İğdır Milli Cümhuriyyəti
Tarixi dövlət | |
İğdır Milli Cümhuriyyəti | |
---|---|
Iğdır Millî Cumhuriyeti | |
|
|
Paytaxt | Mələkli |
Dövlət dini | İslam |
İdarəetmə forması | Parlament respublikası |
Rəhbər | |
• 4 aprel 1917 — 12 noyabr 1920 | Əli Əkbər Tufan |
İğdır Milli Cümhuriyyəti 1917-ci il Oktyabr Sovet İnqilabından sonra, İğdır və ətrafında hakimiyyət boşluğundan sonra bölgədə yaşayan ermənilərin təklifi ilə qurulan İğdır İcra Hakimiyyətinin davamı olaraq meydana çıxır[1][2]
Oktyabr inqilabından sonra bölgədə yaşayan erməni xalqının təklifi ilə 1917-ci il aprelin 4-də 5 türk və 5 erməni idarəçidən ibarət olan bu hökumətin prezidentin türk olması şərti ilə prioritet təşkil edilməsində məqsəd yaşayış şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatı işlərinin təşkili idi[1][3]. Cümhuriyyətin başına Prezident Əli Əkbər Tufan təyin edilir[1][2][4]. Van və Adana bölgələrindən İğdıra köçən Daşnaq üzvü ermənilərlə İğdırda yaşayan ermənilər əlbir olaraq, İğdırda yaşayan türk xalqına qarşı sistemli qırğınlara başlayır. Eyni dövrdə Stepan Şaumyanın Bakıda 14 min müsəlmanı qətlə yetirməsi ilə eyni vaxtda azərbaycan türkləri ilə ermənilər arasında vətandaş müharibəsi başlayır. Bu prosesdə xüsusilə Oba, Hakmehmet, Qoçqıran qırğınları baş verir.
Tarix
[redaktə | mənbəni redaktə et]Milis komandirləri və türk xalqı tərəfindən vətəndaş müharibəsini təxmin edildiyindən 1918-ci ildə İğdır, Duzluca, Aralıq, Şərur, Şərqi Bəyazid, Vedibasar, Sərdarabad və paytaxtı Mələkli ilə birlikdə İğdır Milli Cümhuriyyəti elan edilir[1][4][1][5].
720 üzvün iştirakı ilə keçirilən seçkidən sonra Əli Əkbər Tufan onun prezidenti seçilir, bu respublika Osmanlı və Almaniya İmperiyası tərəfindən tanınan Zaqafqaziya Federasiyası Parlamenti olan Qafqaz Seymi tərəfindən tanınır. Bu səbəbdən də ilk tanınmış müstəqil türk cümhuriyyətidir.
Qafqazda türk xalqını silahlandırmaq məqsədilə keçirilən gizli Tiflis Türk Konqresinə qatılan Əli Əkbər Tufan, Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə İğdır Milli Hökuməti birliklərini daşnak quldur dəstələrinə qarşı müdafiə etməyə məcbur edən silahlar əldə edir. Alman sualtı qayıqlarının Gürcüstandan İğdıra gətirdiyi silahlar və tərxis olunmuş rus əsgərlərinin qoyub getdiyi silahlar İğdır Milli Cümhuriyyətinin silahlı qüvvələrini təşkil etməklə bərabər, eyni zamanda bu kimi qurumlar vasitəsilə Balkanlardan Qafqaza gizli yardım şəbəkəsinin mərkəzinə çevrilmişdir.
23 iyul 1919-cu ildə çağırılan Ərzurum konqresinə dəvətlə İğdır və ətrafını təmsil edən Bilal Toksöz, Muxtar bəy (Sultanabadlı) və Hüseyn Zəngi nümayəndə olaraq iştirak etmişlər. İğdır Misak-Milli sərhədləri daxilində olmadığından nümayəndələrin çıxışları və adları qeyd edilməmişdir.
Kazım Qarabəkir Paşa İğdır Nümayəndələrinə bu sözləri deyir: “Səbrli olun və şərəfli sülh əldə olunana qədər müqavimət göstərin”.
İdarəetmə
[redaktə | mənbəni redaktə et]10 mindən çox milis qüvvəsini bir araya gətirərək, bölgədəki hakimiyyət ələ alınır. Daşnak dəstələrinin ciddi hücumlarını dəf edərək xalqı qoruyan hökumət bəzən İranın Xoy və Maku şəhərlərində qurduqları qaçqın düşərgələrinə qoca, uşaq və qadınları göndərirdi.
Vəzifə | Şəxs | Qaynaq |
---|---|---|
Prezident | Əli Əkbər Tufan | [1][2][6][7] |
Təhsil Naziri | Abbas Qulu Bəy (Yalçın) (Qaraqoyun) | |
Müdafiə Naziri | Şəhid İsmayıl Bəy (Küllük) | |
İaşə Naziri | Süleyman Abbasoğlu Aydın (Qacar) | |
Daxili İşlər Nairi | Məşhədi Abbas Vural-İşıq | |
Maliyyə Naziri | Şəfi Öcal | |
Ədalət Naziri | Şəhid Qasım Bəy (Obalı) | |
Kənd təsərrüfatı Naziri | Qulam Əli Bey (Sultanabad) | |
Jandarma Komandanı | Həsən Bəy (Naxçıvanlı) | |
Baş katib | Əzizbəy Rahimoğlu (Mələkli) | |
Ordu | ||
Qəbilə komandiri | Əli Mirzaə Bəy | |
Tuzluca qüvvələri | Şamil Ayrım | |
Ağrı Dağı qüvvələri | Həmid-Kərəm Günəş (qəbilə lideri) | |
Ağaver | Şəhid İbrahim Bey | |
İdirmava – Süvari komandanı | Hacı Mirzə Bəy (Vural) | |
Amarat | Muxtar Bəy | |
Aralık qüvvələri | Bilal Toksöz | |
Zəngibasar | Hüseyin Zəngi | |
Gərnibasar | Xüdayar Qasımoğlu | |
Qaraqoyun | Ələkbər İbişoğlu | |
Sədərək | Ələkbər Katta | |
Ali Göçək | Nağı Bey | |
Ali Kəmərli | Gündəli Məhəmməd | |
Nəcəfali | Rahim Bəy | |
Adətli | Tahir Bəy |
Nuri Paşanın 1918-ci ilin mayında Qafqaz Cəbhəsi üzrə Bakıya yürüşündən sonra Şərqibayazıt 11-ci Diviziya Komandanlığı ilə görüşən Əli Əkber Tufan və Abbas İşıq, türk əsgərlərinin bu əraziyə girə biləcəyi bildirilsə də, İğdırlılardan imzalı ərizə alırlar. İmzalar toplanaraq 20 may 1918-ci ildə müraciət edilir. Osmanlı əsgərləri İğdıra girir.
Daha sonra Mudros müqaviləsinin imzalanması ilə Təbrizdən qayıdan 13-cü Diviziya Komandiri Əli Kamal Paşa silah və texnikanı İğdır Hökumətinə qoyub geri çəkilir.
Türk əsgərlərinin geri çəkilməsi ilə başlayan ingilislərin dəstəklədiyi erməni hücumları və onların tarixləri aşağıdakılardır:[1][2][6][8]
- 10 iyul 1919-cu ildə Nəcəfəli-Qadıqışlaq kəndində 200-dən çox silahsız dinc sakin öldürülür[1][2][6].
- 12 avqust 1919-cu ildə Tovuzgölün Xəmirkəsən, Əlikösə, Percinis kəndlərində 300-dən çox silahsız və dinc sakin öldürülür[1][2][6][9][8].
- 16 iyul 1919 Gödəkli-Brukanda 600-dən çox silahsız insan məhv edilir. Sağ qalanlar Vanda məskunlaşırlar[1][2][6][10].
- 14 iyul 1919-cu ildə Kəmərlinin 3 kəndi dağıdılmış, 1500-dən çox silahsız insan öldürülmüşdür[1][2][6].
- 19 avqust 1919-cu ildə Dizə kəndi ətrafında 7 kəndin toplandığı Daşköprü qırğınında 400-dən çox silahsız insan öldürülür[1][2][6].
- 13 sentyabr - 1 oktyabr 1919-cu il tarixləri arasında Xəlifə Küllük, Qazancı, Hakmehmet, Oba, Yaycı Hoşxəbərdən 4000-dən çox dinc sakin öldürülür[1][2][6][8].
- 19 mart 1920-ci ildə Oba kəndində 200-dən çox gənc məscidlərdə üzərinə ağ neft tökülərək yandırılır[1][2][6][10].
- 24 may 1920-ci ildə Cebeçalı (Hakmehmet kəndi ilə üzbəüz) kəndi dağıdılır. Kənddə 200-dən çox silahsız insan öldürülür[1][12].
- 19 iyun 1920-ci il Zəngibasar (Dizə kəndi ilə üzbəüz) Araz çayına atılaraq qaçmağa çalışan 1500-dən çox dinc sakin öldürülür, suya atılaraq qaçanlar isə atəşə tutulur[1][9].
- 27 iyun 1920-ci ildə Hacıbayram və Xəbərbəyli kəndləri (Dize kəndi ilə üzbəüz) dağıdılır. 800-dən çox dinc sakin öldürülür.[13][9]
- 9 iyul 1920-ci ildə Zəngibasar-Qarakoyun-Ramazankənt arasındakı köç karvanına artilleriya ilə edilən hücumda 1000-dən çox dinc sakin həlak olur[1][2][6][10].
Hökumət kabinetindən İbrahim bəy, Kasım bəy və İsmayıl bəy şəhid edilirlər[1][12]. Vudro Vilsonun 14 maddəsi çərçivəsində bölgəyə müşahidəçi qismində gələn Amerika Baş Qərargah rəisi general Ceyms Qutri Harbord idarəçilərlə birlikdə bölgəni gəzərək Müttəfiq güclərə “Böyük Ermənistanda erməniləri görmədim” hesabatını göndərmiş və təcili olaraq bölgədə "Sülh qüvvələri" tələb etmişdir. Bu hesabat İğdıTürkiyə Silahlı Qüvvələrirın və ətrafının Türkiyə Respublikasının sərhədləri daxilində olmasını təmin etmək üçün Gümrü, Lozanna və Moskva müqavilələrinə töhfə vermişdir[1][2][6].
Kültəpə, Yarmalar, Kirələr, Dəhnə boğazı, Küllük Meydn döyüşü, Ciftlik döyüşləri yaşayan İğdır Milli Cümhuriyyəti erməni komandiri Drastamat Kanayannın bir çox hücumunu dəf etsə də, bölgəyə gələn ingilis sülhməramlıları silahlarını Ermənistan qüvvələrinə buraxdıqdan sonra, ermənilər güclənir. İğdır Milli Cümhuriyyəti qüvvələri ağır itkilər verir və Aşağı Ərhacı bölgəsindən geri çəkilir. Bu 3 aylıq geri çəkilmədən sonra “12 noyabr 1920-ci il İğdırın Qurtuluş Günü”ndə bölgəyə çatan Kazım Qarabəkirin komandanlığında Türk ordusuna 10 mindən çox milislə dəstək verən İğdır Milli Cümhuriyyət qüvvələri erməni qoşunlarının Araz çayı boyunca mövqeləndiyi Ağrı vadisini geri alırlar[1][12].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 Kafkasya'dan Anadolu'ya Iğdır tarihi. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı. 2006. ISBN 975-498-177-9.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 İl Milli Eğitim Müdürlüğü // Her yönüyle Iğdır. 2006. ISBN 975-93919-8-8. (#archive_missing_date) tarixində [290390523 arxivləşdirilib] (#bad_url).
- ↑ "Arşivlenmiş kopya". 1 otytabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2022.
- ↑ 1 2 Iğdır'ın Kurtuluşu. Nizamettin Onk. 24 Avqust 2021. (#archive_missing_date) tarixində [2008 arxivləşdirilib] (#bad_url) (#archive_missing_url).
- ↑ "Arşivlenmiş kopya". 1 Oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Mücahit Özden // Iğdır sevdası. Ankara: Başak Matbaacılık. 2002. ISBN 975-93139-0-1.
- ↑ http://www.igdirsevdasi.com/yazar.html (#bare_url_missing_title). 22 avqust 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2022.
- ↑ 1 2 3 "Doğudaki kazılar ermeni mezalimini ortaya koyuyor". 5 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2022.
- ↑ 1 2 3 "Osmanlı Arşivi - Yayınlar (Ermeni Katliamı)" (PDF). devletarsivleri.gov.tr. 12 dekabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2022.
- ↑ 1 2 3 4 5 "Osmanlı Tarihi - Yayınlar (Ermeni Katliamı)" (PDF). devletarsivleri.gov.tr. 12 dekabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2022.
- ↑ "Iğdırda 83 kişinin katledildiği Uzun Hüseyin Kuyusu ermeni mezalimini unutmuyor". 18 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2022.
- ↑ 1 2 3 4 https://books.google.de/books/about/Kafkasya_dan_Anadolu_ya_I%C4%9Fd%C4%B1r_tarihi.html?id=VXVtAAAAMAAJ&redir_esc=y (#bare_url_missing_title). 1 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ "Iğdır Soykırım Anıtı". www.kulturportali.gov.tr. 24 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2022.