İbn Asakir
İbn Asakir | |
---|---|
ərəb. علي بن الحسن بن هبة الله بن عساكر الدمشقي | |
Doğum tarixi | 13 sentyabr 1105 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1176 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | tarix, Əşərilər |
Vikianbarda əlaqəli mediafayllar |
Hafiz Sikatəddin Əbülqasım Əli ibn Həsən Dəməşqi (ərəb. أبو القاسم علي بن الحسن بن هبة الله بن عساكر الدمشقي) və ya təxəllüsü ilə İbn Asakir[1] və ya İbn Əsakir[2] (ərəb. ابن عساكر; 13 sentyabr 1105, Dəməşq – 25 yanvar 1176, Dəməşq) — islam alimi, ilahiyyatçısı, hədisşünası, tarixçisi və şafii məzhəbinin hüquqşünası. Ərəb regional tarixşünaslığının nümayəndəsi olmuşdur. Dəməşqdə yaşayan 10,000-ə yaxın insanın (onlardan 200-ü qadın) bioqrafiyasını özündə əks etdirən "Tarix mədinət Diməşq" ("Dəməşq şəhərinin tarixi" bioqrafik lüğətinin müəllifi olmuşdur.[3] O, Əbunnəcib Sührəvərdinin tələbəsi idi.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Onun tam adı Hafiz Sikatəddin Əbülqasım Əli ibn Həsən ibn Hibatullah ibn Abdullah ibn Hüseyn ibn Asakir Dəməşqi Şafi Aşari idi. O, Bəni-Asakir qəbiləsindən idi. 1105-ci ildə Dəməşqdə anadan olmuşdur. O, atasının və böyük qardaşının rəhbərliyi altında təhsil almışdır. 20 yaşında elm üçün Bağdada getmişdir. Bir il sonra Məkkə və Mədinəyə həcc ziyarəti etmişdir. Həcc ziyarətindən qayıdaraq 5 il Nizamiyyə mədrəsəsində qalıb Dəməşqə qayıtmışdır.[5]
1135-ci ildə anası vəfat etdikdən sonra İbn Əsakir Xorasana getdi, burada Əsbəhan, Mərv, Təbriz, Beyhək, Rey, Herat və başqaları kimi böyük şəhərləri gəzmişdir. 4 ildən sonra İbn Asakir Dəməşqə qayıtmış və "Darülhədin ən-Nuriyyə" mədrəsəsində tələbələrə dərs deməyə başlamışdır.[6]
1176-cı ildə Dəməşqdə vəfat etmişdir.[7]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
- ↑ http://az.ziaossalehin.ir/book/12390
- ↑ Hirschler, Konrad, «Ibn ʿAsakir, Thiqqat al-Din ʿAli», in: Encyclopedia of the Medieval Chronicle, Edited by: Graeme Dunphy, Cristian Bratu. Consulted online on 23 December 2022.
- ↑ F. Sobieroj, al-Suhrawardi // The Encyclopaedia of Islam, Vol. IX, 778.
- ↑ Дациев, 2012
- ↑ Советская историческая энциклопедия, 1964
- ↑ Большая советская энциклопедия, 1972
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ибн Асакир // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова. — М. : Советская энциклопедия, 1964. — Т. 5 : Двинск — Индонезия. — Стб. 719—720.
- Ибн Асакир Али ибн аль-Хасан // Евклид — Ибсен. — М. : Советская энциклопедия, 1972. — С. 617. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 9).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Дациев, Абубакр. "Ибн Асакир — учёный Ислама". islamdag.ru. 2012-06-19. 2013-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-04.