage&q=a%20tale%20of%20two%20cities%20wilkie&f=false
  8. https://www.jstor.org/stable/pdf/2914815.pdf
  9. 1 2 "Arxivlənmiş surət". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-14.
  10. "Arxivlənmiş surət". 2017-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-14.
  11. https://books.google.az/books?id=sLafBQAAQBAJ&pg=PA59&lpg=PA59&dq=the+golden+thread+charles+dickens+edu&source=bl&ots=flXDTASbGf&sig=5OLamGp2ji4nk3a2Jwt3bu4QuQI&hl=tr&sa=X&ved=0ahUKEwjC_JqeudnRAhXIHpoKHdnPCyk4ChDoAQg1MAQ#v=onepage&q=the%20golden%20thread%20charles%20dickens%20edu&f=false
  12. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]