Çinili məscid külliyəsi
Çinili məscid külliyəsi | |
---|---|
Çinili Camii | |
| |
41°01′11″ şm. e. 29°01′45″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Üsküdar, Murad Rəis məhəlləsi |
Memar | Qoca Qasım ağa |
Tikilmə tarixi | 1638 - 1640 |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Çinili məscid külliyəsi — İstanbulda XVII əsrə aid külliyə. Osmanlı sultanı I Əhmədin məşhur hasəkisi və IV Muradla I İbrahimin anası olan Validə Kösəm Sultan tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, hamam və çeşmədən ibarətdir. Külliyə hasarla iki hissəyə ayrılır. Daxildə qalan hissədə məscid və mədrəsə, hasardan çöldə isə qoşa hamamlar, məktəb və çeşmə yerləşir. Məscidin qapısındakı kitabədə mədrəsədən söz açılmır. Buna görə də, mədrəsənin o illərdə deyil, daha sonra tikildiyi düşünülür. Sarayın baş memarı Qoca Qasım ağa tərəfindən inşa olunan külliyə yerləşdiyi səmtə də adını vermişdir.[1][2]
Külliyənin xərclərinin maliyələşdirilməsi üçün banisi Validə Kösəm Sultanın İstanbul, Rumeli, Anadolu, Məkkə və Mədinədə 1617 və 1639 tarixlərində inşa etdirdiyi imarətlərin gəlirləri bura vəqf olunmuşdur.[3]
Strukturu
[redaktə | mənbəni redaktə et]Çinili məscidi
[redaktə | mənbəni redaktə et]Adını daşıdığı küçənin mərkəzində yerləşən məscid kvadrat planlı və tək gümbəzlidir. 20 mərmər sütunun üzərində saxladığı taxta tavanlı bu məscidin divarlarının üst hissəsində 3, aşağı hissələrində isə dəmir konstrukturlu 2 pəncərə məscidin daxilinin işıqlandırılmasında rol oynayır. Məscidin daxili gümbəzi də daxil olmaqla tamamilə çini ilə örtülüdür. Gümbəzi üzərindəki bəzəmələr isə 1938 tarixli bərpa işləri əsnasında hazırlanmışdır. Tək şərəfəli minarəsi isə məscidin sağ küncündən yüksəlir. 1965-ci ildə minarə barokko üslubunda bərpa edilmişdir.[4][5][6]
Mədrəsə
[redaktə | mənbəni redaktə et]Mədrəsə məscidin həyətinin cənub şərqində "L" şəklində sıralanmış hücrələrdən ibarətdir. Hücrələrin hər biri kiçik gümbəzlərlə örtülüdür. Mədrəsənin sağında kiçik bir məzarlıq, solunda isə kvadrat bir hovuz yerləşir.
Məktəb
[redaktə | mənbəni redaktə et]Kiçik bağçanın önündə yerləşən bu məktəb kvadrat planlı və tək gümbəzlidir. 15 pilləli daş pilləkanla çıxılan binanın şərq cəbhəsində 3, digərlərində isə 2 pəncərə var. Binanın daxilində isə qərb divarında bir ocaq yeri, digərlərində isə divar oyuqları vardır. 1966-cı ildən bu yana uşaq kitabxanası olaraq fəaliyyət göstərən bina hələ də fəaliyət göstərir.[7]
Çeşmə
[redaktə | mənbəni redaktə et]Məktəb binasının Çavuşdərə küçəsinə baxan cəbhəsinə bitişik bu çeşmə klassik üslubda kəsmə daşdan hazırlanmışdır. Qızılı rəngli bəzəmələrlə çərçivələnmiş kitabəyə görə, 1642-ci ildə inşa olunmuşdur. Hal-hazırda fəaliyyət göstərmir.[8][9]
Çinili hamamı
[redaktə | mənbəni redaktə et]Külliyənin ən böyük binası olan bu hamam dönəmin digər Osmanlı hamamları kimi qoşadır. Hamamın giriş hissəsində mərmər hovuz yerləşir. Kişilər üçün olan hissə qadınlar üçün olan hissədən nisbətən kiçikdir, kvadrat planlı olub bir gümbəzlə örtülmüşdür. Hamam 1923-1947-ci illər ərzində bağlı qalmışdır. 1947-ci ildə hamamın kişilər üçün, 1963-cü ildə isə qadınlar üçün nəzərdə tutulan hissələri fəaliyyətini davam etdirmişdir. Bağlı qaldığı illərdə hamamın daxili fasadını bəzəyən rəngli çinilər isə oğurlanmışdır.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=080336
- ↑ R. Ekrem Koçu, “Çinili məscid”, İst.A, VII, 4009-4013
- ↑ Gülçin Erol, “Çinili məscid və külliyəsi”, STAD, I/3 (1988), s. 37-43
- ↑ Halil Ethem (Eldem), Məscidlərimiz, İstanbul 1932, s. 83, rs. 68-69-70-71
- ↑ Enver Tokay, İstanbul Şadırvanları, İstanbul 1951, s. 23
- ↑ Tahsin Öz, İstanbul məscidləri, Ankara 1965, II, 18
- ↑ Özgönül Aksoy, Osmanlı dönəmi İstanbul Sübyan Məktəbləri üzrə araşdırma, İstanbul 1968, s. 102-103
- ↑ Tanışık, İstanbul Çeşmələri, II, 266
- ↑ İzzet Kumbaracılar, İstanbul Səbilləri, İstanbul 1938, s. 23
Mənbə
[redaktə | mənbəni redaktə et]- BA, Muhâsebe-i Evkaf Defteri, nr. 5493; Övliya Çələbi, Səyahətnamə, II, 172
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, s. 184-185
- Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, s. 120-121
- C. Gurlitt, Die Baukunst Konstantinopels, Berlin 1907-12, s. 31
- Oktay Aslanapa, Osmanlılar dönəmində Kütahya Çiniləri, İstanbul 1949, s. 105-109
- W. Caskel, “Schenkungsurkunde Sultan Ibrahims für die Valide Mahpeyker Sultan (Kösem) von 1049/1640”, Documenta Islamica Inedita, Berlin 1952, s. 251-262
- Zeynep Nayır, Osmanlı Memarlığında Sultan Əhməd Külliyəsi və Sonrası (1609-1690), İstanbul 1975, s. 181
- Metin Sözen, Türk memarlığının inkişafı və Memar Sinan, İstanbul 1975, s. 259-260
- Konyalı, Üsküdar tarixi, I, 130-136
- Şerare Yetkin, “Kütahya xaricində Kütahya çiniləri”, İstanbul 1981-82, s. 85-86
- Mücteba İlgürel, “Kösəm Sultanın bir vəqfi”, TD, XVI/21 (1966), s. 83-94
- Semavi Eyice, “Memar Qasım haqqında”, TTK Belleten, XLIII/172 (1979), s. 767-808