Çin kalliqrafiya üslubları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çin kalliqrafiyasında Çin yazı simvolları ən məşhur beş üslubdan birinin qaydalarına əsasən çəkilir. Onlar Çin dili ilə birlikdə inkişaf ediblər.

Çin xəttatlığının əsas üslubları
Çjuanşu Lişu Sinşu Tsaoşu Kayşu
Hanzi (ənənəvi), kanji, hança, han tı) 篆書 隸書



(yap. 隷書)
行書 草書 楷書
Hanzi (sadə) 篆书 隶书 行书 草书 楷书
Pinyin, Palladi sistemi zhuànshū, çjuanşu lìshū, lişu xíngshū, sinşu cǎoshū, tsaoşu kǎishū, kayşu
Polivanov sistemi tensyö reysyö gyö:syö so:syö kaysyo
Hanqıl, Kontseviç sistemi 전서, çonso 예서, yeso 행서, henso 초서, çoso 해서, heso
Kuoknqı, transkripsiya triện thư, çyentxı lệ thư, letxı hành thư, xantxı thảo thư, txaotxı khải thư, kxaytxı
Şəkil

Xəttat yazarkən yerli sadələşdirmələrdən də (məsələn, sindzitay) istifadə edir.

Yapon kalliqrafiyasında katakanahiraqanadan istifadə edilir. Katakana kayşu üslubundan, hiraqana isə tsaoşu üslubundan götürülmüşdür. Eynilə, Koreyada xəttatlıq üçün Hanqıl istifadə olunur.

Çjuanşu, "möhür heroqlifləri", e.ə. VIII—III əsrlərdə yaranıb[1] və Sin çarlığının və onun işğalı altında olan bölgələrin rəsmi yazı stili idi. Çjuanşu qədim kalliqrafiya üslubları arasında ən çox istifadə edilənidir. Onun 2 əsas variantı mövcuddur: "böyük möhür" (çin. 大篆, pinyin: dàzhuàn, hərfi mənası: "daçjuan") və "kiçik möhür" (çin. 小篆, pinyin: xiǎo zhuàn, hərfi mənası: "syaoçjuan").

XX əsrin sonlarında bu üslub əsasən inkanlar üçün istifadə edilirdi. Möhürün özü əsasən ağacdan və başqa materiallardan hazırlansa da, basma üçün yazı fırça və mürəkkəblə yerinə yetirilir.

Çinlilərin əksəriyyəti çjuanşunu oxuya bilmirlər, onun istifadəsi kalliqrafiya ilə məhdudlaşır[2].

Lişu b.e. II əsrində Xan sülaləsinin hakimiyyəti dövründə çjuanşunun vulqar versiyasından yaranıb[1][3].

Lişu ən səciyyəvi xüsusiyyətlərindən biri üfüqi və diaqonal cizgilərin "quyruğunun" genişlənməsidir. Bu, Çin dilində "ipək qurdunun başı və qaz quyruğu" adlanırçin. sadə. 蠶頭雁尾, pinyin: cántóu yànwěi, hərfi mənası: "tsantou yanvey"[4].

Kayşunu bilən şəxslər lişunu da oxuya bilirlər[2], lakin Sin sülaləsi dövrünə məxsus arxaik lişu oxumaq üçün çətindir və buna görə də bu üslubdakı müasir yazılar son dövrlərə aid lişu ilə yazılır.

Sinşu, "qaçan üslub", bu üslubun xüsusiyyəti cizgilərin bir-biri ilə birləşir[5]. Fırçanı nadir hallarda kağızdan ayırırlar. Bu, üslublar arasında ən yenisidir və kayşudan əmələ gəlib[1].

Savadlı çinli sinşu ilə yazılanın çox hissəsini oxuya bilər.

Tsaoşu və ya "ot üslubu" — bu, tamamilə əl ilə yazılmış kursivdir və lişudan yaranıb[1]. Lakin bu üslubu oxumaq üçün xüsusi bacarıq tələb olunur. Hətta sinşunu oxumağı bacaran şəxs tsaoşunu xüsusi hazırlıq olmadan oxuya bilmir.

Tsaoşuda heroqliflər fırçanı qaldırmadan və bir-birinə keçərək yazılır. Gözəl xarici görünüş yaratmaq üçün cizgilər dəyişikliyə məruz qalır. Tsaoşunun girdə nişanları və liqaturaları oxumaq üçün çətinlik yaradır, bu səbəbdən də heç vaxt geniş istifadə edilməyib[6][7].

Hiraqana üslubu tsaoşudan yaranmışdır.

Kayşu — ən populyar[8] və ən son yaranmış kalliqrafiya üslublarından biridir. Han sülaləsi ilə Üç çarlıq dövrü arasında yaranmışdır. Kayşu Cənub və Şimal sülalələrinin hakimiyyəti dövründə məşhurlaşmışdır. O, dəqiqliklə yazılmış lişudan yaranmışdır[1]. Kayşu heroqliflərinin bütün cizgiləri bir-birindən ayrıdır və fırça heroqlifdəki cizgilərin sayı qədər kağızdan aralanır.

Kayşu xaricilərə, uşaqlara və ya kalliqrafiya öyrənənlərə izah edilən birinci üslubdur.

Edomodzi (江戸文字?) — Edo dövründə reklam və elanlar üçün yaradılmış yapon kalliqrafiya üslubu[9]. Çində və Koreyada bu üslub yapon restoranlarının yazı lövhələrinin tərtibatı üçün istifadə edilir.

Kanteyryu
  • Kanteyryu (勘亭流, kanteyryu:?, Kante üslubu) использовался для оформления программок к спектаклям Кабуки и ракуго[9]. Изобретён Şablon:Nihongo, название стиля происходит от прозвища Окадзакии: Şablon:Nihongo.
Yosemodzi
  • Yosemodzi (寄席文字?, Yose teatrı üçün hərflər) — "kanteyryu" və "tyotin-modzi" üslublarının kombinasiyasıdır və afişaların, vərəqələrin tərtibatı üçün istifadə edilmişdir.
Kaqomodzi
  • Kaqomodzi (篭文字?, damalardakı hərflər) — adətən kaqomodzi işarələrinin sadəcə qalın kvadrat çöl konturu çəkilir.
Hiqemodzi
  • Hiqemodzi (髭文字?, bığlı hərflər) — hiqemodzi işarələrinin "bığları" olur. Bu üslubda kakiqoriramune qutularının, həmçinin sake çəlləklərinin üzərini yazırlar.
Sumomodzi
  • Sumomodzi (相撲文字, sumi:modzi?, sumo üçün hərflər) — sumo yarışlarının reklam lövhələrində və proqramlarında istifadə edilir[9].
Tyotin-modzi
  • Tyotin-modzi (提灯文字, tyo:tin modzi?, tyotinlər üçün hərflər) — yapon tyotin fənərlərinin üzərindəki yazılarda istifadə edilir.
Kakudzi
  • Kakudzi (角字?, künclü hərflər) — möhürlərdə istifadə edilir.
Toyotomi Hideyösinin kaosu
  • Kao — stilizə olunmuş kalliqrafik imza.
  1. 1 2 3 4 5 Xing, 2006. səh. 130
  2. 1 2 Norman, 1988. səh. 67
  3. Qiu 2000; p.59, 104, 106, 107 & 108
  4. Chen, 2011. səh. 34
  5. Barrass, British Museum, 2002
  6. Self, Self, 2012
  7. Norman, 1988. səh. 70
  8. Han, 2012
  9. 1 2 3 Richie, 1998. səh. 90
  • Barrass G.S., British Museum. The Art of Calligraphy in Modern China. University of California Press. 2002. 19. ISBN 9780520234512.
  • Qiú, Xīguī 裘錫圭. Chinese writing. University of California, Berkeley: The Society for the Study of Early China and The Institute of East Asian Studies. 2000. [English translation by Gilbert L. Mattos and Jerry Norman of Wénzìxué Gàiyào 文字學概要, Shangwu, 1988.]
  • Xing J.Z.. Teaching and Learning Chinese as a Foreign Language: A Pedagogical Grammar. Hong Kong University Press. 2006. 103. ISBN 9789622097629.
  • Chiang Y.. Chinese Calligraphy: An Introduction to Its Aesthetic and Technique. Harvard University Press. 1973. ISBN 9780674122260.
  • Chen T.. Chinese Calligraphy. Cambridge University Press. 2011. ISBN 9780521186452.
  • Han J.. Chinese Characters. Cambridge University Press. 2012. 42. ISBN 9780521186605.
  • Norman J.. Chinese. Cambridge University Press. 1988. ISBN 9780521296533.
  • Richie D.. A Lateral View: Essays on Culture and Style in Contemporary Japan. Stone Bridge Press. 1998. ISBN 9780962813740.
  • Self C., Self S.. The Art of Chinese Brush Painting: Ink, Paper, Inspiration. Tuttle Publishing. 2012. ISBN 9781462905812.
  • Boltz, William G. The origin and early development of the Chinese writing system (англ.). — New Haven: The American Oriental Society, 1994.
  • Keightley, David. Sources of Shang history: the oracle-bone inscriptions of bronze-age China (англ.). — Berkeley: University of California Press, 1978.
  • Norman, Jerry. Chinese (неопр.). — Cambridge: Cambridge University Press, 1988.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]