Ögedey sülaləsi
Ögedey sülaləsi — bəzən Ögedeyilər sülaləsi də adlanır. Böyük Monqol imperiyasını idarə edən Börçigin sülaləsinin XII–XIV əsrlərdə ən güclü qollarından biridir. Sülalə öz başlanğıcını Çingiz xanın oğlu və varisi Ögedey xandan (1185–1241) götürür. Ögedey xan Monqol istilasını böyük həcmdə davam etdirmişdir.[1]
Çingiz xanın oğlu Tulinin sülaləsindən olan Münke xanın ölümündən sonrs Monqol imperiyası ərazisində ara müharibələri başladı. Çingiz xanın oğulları — Cuçi, Ögedey, Cığatay və Tulinin varisləri bir-birləri ilə müharibəyə başladılar. Ögedey sülaləsi üzvləri bütün monqolları öz hakimiyyətləri altında birləşdirməyə çalışırdılar. Ögedeylər sülaləsi Qızıl Ordaya qarşı Cağataylarla ittifaq bağladı, bundan sonra onlar Yuan sülaləsinə (Tulilər sülaləsindən) qarşı Qızıl Orda ilə ittifaq bağladılar. Yuan imperatoru olan Xubilay xan isə buna cavab olaraq İranı idarə edən Elxanilərlə ittifaq bağladı. Yuanlarla Ögedeylərin mübarizəsi XIV əsrdəki Kaydu-Xubilay müharibəsinə qədər davam etdi.
1304-cü ildə qısa müddətli sülh oldu. Lakin mübaribə tezliklə yenidən başladı. 1310-cu ildə Kaydu xanın varisi Çapar xan Yuan imperatoru Kayişana (Külüg xan) təslim oldu. Çağatayların torpaqlarını əldə etməyə çalışan Ögedeylərin öz torpaqları Yuan sülaləsi üzvləri və Çağatay sülaləsi üzvləri tərəfindən bölündü. Bu sülalədən birdə heç vaxt əvvəlki gücünü bərpa edə bilmədi. Bu hadisədən sonra Yuanlara qarşı bəzi üsyan rəhbərləri özlərinin bu ailəyə aid olduqlarını iddia etdilər. Həmçinin bu ailənin soyundan gələn bəzi kukla hökmdarlar Mərkəzi Asiyanın bəzi yerlərində müxtəlif zamanlarda taxta əyləşdirilmişdilər.[1]
Məşhur üzvləri
[redaktə | mənbəni redaktə et]- Ögedey xan (1185–1241), Çingiz xanın oğlu və Monqol imperiyasının ikinci xaqanı.
- Güyük xan (1206–1248), Ögedey xanın oğlu, Monqol imperiyasının üçüncü xaqanı.
- Kadan, Ögedey xanın oğlu, XIII əsrdə Monqolların Polşaya hücumunun komandanı.
- Kaydu (1235–1301), Ögedey xanın nəvəsi, Ögedey ailəsinin öz dövründə rəhbəri və Çağatay xanlığının de-fakto xanı.
- Kutulun (1260–1306), Kaydunun qızı və şahzadə-döyüşçü, versiyalardan birinə görə Turandotda söhbət məhz bu şahzadədən gedir.
- Əli Sultan, Çağatay xanlığının müsəlman xanı (1342–1348)
- Danışməndi (ö.1384) Çağatay xanı (1346–1348)
- Soyurqatmış xan (ö.1384), Qərbi Çağatay xanlığının xanı.
- Sultan Mahmud (ö.1402), Qərbi Çağatay xanlığının xanı
- Örüg Temür xan, Monqolustana iddia edən xan (1402–1408)
- Aday xan, Qırxların və 4 tümənin xanı, Tümedin hökmdarı (1425–1438)